Icma.az
close
up
RU
Xəstə uşaq üzərində eksperement “Medical City Emil” klinikasının həkimi 275 manatlıq dərmanlar…… Yeni Gündəm

Xəstə uşaq üzərində eksperement “Medical City Emil” klinikasının həkimi 275 manatlıq dərmanlar…… Yeni Gündəm

Icma.az bildirir, Yenigundem saytına əsaslanaraq.

Ağcabədi sakini doqquz yaşlı övladının həkimin yazdığı dərmandan zəhərləndiyini iddia edib.

“Yeni Gundem” xəbər verir ki, bununla bağlı Oxu.az-a şikayət daxil olub.

Vətəndaşın sözlərinə görə, Ağcabədidə fəaliyyət göstərən “Medical City Emil” klinikasından zəng edərək, ona Bakıdan gələn həkimin övladını müayinə edəcəyi barədə məlumat veriblər.

“Mən də uşağı dekabrın 7-si (2024-cü il – red.) götürüb apardım. Növbə götürüb həkimin qəbuluna düşdük. 30 manat da pul ödəmişik qəbulda. Səbəb uşaqda iştahasızlıq və ağız qoxusunun olması idi. Cəmalə həkim bizə resept yazmadı. Dedi ki, imkanınız çatırsa, dərmanı mən gətirim. Qiyməti 275 manatdır. 10 gün içəcək, 15 gündən sonra gəlib özüm yoxlayacağam. Əgər hər hansı problem olsa, pulunuzu qaytaracağam. Nəticədə uşaq dərmandan zəhərləndi. Bədənində səpgilər yarandı”, – deyə uşağın anası qeyd edib.

Valideyn bildirib ki, uşağın vəziyyəti yaxşı olmadığı üçün onu yenidən Bakıda başqa həkimə aparmalı olublar:

“Həmin həkim bildirdi ki, bu dərmanı uşağa vermək olmaz, o hətta uşağı öldürə də bilər.

Neçə dəfə Cəmalə həkimə yazmışıq, zəng etmişik, heç bir cavab vermir. Ya da yazır ki, özüm zəng edəcəyəm. Amma nə zəng edir, nə də zəngə cavab verir. Həkimin Bakıda hansı xəstəxanada işlədiyi haqqında da mənə məlumat verən yoxdur ki, gedim işlədiyi yerə”.

Məsələ ilə bağlı sözügedən həkim Cəmalə Teyyubova ilə əlaqə saxladıq. O, saytaa açıqlamasında xəstəni qəbul etməsi faktını təsdiqləsə də, iddiaları rədd etdi.

“Bəli, həmin xəstəni qəbul etmişəm. Əvvəlcə qeyd edim ki, etdikləri ödənişi bir az əvvəl xəstənin kartına geri köçürmüşəm.

Heç yerdə gizlənməmişəm, “20 Yanvar”da, Şərq Təbabəti Klinikasında çalışıram.

Əminliklə deyirəm ki, yazılan dərman heç bir halda uşağa zəhərlənmə verə bilməz. İnanmırlarsa, dərmandan bir nümunəni aparıb versinlər ekspertizaya, əgər 1% belə əks-təsir olsa, başımla cavabdehəm. Hətta bu qədər böyük danışıram”, – deyə həkim bildirib.

Dərmanın reseptsiz yazılmasına gəlincə isə həkim bildirib ki, bunun üçün reseptə ehtiyac yoxdur.

“Mən onlara izah etdim, məlumat verdim ki, birinci mərhələdə biz onları müayinə edirik, yoxlayırıq, konsultasiya edirik, müəyyən yoxlamalar aparılır və bütün nəticələr kompüterdə xüsusi proqrama vurulur və o dərmanlar da kompüterdə çıxır. Sonra sifariş edirik, Bakıdan göndərilir. Uşağa kimyəvi dərman yazılmayıb, hansısa psixotrop dərman yazılmayıb, bitki mənşəli dərmandır. Bunun üçün reseptə ehtiyac yoxdur.

İkinci mərhələdə artıq diaqnozun nəticələrini təqdim edirik. Onlar isə ikinci mərhələyə gəlməyiblər. Məsələ budur”, – deyə həkim bildirib.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) isə  cavab olaraq bildirildi ki, məsələ ilə bağlı işçi qrupu yaradılıb.

“Fakt detallı araşdırılacaq və nəticəsi barədə məlumat veriləcək”, – deyə məlumatda qeyd olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 16 Yanvar 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see216

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see194

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see186

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see183

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see170

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri