Xark adasında partlayış İranda qatarların hərəkəti dayandırıldı
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Yaxın Şərqdə İrana qarşı ABŞ-İsrail hücumları fonunda gərginlik daha da yüksəlir. Son saatlarda həm İran ərazisində, həm də regionun müxtəlif nöqtələrində diqqətçəkən hadisələr qeydə alınıb.
İran mediasının məlumatına görə, ölkənin hasil etdiyi neftin 90%-nin ixrac olunduğu Xarq adasında bir neçə partlayış baş verib.
“Mehr” agentliyinin məlumatına görə, ABŞ və İsrail Hərbi Hava Qüvvələri tərəfindən Xarq adasına zərbələr endirilib.
“Adada bir neçə partlayış səsi eşidilib”, – xəbərdə bildirilib.
Adada konkret hansı obyektlərin hədəf alındığı hələlik məlum deyil.
Eyni zamanda, İran daxilində təhlükəsizlik tədbirləri də gücləndirilir. Yarımrəsmi “Fars” agentliyi xəbər verir ki, ölkənin şimal-şərqində yerləşən Məşhəd şəhərindən qatar reysləri qeyri-müəyyən müddətə dayandırılıb. Bu qərarın İsrailin iranlılara dəmir yollarından uzaq durmaqla bağlı xəbərdarlığından sonra ehtiyat tədbiri kimi verildiyi bildirilir.
Böyük Britaniya Hərbi Dəniz Qüvvələri Fars körfəzində daha bir insident barədə məlumat yayıb. Bildirilir ki, İran sahilləri yaxınlığında – Kiş adası ətrafında konteyner gəmisi zərbə alıb. Gəminin su xəttindən yuxarı hissəsində zədələr qeydə alınıb, lakin ekipajın təhlükəsiz olduğu açıqlanıb. Hadisənin dəqiq nə vaxt baş verdiyi isə qeyri-müəyyən olaraq qalır.
Rasim Əliyev
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 07 Aprel 2026 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















