Icma.az
close
up
RU
Xaricdə təhsil alan tələbələrin narazılığı böyüyür Agentlikdən hələ də həll yolu görsədəcək açıqlama yoxdur

Xaricdə təhsil alan tələbələrin narazılığı böyüyür Agentlikdən hələ də həll yolu görsədəcək açıqlama yoxdur

Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Artıq bir neçə gündür ki, mətbuatda və sosial şəbəkələrdə xaricdə təhsil alan tələbələrin Azərbaycan universitetlərinə köçürülməsinə süni əngəllər yaradıldığına dair ciddi narazılıqlar gündəmdədir. Onlarla tələbə və valideyn Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin verdiyi imtina qərarlarının qanunsuz və əsassız olduğunu bildirir. Lakin bütün bu ictimai təzyiqə baxmayaraq, Agentlik hələ də real və ictimaiyyətə yönəlik bir açıqlama verməyib, problemi həll etmək üçün konkret mexanizm təqdim etməyib.
Əksinə, tələbələrə təqdim olunan imtinalar isə ziddiyyətli və qanunvericiliyə uyğun olmayan əsaslarla izah edilir. Bildirək ki, xaricdə təhsil alan tələbələrin narazılıqları əsasən iki səbəb üzərində cəmlənib:
1. Kredit sayı bəhanəsi ilə imtina: Tələbələrə bildirilib ki, 4 semestrdə 120 kredit toplamaq şərtini yerinə yetirməyiblər (məsələn, 110 kredit toplayıblar). Halbuki Nazirlər Kabinetinin 348 nömrəli qərarının 3.2.2 bəndində açıq şəkildə yazılıb ki, “Akademik borcu olan tələbənin kreditləri normadan az ola bilər.” Bu isə o deməkdir ki, tədris borcu olan tələbəyə kredit azlığına görə rədd cavabı vermək qanun pozuntusudur.
2. YÖS imtahanı ilə bağlı absurd arqumentlər: Tələbələrin böyük hissəsi 2023-cü ildə Türkiyə dövlət universitetlərinin keçirdiyi YÖS imtahanı ilə ali məktəblərə qəbul olunub.
Lakin Agentlik onlara bildirir ki, yalnız TR-YÖS nəticələri etibarlıdır. Lakin bu hüquqa tam ziddir– çünki TR-YÖS yalnız 2024-cü ildən vahid formada tətbiq olunur və 2023-cü ildə bu tələbin hüquqi əsası olmayıb: “2023-cü ildə imtahan verən tələbədən 2024-cü il nəticəsi tələb olunur. Tələbələrin və valideynlərin əsas narazılığıda ondan ibarətdir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məsələ ilə bağlı doğru-düzgün açıqlama verilmir.  Agentlik ictimaiyyətin bu qədər iradına, mediada yayılan xəbərlərə, hüquqşünasların və ekspertlərin rəyinə ya reaksiya vermir, ya da cavablarında problemin həlli üçün heç bir mexanizm göstərmir.Tələbələr sadəcə cavab istəmir. Onlar konkret, qanuni, obyektiv və şəffaf həll yolu tələb edirlər.Amma cavab gəlmir.Bu isə cəmiyyətdə haqlı bir sual doğurur:
Agentliyin uğurlu, istedadlı olan tələbələrin önünü kəsməsində məqsədi nədir?

cumhuriyyet.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 06 Avqust 2025 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri