“Mövqeyimizə görə belə qollar buraxmamalıyıq” Yuri Vernidub
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 12-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunda qazandıqları qələbədən (3:1) danışıb.
QOL.az xəbər verir ki, o, matçdan sonra təşkil olunan mətbuat konfransında bunları deyib:
"Qalib gəldiyimiz üçün sevinirəm. Futbolçulara dedim ki, “Araz-Naxçıvan” turnir cədvəlinin sonuncu pilləsində olsa da, bu, onun əsl yeri deyil. Nəzərə alaq ki, süni örtüklü meydançada oynayırdıq. Rəqib burada mütəmadi çıxış edir, biz isə yox. Buna görə də bəzən topa nəzarətdə çətinlik çəkir, top itkilərinə yol verirdik.
Məni məyus edən yeganə məqam sonda qol buraxmağımız oldu. Hazırda turnir cədvəlində elə mövqedəyik ki, belə qollar buraxmamalıyıq. Bu, mənim üçün sanki bal çəlləyinə acı bir şey qatmaq kimi oldu. Daha bir neçə qol da vura bilərdik. Oyunu təhlil edəcək və nəticə çıxaracağıq. Azarkeşlərimizə təşəkkür edirəm. Onlar hər zaman “Neftçi”nin yanındadırlar. Bu gün də bizə yüksək səviyyədə dəstək oldular”.
Daha sonra Vernidub jurnalistlərin suallarını cavablandırıb.
- Klissmanın vurduğu qollar haqda nə düşünürsünüz?
- Belə oyunda onun vurduğu möhtəşəm qollar barədə yalnız müsbət fikirlər söyləmək olar. Məni sevindirən odur ki, bu, Klissmanın 6-cı qoludur. Ondan gözləntilərimiz böyükdür.
- Növbəti oyunda “Zirə” ilə qarşılaşacaqsınız. Revanş hissi var?
- Bu oyunla bağlı “revanş” sözünü işlətməzdim. Qalib gəlmək üçün maksimum gücümüzü ortaya qoymalıyıq. Əsas məqsədimiz budur. Rəqibin də eyni istəkdə olacağına əminəm. Bu oyunu səbirsizliklə gözləyirəm. İndidən əlavə nəsə demək istəmirəm. İstəyim odur ki, yaxşı oynayaq və qalib gələk.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 22 Noyabr 2026 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















