Icma.az
close
up
RU
Xankəndidə işəgötürənlərlə görüş yeni iş yerlərinin yaradılması ilə bağlı təkliflər irəli sürülüb

Xankəndidə işəgötürənlərlə görüş yeni iş yerlərinin yaradılması ilə bağlı təkliflər irəli sürülüb

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Xankəndi, 27 avqust, T.Ağaməmmədov, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəliyinin və Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq Filialının birgə təşkilatçılığı ilə Xankəndi şəhərində işəgötürənlərlə görüş keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə Xankəndi, Ağdərə və Xocalıda fəaliyyət göstərən sahibkarlar da iştirak ediblər. Görüşün əsas məqsədi regionda məşğulluq imkanlarının artırılması, əhalinin işlə təmin olunması və sahibkarlarla əməkdaşlığın gücləndirilməsi olub.

Çıxış edənlər Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri, məşğulluq sahəsində həyata keçirilən proqramlar və vətəndaşların işlə təminatına dəstək mexanizmləri barədə ətraflı məlumat veriblər.

Müzakirələr zamanı “Böyük Qayıdış” Proqramı çərçivəsində daimi məskunlaşması təmin edilən keçmiş məcburi köçkünlərin məşğulluq məsələləri geniş şəkildə nəzərdən keçirilib. Vurğulanıb ki, sakinlərin sosial rifahının yaxşılaşdırılması və onların iqtisadi fəallığının artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Sahibkarlarla aparılan müzakirələrdə yeni iş yerlərinin yaradılması, peşə hazırlığı və kadr potensialının inkişafı ilə bağlı təkliflər diqqətə çatdırılıb. Qeyd olunub ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında sahibkarlıq üçün geniş imkanlar mövcuddur və iş adamlarına dövlət tərəfindən hərtərəfli dəstək göstərilir.

Görüşdə əməkdaşlığın gücləndirilməsi istiqamətində bir sıra məsələlər də razılaşdırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:29
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Avqust 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qarabağ la matçda adi vəziyyətdən qol buraxdıq Robbi Kin

26 Avqust 2025 21:16see230

Rusiya yanacaq ixracına qoyulan qadağanın müddətini uzadıb

26 Avqust 2025 02:36see228

“Düşündüm ki, başqa yolum yoxdur” 55 yaşında tələbə oldu

26 Avqust 2025 16:18see193

Sevil Nuriyeva qətlə yetirilən həyat yoldaşından yazdı: Bu dünyadan ağzı oruclu köçdü FOTO

26 Avqust 2025 04:44see148

Ərdoğan: Türkiyə terror probleminin aradan qaldırılması yolunda qətiyyətli addımlar atmağa davam edəcək

26 Avqust 2025 00:14see139

“Qarabağ” yeni hücumçu aldı FOTO

25 Avqust 2025 22:12see138

Dünyanın ən böyük narkokartelinin həmtəsisçisi günahını etiraf etdi

26 Avqust 2025 16:02see136

Bikinili fotoları ilə gündəm oldu FOTO

26 Avqust 2025 14:58see135

Azərbaycan Macarıstanla süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib

26 Avqust 2025 17:40see133

ABŞ İranın bu həmləsinin qarşısını aldı Tramp

25 Avqust 2025 21:46see133

2026 cı ildə bəxti gətirməyəcək bürclər

25 Avqust 2025 23:59see131

Çin avtomobilləri hansı yanacaqla sürülməlidir? Yaranan problemlərin səbəbləri

27 Avqust 2025 00:13see131

Dünya Bankı yenidənqurma üçün Livana 250 milyon dollar kredit ayırır

27 Avqust 2025 00:25see129

“Bütün təzyiq variantları uğursuzluğa məhkumdur”

26 Avqust 2025 17:43see128

“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”

26 Avqust 2025 16:01see128

Xocalı sakinlərinə əkin üçün torpaq icarəyə verilib

27 Avqust 2025 12:17see124

Paşinyanın dostundan müharibə etirafı: “Müharibə 100 illik təxirə salınıb”

26 Avqust 2025 14:53see115

“Zamanla daha yaxşı olacağımıza inanıram” Kaxaber Tsxadadze

25 Avqust 2025 23:12see114

ABŞ bayrağını yandıranlara 1 illik həbs cəzası Tramp qərarı imzaladı

25 Avqust 2025 22:11see112

Qauff məşqçisindən imtina etdi

25 Avqust 2025 23:53see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri