Icma.az
close
up
RU
Xarici iqtisadi əlaqələr fonunda sərmayə və ticarət imkanları böyük perspektivlər vəd edir

Xarici iqtisadi əlaqələr fonunda sərmayə və ticarət imkanları böyük perspektivlər vəd edir

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

“Tarixi kökləri olan Azərbaycan-Pakistan münasibətləri müstəqillik dövründə daha da möhkəmlənib. Ölkəmizin müstəqilliyini ilk tanıyan ölkələrdən olan Pakistan beynəlxalq təşkilatlarda hər zaman Azərbaycanın mövqeyini müdafiə edib. Məhz bu ölkənin BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə Azərbaycana dair 822 nömrəli qətnamə qəbul olunub. Rəsmi İslamabadın Ermənistanın təcavüzünə münasibəti hər zaman birmənalı olub. Pakistan vaxtilə Azərbaycana qarşı işğalçı siyasət yürütdüyünə görə, Ermənistanla diplomatik münasibətlər qurmayıb. Biz həm işğal dövründə, həm Vətən müharibəsində, həm də Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində qardaş ölkədən böyük dəstək görmüşük. Ona görə də Azərbaycan cəmiyyətində Pakistana qarşı münasibət yüksək səviyyədədir. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin fevralın 24-də Azərbaycana dövlət səfəri ölkələrimiz arasındakı əlaqələrin daha da güclənməsinə hesablanıb”.

Bu fikirləri Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib. Onun sözlərinə görə, Azərbaycan-Pakistan əlaqələri Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə daha da güclənib: “1995-ci ildə Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Bakıya, bir il sonra isə Ulu Öndər Heydər Əliyev dost ölkəyə səfər edib. Səfərlər zamanı iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında müqavilə, habelə iqtisadi və ticarət əlaqələrini inkişaf etdirmək üçün bir neçə saziş imzalanıb. 1997-ci ildə isə Azərbaycan Pakistanda öz səfirliyini açmaqla münasibətləri daha da genişləndirib.
Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə isə Azərbaycan-Pakistan münasibətləri strateji müttəfiqlik mərhələsinə yüksəldi. Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf 2004-cü ilin iyulunda Aərbaycanda rəsmi səfərdə oldu. Hökumətlər arasında turizm və gömrük işi sahəsində əməkdaşlıq haqqında sazişlər, habelə digər mühüm sənədlər imzalandı. Qeyd etdiyim kimi, Pakistan və Azərbaycan üzv olduqları bütün beynəlxalq təşkilatlarda bir-birini müdafiə edirlər. Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Asiya Parlament Asamblenyası və digər beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməkdə davam edir. Ötən ilin sonunda Azərbaycan Pakistanın da dəstəyi ilə D-8 təşkilatına üzv oldu. Bu da Azərbaycanın həm Pakistan, həm də digər üzv dövlətlərlə yeni əməkdaşlıq imkanlarına müsbət təsir göstərdi. Ötən il Bakıda təşkil olunan COP29 sammiti çərçivəsində Prezident İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən görüşdə ikitərəfli əlaqələrin inkişafı və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Ötən dövr ərzində iki ölkənin dövlət və hökumət başçılarının, parlament rəhbərlərinin qarşılıqlı rəsmi və işgüzar səfərləri zamanı imzalanan sənədlər əlaqələrin güclənməsi üçün hüquqi baza yaratdı.
Azərbaycan ilə Pakistan arasındakı iqtisadi-ticari əlaqələr də ildən-ilə genişləndirilir. İqtisadi forumlar, konfranslar və hökumətlərarası komissiya iclaslarında ticarətin müxtəlif sahələrinin inkişaf perspektivləri müzakirə olunub. Kənd təsərrüfatı, enerji, əczaçılıq, ticarət, tikinti, nəqliyyat, informasiya texnologiyaları, hərbi sənaye və digər sahələrdə əməkdaşlığımız avam edir. İslamabad şəhərində Azərbaycan – Pakistan Ticarət və Sənaye Palatası fəaliyyət göstərir. Azərbaycanın neft-qaz, Pakistanın isə əczaçılıq, tekstil, aqrar və emal sənayesində əldə etidiyi uğurlar və təcrübənin qarşılıqlı mübadilələri iqtisadiyyatın inkişafına töhfələr verir. Azərbaycanın Avropa və Asiyanı birləşdirən mühüm nəqliyyat dəhlizlərin üzərində yerləşməsi Pakistan üçün yeni ixrac imkanları yaradır. Ölkələrimiz arasında sərmayələrin təşviqi üçün hökumətlərarası işçi qruplar fəaliyyət göstərir ki, bu da qarşılıqlı investisiya imkanlarının dəyərləndirilməsinə, sahibkarlar üçün əlverişli şəraitin yaradılmasına müsbət təsir göstərir”.
M.Vəliyeva qeyd etdi ki, Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə sonuncu səfərində ən diqqətçəkən məqamlardan biri Dövlət Neft Şirkəti ilə “Pakistan State Oil Company Limited” və “Pakistan Refinery Limited” (PRL) müəssisələri arasında Anlaşma Memorandumunun imzalanması oldu: “Mayeləşdirilmiş təbii qaz yüklərinin, neft məhsullarının alqı-satqısı ilə bağlı sazişlər, Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri və Pakistan İslam Respublikasının Pəncab Əyalətinin Lahor şəhəri arasında mədəniyyət, turizm, şəhərsalma, təhsil, elm, iqtisadiyyat və ictimai həyatın digər müvafiq sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu yeni əməkdaşlıq imkanları yaradır. Səfər çərçivəsində həmçinin gömrük xidmətləri arasında fəaliyyətlərin səmərəliyinin artırılması, bitki karantini və mühafizəsi sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı Anlaşma Memorandumu imzalandı. Ölkələrimiz arasında iqtisadi əlaqələrimizin ildən-ilə artırılmasının nəticəsidir ki, Pakistan 2021-2022-ci illərdə Azərbaycana 9,7 milyon dollar, 2022-2023-cü illərdə isə 12 milyon dollar həcmində ixrac həyata keçirib. Pakistan şirkətləri bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında investisiya qoyuluşuna dəvət olunub. Pakistanın baş nazirinin bu səfəri zamanı “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Pakistan İslam Respublikasının Milli Peşə və Texniki Təlim Komissiyası (NAVTTC) arasında peşə təhsili sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması da xüsusi əhəmiyyətə malikdir. Bu, hər iki ölkədə əmək bazarının müasir tələblərinə cavab verən, peşəkar kadrların hazırlanmasına mühüm töhfə verəcəkdir”.
M.Vəliyeva sonda bir daha qeyd etdi ki, Azərbaycan ilə Pakistan arasındakı strateji əməkdaşlığın təməlləri çox güclüdür və uzun illərə söykənir: “Tarixi köklərə bağlı olan Pakistan dövləti həm İslam, həm də türk dünyası ilə sıx əməkdaşlıq edir. Bu gün Azərbaycanla Pakistan arasındakı sarsılmaz münasibətlər tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Fevral 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri