Icma.az
close
up
RU
“Xəmsə” və “Ultras Turan” dəstəyi əsirgəməyəcək “bizim üçün də sürpriz qərar oldu”

“Xəmsə” və “Ultras Turan” dəstəyi əsirgəməyəcək “bizim üçün də sürpriz qərar oldu”

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

İyulun 18-də keçirilən yeni mövsümün püşkatma mərasimində bütün klubların ev oyunlarını harda keçirəcəyinə aydınlıq gəldi.

Qərbin barışmaz təmsilçiləri – “Turan Tovuz” ilə “Kəpəz” da “qaçqın” həyatı yaşayacaq. Tovuzluların ev oyunlarını “Azərsun Arena”da, gəncəlilərin isə Qəbələ şəhər stadionunda keçiriləcəyi təsdiqləndi. Əslində “Kəpəz”in qərarı müəyyən mənada gözlənilən idi. Çünki gəncəlilər iki mövsüm əvvəl də o stadionda oynamışdı. Tovuz təmsilçisinin Suraxanını seçməsi isə bir qədər gözlənilməz idi. Ötən mövsüm elitada ev oyunlarında ən çox azarkeş toplayan “boz qurd” mövsümün ən azı ilk dövrəsində böyük dəstəkdən məhrum olacaq.
Bəs “Ultras Turan” necə düşünür? Tofiq Bəhrəmov adına Respublika stadionuna 1200 nəfərlik ordu ilə gələn azarkeş qrupu bir müddət ev oyunlarını “Azərsun Arena”da keçirəcək komandalarına dəstək olacaqmı? Ümumiyyətcə bu qərarı necə qarşıladılar?
Bu barədə “Ultras Turan”ın rəhbəri Kamal Saqqayev danışdı:

“Bu qərar, yəni “Azərsun Arena”da oynamaq bizim üçün də surpriz oldu. Amma biz sevinirik. Çünki Tovuz şəhər stadionu təmirə bağlanıb. Süni otdan canımız qurtulur. Komandamız təbii örtükdə oynayacaq. Bu amil Azərbaycan futboluna xeyirli olacaq. “Turan Tovuz”un ordusu həmişə var. “Ultras Turan” olaraq, həmişə komandamızın yanındayıq. Komandamız harda, biz də orda. İndidən hazırlıq gedir. Təxminən 400 azarkeş bununla bağlı müraciət edib. “Turan Tovuz”un səfərdə, ya da evdə oynaması bizə fərq etmir. İlk oyunda da bunu görəcəksiz. Komandamıza uğurlar arzulayırıq, həmişə yanındayıq”.


Doğma Gəncədən didərgin düşən “Kəpəz”, deyəsən, uzun müddət Qəbələdə oynayacaq. “Xəmsə”nin rəhbərlərindən olan Müşfiq Məmmədov da bu haqda danışdı:

“Komandamızın harda oynamasından asılı olmayaraq, bütün oyunlarda olacağıq, necə ki son iki mövsümdə bir oyun belə buraxmamışdıq. Ümumi azarkeş sayına görə yaxın stadion olsaydı, yaxşı olardı, amma təəssüf ki, yaxında stadion yoxdu. Gözləntimiz Yevlax şəhər stadionu hazır olandan sonra orda oynamaqdı. Düşünürəm ki, Yevlax təmsilçisi “Karvan”la üst səvviyyədə razılığa gələ bilərlər. Yevlaxda örtük süni olacaq deyə, yəqin ki, oktyabra kimi bitər. Gəncədəki stadion mart-aprel aylarında hazır olar”.


Xatırladaq ki, digər bölgə təmsilçilərindən “Karvan-Yevlax” Şamaxıda, “İmişli” Qubada oynayacaq. “Araz-Naxçıvan” isə bu mövsüm də Mərdəkanı “təmsil edəcək”.
MÜZƏFFƏR QULUZADƏ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 İyul 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see216

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see211

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see210

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see208

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see195

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see185

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see185

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see176

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see173

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see172

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see171

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see166

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see155

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see147

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see144

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see143

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see137

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see137

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri