Xaricdən avtomobil gətirənlərin nəzərinə: İran ərazisindən... (AÇIQLAMA)
Icma.az, Unikal.az saytına istinadən bildirir.
Ölkəmizə xaricdən (daha dəqiq desək Cənubi Koreyadan və Dubaydan) gətirilən avtomobillər adətən İran ərazisindən keçməklə daşınır. Məlum olduğu kimi, hazırda cənub qonşumuz olan İran ərazisində hərbi toqquşmalar davam edir. Bundan başqa, Azərbaycana çox sayda avtomobilin gətirildiyi Dubaydakı bəzi obyektlərin də raket hücumuna məruz qaldığına dair görüntülər də yayılıb.
Belə olan halda avtomobil sifariş etmiş vətəndaşlar arasında narahatlıq yaranıb. Onlar gecikmələrin yarana biləcəyindən, hətta daşınma zamanı maşınlara zərər dəyə biləcəyindən narahatdırlar.
Məsələ ilə bağlı “Unikal”a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, şirkətlər tərəfindən xaricdən gətirilən avtomobillər sığortalanır:
"Belə olan halda hər hansı problem baş verərsə, sığorta zərəri qarşılamalıdır. Fərdi qaydada xaricdən maşın gətirən vətəndaşlara tövsiyəm bundan ibarətdir ki, onlar da avtomobilləri sığortalasınlar.
Hərbi əməliyyatların davam etməsi səbəbindən, İran vasitəsilə daşınan avtomobillərin gətirilməsində gecikmələr baş verəcək. Daşınma üçün hansı yolların təhlükəli olub-olmaması ilə bağlı hələlik hər hansı təlimat mövcud deyil. Belə bir ehtiyac yaransa, yəqin ki, müvafiq qurumlar tərəfindən məlumat verilər”, - deyə ekspert əlavə edib.
Murad İbrahimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 02 Mart 2026 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















