Icma.az
close
up
RU
Xəzər dənizi fars körfəzi dəhlizi Azərbaycanın dünya üçün tranzit əhəmiyyətini artırır

Xəzər dənizi fars körfəzi dəhlizi Azərbaycanın dünya üçün tranzit əhəmiyyətini artırır

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İranın paytaxtı Tehranda keçirilmiş Üçüncü Xəzər İqtisadi Forumunda diqqət çəkən məsələlərdən biri də tranzit məsələləri ilə bağlı oldu. Bu fonda o da üzə çıxdı ki, Azərbaycanın tranzit potensialına qonşu ölkələrin ehtiyacı getdikcə artır. Ümumiyyətlə isə, Avrasiya miqyasında Azərbaycan olduqca mühüm nəqliyyat-logistika mərkəzinə çevrilir.

Tehranda keçirilmiş Forumda Xəzər beşliyinə daxil olan ölkələrinin (Azərbaycan, Rusiya, Qazaxıstan, İran, Türkmənistan) nümayəndələri, eləcə də fəxri qonaq qismində Tacikistanın baş naziri regionun əsas nəqliyyat arteriyalarının, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz), Şimal-Cənub dəhlizinin və Xəzər Dənizi-Fars Körfəzi marşrutun inkişaf perspektivlərini müzakirə ediblər.  Xatırlatmaq lazım gəlir ki, ilk Xəzər İqtisadi Forumu 2019-cu ilin avqustunda Türkmənistanın Avaza şəhərində,  ikinci Forum 2022-ci ilin oktyabrında Moskvada baş tutub.

Sayca üçüncü olan Tehran Forumunun gündəliyin mühüm mövzusu isə nəqliyyat daşımaları, Xəzər dənizinin təhlükəsizliyi olub. Tədbirdən sonra tərəflər beştərəfli əməkdaşlıq çərçivəsində gələcək işlərin əsas istiqamətlərini özündə əks etdirən birgə kommünike imzalayıblar. Elə bu kontekstdə Tehranda keçirilən Üçüncü Xəzər İqtisadi Forumu Xəzəryanı dövlətlər arasında iqtisadi,  ticarət və ekoloji əməkdaşlığın gücləndirilməsi platforması kimi də qəbul edilir.

Müzakirələrdə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı əsas yer tutub. Azərbaycanın Baş naziri Əli Əsədov tədbir iştirakçılarına uğurlu fəaliyyəti bütün region ölkələrinin maraqlarını əhatə edən Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişafında Azərbaycanın rolu barədə geniş məlumat verib. Qeyd edib ki, Azərbaycanın ərazisindən yük daşımalarının artımını nəzərə alaraq, ölkəmiz nəqliyyat infrastrukturunun müasirləşdirilməsi hesabına bu dəhlizlərin ötürücülük qabiliyyətinin artırılmasına əlavə vəsaitlər yatırır.

O da xüsusi vurğulanmalıdır ki, Azərbaycan əlverişli coğrafi mövqeyindən və imkanlarından istifadə edərək, ölkənin harmonik inkişafına töhfə verən tranzit və nəqliyyat infrastrukturunun yaradılması istiqamətində çoxsaylı nailiyyətlər əldə edib. Eyni zamanda ölkəmiz bu istiqamətdə ya beynəlxalq xarakterli təşəbbüslərin müəllifi, ya da fəal iştirakçısıdır. İki qitənin qovşağında yerləşən və bütün nəqliyyat növlərinin inkişafı üçün böyük potensiala malik ölkə olan Azərbaycanın tranzit imkanlarına artıq beynəlxlaq miqyasda böyük maraq var və bu hal Tehranda keçirilmiş Üçüncü Xəzər İqtisadi Forumunda bir daha özünü qabarıq şəkildə büruzə verdi.

Proseslərin inkişaf axarı qarşıdakı dövr ərzində Azərbaycan üzərindən daşınan yüklərin həcmində daha böyük artım olacağını göstərir. Bu, həm Şərq-Qərb, həm də  Şimal-Cənub dəhlizləri kontekstində qeydə alınacaq. Elə Tehran tədbirində də Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk Moskvanın Şimal-Cənub dəhlizinin tranzit imkanlarını artırmaq niyyətini qeyd edib və qarşılıqlı investisiyaların artırılmasının,  texnoloji əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Avrasiya İnkişaf Bankının proqnozlarına görə, 2030-cu ilə qədər bu dəhlizlə yük daşınması 25-32 milyon tona çata bilər. Rusiyanın nəqliyyat naziri Roman Starovoit qeyd edir ki, Şimal-Cənub dəhlizinin tamamlanması üzrə işlər sürətlənir. O bildirir ki, Xəzər dənizini Fars körfəzi ilə birləşdirən Rəşt-Astara dəmir yolu xətti ticarət və iqtisadi qarşılıqlı fəaliyyət üçün yeni imkanlar açacaq. İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Atabak Tehranın Xəzər dənizi-Fars körfəzi dəhlizinin infrastrukturunu inkişaf etdirməyə, logistika mərkəzlərinin yaradılması və onun cənub limanlarından səmərəli istifadə edilməsi üçün resurslarla təmin etməyə hazır olduğunu təsdiqləyib. Bu da öz növbəsində Xəzəryanı ölkələrin dünya dəniz yollarına daha rahat və asan çıxışını təmin edəcək.

Ötən il Rəşt-Xəzər dəmir yolunun açılışı olub. 37 kilometr uzunluğunda olan Rəşt-Xəzər dəmir yolu İranın cənub və şimal limanlarını birləşdirir, Xəzər dənizi ilə Fars və Oman körfəzləri arasında əlaqə rolunu oynayır.  Gələcəkdə Rəşt-Xəzər dəmir yolunun Xəzərdən İranın şimal-qərbindəki Astara şəhərinə və daha sonra Azərbaycanla sərhədə qədər uzadılması planlaşdırılır.

Fars körfəzini Xəzər dənizi ilə birləşdirən Şimal-Cənub dəhlizi çərçivəsində dəmir yolu körpüsü olan Rəşt-Xəzər marşrutu region ölkələri arasında yük daşınmalarını  xeyli asanlaşdırır. Rəşt-Astara dəmir yolunun tikintisinin tam şəkildə tamamlanması isə tranzit daşımaların həyata keçirilməsində yeni bir mərhələ olacaq. Hətta bu, Süveyş kanalına real alternativ hesab olunur. Şimal-Cənub dəhlizi ilə yanaşı, Tehran Forumunda Orta Dəhliz də xüsusi diqqət mərkəzində yer alıb. Forumda fəxri qonaq qismində iştirak edən Tacikistanın Baş naziri Koxir Rəsulzoda Mərkəzi Asiyanı Avropa ilə birləşdirən Orta Dəhlizin inkişafının vacibliyini qeyd edib. Qlobal nəqliyyat zəncirləri baxımından bu dəhliz də getdikcə daha böyük əhəmiyyət kəsb edir. O, həm də Mərkəzi Asiya və Cənubi Qafqaz arasında əlaqə baxımından olduqca önəmlidir.

Xəzər dənizinin dayazlaşlması məsələləri də Forum iştirakçılarının müzakirə obyektinə çevrilib. Baş nazir Əli Əsədov qeyd edib: “Azərbaycan Xəzər dənizinin ekologiyasından ciddi narahatdır və bu kimi problemlərin həllinə vahid yanaşmanın tətbiqini təklif edir. Xəzər dənizinin dayazlaşması məsələləri dövlətlərimizin başçılarının VI Xəzər Zirvə toplantısında hərtərəfli müzakirə mövzusuna çevrildi. Səbəblərin müəyyən edilməsi və dayazlaşmanın qarşısının alınması üzrə tədbirlərin müəyyən edilməsi üçün Prezident İlham Əliyev ekspert qrupunun yaradılması təşəbbüsü ilə çıxış edib”. Həqiqətən də, Xəzər dənizinin ekologiyası getdikcə daha çox diqqət tələb edir. Bu, bütün sahilyanı ölkələrin sosial-iqtisadi həyatına ciddi təsir göstərmək iqtidarındadır. Elə bu səbəbdən Azərbaycan dənizin qorunması üçün preventiv tədbirlərinin intensivliyinin artırılmasının, miqyasını genişləndirilməsinin tərəfdarıdır, bu xüsusda müvafiq təşəbbüslərin müəllifidir. 

MTM Analitik Qrup

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Fevral 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri