Xarici İşlər Nazirliyinin geniştərkibli kollegiya iclası keçirildi
Icma.az, Yenicag portalına istinadən məlumatı açıqlayır.
7 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində nazir Ceyhun Bayramovun rəhbərliyi ilə geniştərkibli kollegiya iclası keçirilib.
Xarici İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, iclasda Xarici İşlər Nazirliyinin rəhbər heyəti və struktur bölmə rəhbərləri iştirak edib.
Kollegiyanın iclası zamanı Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi xarici siyasət xəttinə uyğun olaraq 2024-cü il üzrə Xarici İşlər Nazirliyi tərəfindən görülən işlər, 2025-ci il üzrə əsas prioritetlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, iqtisadi, iqlim və humanitar diplomatiya, beynəlxalq yardım səyləri, postmünaqişə dövründə diplomatik faəliyyət, xaricdə Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması üzrə işlər və Xarici İşlər Nazirliyinin fəaliyyətinin təşkili məsələləri müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 07 Fevral 2025 18:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















