Icma.az
close
up
RU
Xərçəng epidemiyası: Artan dinamika nədən xəbər verir?

Xərçəng epidemiyası: Artan dinamika nədən xəbər verir?

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda yeni törəmələrdən (xərçəng şişlərindən) ölənlərin sayı 9 min 681 nəfər olub. 

2024-cü ildə ölkə üzrə onkoloji diaqnoz qoyulan xəstələrin sayı isə 15 min nəfəri ötüb. Onların arasında ən çox rast gəlinən xərçəng növləri açıqlanıb. Müxtəlif yaş qruplarında aşkarlanan xəstəliklər arasında isə ən çox süd vəzisi, mədə, ağciyər və bağırsaq xərçəngləri qeydə alınıb.

Professor Adil Qeybulla  Qaynarinfo-ya açıqlamasında dünya üzrə onkoloji xəstələrin sayında da artım müşahidə olunduğunu diqqətə çatdırıb:


"Bu dinamika artım üzrə gedir. COVID-19 pandemiyasından sonra bu sahədə artım açıq-aydın hiss olunur. Yəqin ki, bu, immun sisteminin təlatümlərinə daha çox bağlıdır. Əhali artır, eyni zamanda zərərli vərdişlərdən istifadə edənlər çoxdur. Siqaret, qəlyan çəkən, hətta xanımlar arasında alkokol qəbul edənlərin də sayı getdikcə artır. Az hərəkətlilik, tənbəllik, çox qida qəbulu, içməli suyun çirklənməsi və s. bütün bunlar canlı orqanizm üçün ciddi təhlükədir. İnsanlar kütləvi idmana meyilli olmalıdır, tənbəlliyin daşını atmalıdırlar. Bacardıqları qədər avtomobildən az istifadə etməlidirlər. İlk növbədə az qida qəbul edilməlidirlər. Daha keyfiyyətli qidalardan istifadə olunmalıdır. Meyvələrə, göyərtilərə üstünlük vermək, yağda qızardılmış yeməklərdən və bütün bunlardan çəkinmək, zərərli vərdişləri azaltmaq mühüm şərtdir. Əks halda biz daima artan dinamikanı müşahidə etmək məcburiyyətindəyik”. 

Adil Qeybulla hesab edir ki, nəinki onkoloji xəstəliklərin, hətta səbəbləri o qədər də məlum olmayan autoimmun xəstəliklərinin də  xüsusi çəkisi artmaqdadır:

"Hesab edirəm ki, sağlamlaşdırma proqramları qəbul edilməlidir. Hazırda Cənub qonşumuz İranda müharibə gedir. Burada radioaktiv sızıntıların olması özü gələcəkədə region üçün böyük təhlükə yarada blər. Təhlükələr hər an var. Bu müharibə izsiz ötüşməyəcək. Genofondu qorumaq üçün ən azı ölkədaxili sağlamlaşdırma proqramları hazırlamalıyıq”.

Bahar Rüstəmli


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 İyun 2025 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see222

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see219

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see218

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see216

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see215

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see211

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see210

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see208

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see207

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see207

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see204

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see203

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see200

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see199

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see194

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see183

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see180

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see173

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see170

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri