Icma.az
close
up
RU
Xəzəri heç kim, heç nə xilas edə bilməyəcək! AÇIQLAMA

Xəzəri heç kim, heç nə xilas edə bilməyəcək! AÇIQLAMA

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Tarix boyu Xəzər dənizinin səviyyəsi dəfələrlə dəyişib. Lakin son illərdə baş verən azalma təbii proseslərdən daha çox insan fəaliyyəti və iqlim dəyişikliyi ilə əlaqələndirilir. Suyun azalması o qədər sürətlənib ki, bəzi sahilboyu ərazilər artıq Xəzərdən uzaq düşüb. Son 20 ildə Xəzər dənizinin suyu təxminən 2 metr azalıb. 

Xəzərin geri çəkilməsi təkcə ekoloji problem deyil, həm də sosial-iqtisadi və siyasi nəticələr doğura bilər. 

"Xəzəri xilas et" ekoloji hərəkatının təsisçisi Vadim Ni deyib ki, "biz dənizin şimal hissəsini, xüsusən də Qazaxıstan tərəfindəki şimal hissəsini tamamilə itirə bilərik".

Maraqlıdır, Xəzəri qorumaq üçün hansı tədbirlər görülə bilər?

Mövzu ilə bağlı Ölkə.az-a danışan ekoloq Ənvər Əliyev bildirib ki, son 20 ildə Xəzər dənizinin 2 metr aşağı enməsi qorxulu deyil:

"Xəzər dənizi uzun illər, eralar ərzində də belə bir prosesi keçirib. Xəzər dənizindən hətta sahilə quru yol olub. Bu dənizin belə proseslərdən keçməsi yetişdiyi coğrafi məkandan irəli gəlir. Xəzərin artımı da, enməsi də ətrafındakı ekosistemə, təsərrüfat strukturlarına problem yaradır.  

Xəzər dənizi şimaldan cənuba doğrudur. Dənizin ən dərin yeri də cənub zonadadır.  Dənizin bütün hissələrində səviyyə enir. Amma indi şimal hissəsində bir az daha çox düşməlidir, çünki burada Yerin əyriliyi də nəzərə alınır. Xəzər dənizinin səviyyə tərəddüdü yaxın vaxtlarda, illərdə yəqin ki, yavaş-yavaş özünə qayıdacaq. Buna uzun müddət lazımdır. 

Xəzər dənizini xilas eləməyə heç kim, heç nə edə bilməz. Bu, təbii mühitin problemidir. Xəzər dənizi özünün ekosistemini yenidən formalaşdıracaq".

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 Fevral 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see308

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see303

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see302

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see302

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see298

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see290

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see290

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see284

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see279

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see267

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see257

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see253

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see244

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see243

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see239

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see239

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see226

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see216

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see200

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri