“Xəyyam Əhmədlinin müalicəsinə kömək etməyənlər sırasında kim adımı çəkirsə... Meyxana ustadı
Icma.az, Mia.az portalına istinadən məlumat verir.
“Xəyyam Əhmədlinin müalicəsinə kömək etməyənlər sırasında kim adımı çəkirsə, Allah hamıya cansağlığı versin. Bilənlər bilir. Ən birinci mən 10 ay bundan əvvəl Elgiz Əkbərin verilişində çağırış etdim. Beş-altı nəfərdən başqa səsimə səs verən olmadı. Sağ olsunlar, Oktay Kamil, Yaşar Qafanlı, Mehman Əhmədli, səsimə cavab verdi. “Elit star” Cəmilə də çox cəhd etdi, özü, dostları... Şükür olsun, əlimdən gələn köməkliyi də etmişəm...”
Mia.az-ın məlumatına görə, bu sözləri Pravda.az-a açıqlamasında tanımış meyxana ustadı Ağamirzə Məmmədov deyib.
“Mənim barəmdə Xəyyam özü də danışmışdı. Nə deyirlər, qoy desinlər. Eybi yox. Görüntlər də var. Mən dedim, yerimdə qaldım. Axırda da belə oldu. Ölən gün ölümündən 3-4 saat əvvəl Xəyyamın yanında idim. Nə etmək olar, həyatdır. Allah qalanlara ömür versin”, - o bildirib.
Xatırladaq ki, Meyxanaçı Xəyyam Əhmədli uzun sürən xəstəlikdən sonra dekabrın 3-də dünyasını dəyişib.
Baxış sayı:140
Bu xəbər 04 Dekabr 2024 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















