Icma.az
close
up
RU
Xərçəng hüceyrələrinin immun sistemindən necə yayındığı tapıldı KONKRET

Xərçəng hüceyrələrinin immun sistemindən necə yayındığı tapıldı KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Belçikada aparılan araşdırma zamanı xərçəng hüceyrələrinin istifadə etdiyi mexanizm öyrənilib. Tədqiqat nəticəsində müəyyən olunub ki, metastatik xərçəng hüceyrələri qaraciyərdə mövcud olan qida maddəsindən istifadə edərək immun hüceyrələrinin fəaliyyətini dəyişdirə bilir.

KONKRET.az azərtac-a istinadən xəbər verir ki, Flanders Biotexnologiya İnstitutunun və Leuven Katolik Universitetinin tədqiqatçıları qaraciyər metastazlarının ətraf toxumalarla qarşılıqlı əlaqəsi və immun hüceyrələrinə təsiri ilə bağlı apardıqları araşdırma barədə yazılı açıqlama yayıb.

Bildirilib ki, normal şəraitdə immun hüceyrələri xərçəng hüceyrələrini tanıyaraq onların məhvinə kömək edir. Lakin tədqiqat göstərib ki, qaraciyərə yayılmış şiş hüceyrələri bu təbii müdafiə mexanizmini zəiflədərək sağqalma imkanlarını artırır.

Vurğulanıb ki, eksperimental modellər bu prosesi bloklamaqla immun hüceyrələrinin xərçəngə qarşı fəaliyyətini yenidən aktivləşdirməyə və qaraciyər metastazlarının böyüməsini ləngitməyə nail olub.

Əldə edilən nəticələrin qaraciyər metastazlarının inkişafı və onların immun sistemi ilə qarşılıqlı əlaqəsi barədə yeni elmi məlumatlar təqdim etdiyi bildirilib. Bununla yanaşı, bu kəşfin xəstələr üçün tətbiq oluna biləcək müalicə üsullarına çevrilməsi məqsədilə əlavə tədqiqatların aparılmasının zəruri olduğu qeyd edilib.

Açıqlamada fikirlərinə yer verilən VIB-KU Leuven Xərçəng Biologiyası Mərkəzinin tədqiqatçısı Sarah-Maria Fendt bildirib ki, qaraciyər metastazlarının müalicəsi hələ də ciddi çətinliklər yaradan sahələrdən biridir. O, xərçəng hüceyrələrinin qaraciyərin özünəməxsus mühitindən necə faydalandığını anlamağın böyük əhəmiyyət daşıdığını vurğulayıb.

“Xərçəng hüceyrələrinin bu mühitdən necə faydalandığını daha yaxşı başa düşməklə, şişləri yenidən immun sistemi qarşısında müdafiəsiz vəziyyətə gətirməyə yönəlmiş tədqiqatlarımızı daha da inkişaf etdirə bilərik”, – deyə Sarah-Maria Fendt vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Avqust 2026 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see633

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see537

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see294

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see255

“Gözdə olan qara su zamanı itirilən görmə faizini geri qaytarmaq mümkün deyil” OFTOLMOLOQ

17 Avqust 2026 16:46see253

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see224

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see202

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see202

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see200

Çelsi nin sabiq hücumçusu Premyer Liqaya qayıda bilər

17 Avqust 2026 21:00see195

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see181

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see177

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see176

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see173

Hücum təhlükəsi: Moskvada festival təxirə salındı

18 Avqust 2026 01:43see173

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see168

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see164

Azər Bağırov Qarabağ a məğlubiyyəti belə şərh etdi

17 Avqust 2026 23:42see154

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see152

Kuşner ABŞ İran razılaşmasının şərtlərini açıqlayıb

18 Avqust 2026 00:35see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri