Icma.az
close
up
RU
Xaricdə oxuyanlar Azərbaycana qayıtmaq istəmirlər Ekspert

Xaricdə oxuyanlar Azərbaycana qayıtmaq istəmirlər Ekspert

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Elm və təhsil naziri Emin Əmrullayev Parisə səfəri çərçivəsində Fransa və digər Qərbi Avropa ölkələrində təhsil alan azərbaycanlı doktorantlarla görüşüb. Nazir gəncləri təhsillərini bitirdikdən sonra ölkədə elmi fəaliyyətlə məşğul olmağa, elm və ali təhsilin inkişafına töhfə verməyə çağırıb.

Bəs ölkəmizdə savadlı kadrların fəaliyyəti üçün imkanlar nə dərəcədə genişdir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, bizim ən yaralı yerlərimizdən biri həqiqətən də bu mövzudur:

"Xüsusilə doktorantura səviyyəsi üzrə təhsil alanların, dosentlərin ölkədə təhsil almağa meyl etməməsi, daha çox xarici təhsil müəssisələrinə istiqamətlənməsi, oxuyub fəaliyyətini davam etdirməsidir. İstər-istəməz savadlı gənc, elmlər namizədi, dosent, doktorant çox azdır. Olanlar belə xarici ölkələrə üz tutmağa çalışırlar. Bizim maliyyə imkanları ixtisasları üzrə və ya alimlik dərəcəsi üzrə inkişaf etmələrinə müəyyən qədər mənfi təsir göstərir. Çünki həm əməkhaqqı azdır, həm də müəyyən elmi araşdırma göstərmə istiqamətində maliyyə ayrılmır. Məsələn, Avropa ölkələrindən biri ilə müqayisə etsək, yerlə göy qədər fərq var. Avropa ölkəsində doktorant və ya elmi işçiyə müəyyən vəsait ayrılır ki, elmi kəşflər etmək istiqamətində işlər aparılsın. Amma bizdə isə bunlar çox az və aşağı səviyyədədir. Aşağı səviyyədə olduğuna görə də xaricdə oxuyanlar belə artıq Azərbaycana qayıtmaq, işləmək istəmirlər. Gənc kadr bizdə çox azdır".

Ekspert bildirdi ki, bizim imkanlarımız məhdud olduğuna görə gənclərimiz fəaliyyət göstərmək istəsələr belə, müəyyən çətinliklərlə qarşılaşırlar.

"Cənab nazir keçən dəfələrdə bununla bağlı ölkədə fəaliyyət göstərən elmi işçilərlə görüşdüyü təqdirdə, bunlarla bağlı planların olduğunu bildirdi. Hesab edirəm ki, fəaliyyətlər aparılarsa, elmi işçilərə müəyyən dəstək göstərilərsə, bir müddət sonra Azərbaycanda müəyyən dəyişikliklərə gətirib çıxara bilər. Hal-hazırda ali təhsil müəssisələrində fəaliyyət göstərən elmi işçilərin beynəlxalq məqalələrdə olan sayımız aşağıdır. Bunun aşağı olması beynəlxalq arenada Azərbaycan ali təhsil müəssisələrinin sayını azaldır. Çünki universitetlərin beynəlxalq reytinqlərində beynəlxalq məqalələrin rolu çox böyükdür. Hal-hazırda ali təhsil müəssisələrində fəaliyyət göstərənlərin əksəriyyəti sovet dövründən qalanlardır. Gənc kadr o qədər də çox deyil. Beynəlxalq elmi məqalələrin hazırlanmasında demək olar ki, müəllimlərimizin çətinlikləri var. Əmək haqqı, ayrılan vəsait artırılarsa, vəziyyət dəyişə bilər. Hesab edirəm ki, onların hər biri ölkəyə gəlmək istəyəcək. Kim olsa, gəlmək istəyər. Xaricdə elmi tədqiqatla məşğul olmaqdansa, yüksək əməkhaqqı ilə imkanlar Azərbaycanda təşkil olunarsa, əlbəttə, onların əksəriyyəti Azərbaycana gəlmək istəyəcəklər", - deyə R.Nurəliyev bildirdi.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Aprel 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see383

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see343

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see339

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see335

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see317

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see309

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see298

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see296

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see285

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see268

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see267

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see248

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see237

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see234

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see223

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see222

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see208

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see201

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri