Icma.az
close
up
RU
Xəzər dənizindən yayılan görüntülər şok etdi: Həyəcan təbili çalınır

Xəzər dənizindən yayılan görüntülər şok etdi: Həyəcan təbili çalınır

Icma.az bildirir, Dogru.az saytına əsaslanaraq.

Son günlər Xəzər dənizi sahillərində suitilərin, balıqların və digər canlıların kütləvi şəkildə tələf olması ilə bağlı görüntülər yayılıb və məlumatlar cəmiyyətdə ciddi narahatlıq doğurub. Sosial şəbəkələrdə paylaşılan videolar hadisənin miqyasının geniş olduğunu göstərir.

Məlumata görə, bu cür ekoloji hadisələr adətən qısa müddətli təsadüfi proseslərin deyil, daha dərin və sistemli problemlərin nəticəsi olur. İlkin ehtimallar arasında suyun çirklənməsi, oksigen çatışmazlığı, iqlim dəyişiklikləri və sənaye tullantılarının təsiri kimi amillər göstərilir. Qeyd olunur ki, məsələ ilə bağlı aidiyyəti qurumlar araşdırma aparır və laborator analizlərin nəticələri gözlənilir.

Məsələ ilə bağlı News24.az-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov bildirib ki, Xəzər dənizi akvatoriyasında suitilərin və digər dəniz canlılarının ölüm hallarına zaman-zaman rast gəlinir və bu proses bir çox amillərlə bağlıdır.

“İlk növbədə təbii ölüm faktoru nəzərə alınmalıdır. Əgər suiti Xəzər dənizində yaşayırsa, onların müəyyən hissəsinin təbii səbəblərdən ölməsi müşahidə oluna bilər. Bu, ekosistem üçün qeyri-adi hal deyil. Lakin məsələ təkcə təbii ölümlə məhdudlaşmır. Dənizə daxil olan çirkləndirici maddələr də ciddi təsir göstərir. Xüsusilə Volqa çayı vasitəsilə dənizə böyük həcmdə çirkli sular axıdılır. Xəzər dənizinin son zamanlar səviyyəsinin aşağı düşməsi də əlavə risk yaradır. Yaşayış arealının daralması suitilərin və digər canlıların populyasiyasına ciddi təsir edir və onların sayının azalmasına səbəb olur”.

Ekspert qeyd edib ki, çirkləndiricilərinin əsas mənbələrindən biri Volqa hövzəsində yerləşən şəhərlərin sənaye və məişət tullantıları, kanalizasiya axıntılarıdır:

“Eyni zamanda digər çaylar vasitəsilə də Xəzərə müxtəlif çirkləndirici maddələr daxil olur. Son illərdə xüsusilə Kür hövzəsində su-təmizləyici qurğuların istifadəyə verilməsi nəticəsində müəyyən müsbət dinamika müşahidə edilir və Kür çayı vasitəsilə daxil olan çirkli suların həcmi nisbətən azalıb. Lakin bu, problemin tam həll olunduğu anlamına gəlmir. Digər mühüm faktor isə iqlim dəyişiklikləridir. Suyun temperaturunun artması dənizdə həll olunmuş oksigenin miqdarını azaldır. Bu isə həm balıqların, həm də suitilərin yaşayışına mənfi təsir göstərir”.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://dogru.az
archiveBu xəbər 20 Fevral 2026 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri