Icma.az
close
up
RU
Xəyalə Rəisə yüksək vəzifə verildi FOTO

Xəyalə Rəisə yüksək vəzifə verildi FOTO

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı sərəncamla yaradılan Türk İnternet Media Birliyi (TİMBİR) fəaliyyətini beynəlxalq miqyasda genişləndirir.

Metbuat.az Valyuta.az-a istinadən xəbər verir ki, qısa müddət ərzində Türkiyənin bütün bölgələrində və 10-dan çox xarici ölkədə nümayəndəlik qurmağı bacaran birlik son mərhələdə təşkilati strukturunda da əhəmiyyətli dəyişikliklər edib.

İyul ayında Sivas şəhərində keçirilən İdarə Heyətinin (İH) növbəti toplantısında qəbul edilən qərara əsasən, TİMBİR İH üzvləri bundan sonra şəhər və ölkə təmsilçisi ola bilməyəcək. Bu qərardan sonra yeni yerli və xarici nümayəndələrin təyinatına start verilib. Türkiyənin əksər vilayətlərində bu proses artıq yekunlaşıb.

TİMBİR-in xaricdəki təmsilçiliklərinin formalaşdırılması isə birliyin Xarici Əlaqələr Şurasının sədri Aqil Ələsgərin rəhbərliyi ilə həyata keçirilir. İlk addım olaraq təşkilata Azərbaycandan üzv olan internet media qurumlarının rəhbərləri arasından nümayəndələr seçilib.

Azərbaycan üzrə nümayəndə heyətinə tanınmış jurnalist və ictimai xadimlər daxil olub. Onların arasında Azərbaycan Mətbuat Şurasının üzvü Hacıbəy Heydərli, media eksperti Azər Həsrət, “Editor.az” saytının baş redaktoru Fərid Şahbazlı və digər nüfuzlu jurnalistlər yer alır. Azərbaycan təmsilçiliyinə rəhbərlik isə tanınmış jurnalist Xəyalə Rəisə həvalə edilib.

Analoji addım Gürcüstanla da bağlı atılıb. Gürcüstanın “Aktual.ge”saytının baş redaktoru İlkin Hüseynov da TİMBİR-in Gürcüstan təmsilçisi təyin olunub.

Bundan sonra Xəyalə Rəis və İlkin Hüseynov həm də təşkilatın Xarici Əlaqələr Şurasında təmsil olunacaqlar.

Təşkilatın bu strategiyası çərçivəsində yaxın günlərdə Özbəkistan, Qazaxıstan və digər türkdilli ölkələrdə də təmsilçilərin təyinatı gözlənilir.

Türk dünyasının media sahəsində inteqrasiyasını və informasiya təhlükəsizliyini gücləndirməyi hədəfləyən TİMBİR bu təşəbbüslərlə həm də regional əməkdaşlığa mühüm töhfələr verməyi qarşısına məqsəd qoyub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 19 Avqust 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri