Icma.az
close
up
RU
Xəzərin qumunda qızıl oyun: Azərbaycan turizmin yeni masasını açır

Xəzərin qumunda qızıl oyun: Azərbaycan turizmin yeni masasını açır

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azər Badamov: “Kazino sektoru dövlətə milyardlarla gəlir gətirə bilər”


 “Kazino ölkə vətəndaşı üçün yox, imkanlı turistlər üçündür”


Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı fərmanla Xəzər dənizinin (gölünün) ölkəmizə mənsub bölməsində süni torpaq sahələrində kazino oyunlarının təşkili üçün lisenziyaların verilməsi səlahiyyəti Dövlət Turizm Agentliyinə həvalə olundu. Bu qərar oyun biznesinin tənzimlənməsi ilə yanaşı turizm strategiyasının yeni mərhələyə keçidi baxımından əhəmiyyətli bir dönüş nöqtəsidir.

Əksər ölkələrdən fərqli olaraq, Azərbaycanda bu fəaliyyət yalnız süni şəkildə yaradılmış torpaq sahələrində və əsasən xarici turistlər üçün nəzərdə tutulmuş məhdud formatda həyata keçiriləcək. Bu isə həm coğrafi, həm də demoqrafik məhdudiyyətlərin tətbiqi deməkdir.

Hazırkı qanunvericilik dəyişiklikləri bu sahədə ciddi nəzarət və tənzimləmə mexanizmlərinin formalaşdırılmasını nəzərdə tutur. Məsələn, 21 yaşa qədər şəxslərin pul uduşlu oyunlara buraxılması qadağandır. Bu mühafizəkar və ehtiyatlı yanaşma, eyni zamanda həssas sosial qrupların qorunmasına xidmət edir.


İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, Milli Məclisin deputatı Azər Badamov Sherg.az-a bildirib ki, qloballaşan dünyada hansı ölkələr dövrün çağırışlarına daha tez reaksiya verib uyğunlaşırsa, o ölkələr də daha çox qazanc əldə edir və digərlərindən bir addım qabaqda olurlar:


"Qlobal turizm bazarının çağırışları çox ciddidir. Həmçinin neftdən sonra ölkələrə ən çox gəlir gətirən bu sektorun inkişaf etməsi ölkənin inkişaf templərinə yeni impuls verir. Turizm sektoru çox sahəli olmaqla ölkələrin iqtisadi və sosial həyatının inkişafına töhfə verir. Belə ki, turizm sektorunun inkişafı restoran, ticarət, otelçilik, kənd təsərrüfatı, məşğulluq, sosial rifah və digər sahələrin inkişafına dolayısı ilə müsbət təsir göstərməklə iqtisadiyyatın kompleks inkişafını təmin edir.  Bu baxımdan ölkələr dünya turizm bazarından daha çox pay almağa çalışır və bu sektoru ölkələrin əsas gəlir mənbəyinə çevrilir. Turizm sektorunun özü müxtəlif sahələrə bölünür. Yay turizm, dəniz turizm, sağlamlıq turizm, təhsil turizm, dağ turizm, qış turizm və.s qeyd etmək olar. Dünya turizm bazarının ən gəlirli sahələrindən biri də kazino sənayesidir. Bu sənayenin bir neçə ölkəyə gətirdiyi gəlirləri təhlil etsək görərik ki,  2023-cü ildə ABŞ-ın Las Veqasında kazino sənayesinin gəlirləri 60 mlyard dollar, Çinin Makao bölgəsində 22,7 milyard dollar, Rusiyada 2,1 milyad avro, Gürcüstanda 28 milyad dollar, Qazaxıstanda 3 milyard dollar olmuşdur".


Deputanın sözlərinə görə, kazino sənayesi inkişaf etmiş dövlətlər iqtisadiyyatları dinamik inkişafda olanlardır:

"Onların dövlət büdcəsinə bu sektordan milyardlarla dollar gəlirlər gəlir. Bu da dövlətlərin büdcələrin möhkəmlənməsinə verilən töhfə kimi qeyd etmək olar. Kazino sektorunun  inkişaf etdiyi ölkələrin təcrübəsi onu göstərir ki, həmin ölkələr kazinoların fəaliyyətinə məhdud ərazilərdə icazə verir. Məsələn Rusiya 4 şəhərdə, Qazaxıstanda bir neçə yerdə, Çində Makaoda və.s qeyd etmək olar. Azərbaycan da kazino sənayesini inkişaf etdirmək üçün müəyyən addımlar atır. İlk növbədə kazinoların fəaliyyəti ilə bağlı hüquqi baza yaradıldı. Bəli, ölkəmizdə kazinolara dənizdə yaradılmış süni torpaq sahələrdə icazə verilir. Bu çox doğru yanaşmıdır. Çünki, kazinolar ümumi itimai həyatdan uzaq ərazilərdə yerləşməlidir.  Qanunvericilikdə kazino fəaliyyəti üçün lisenziyanın qiyməti hər il üçün 340 min manat müəyyənləşdi. Bu da dövlət büdcəsinə hər il stabil öldəniləcək böyük məbləğ olacaqdır. Bundan əlavə kazino fəaliyyətində böyük gəlirlər gözlənilir ki, bu da dövlət büdcəsinə əlavə vergi gəlirlərinin gəlməsinə yol açacaq. Kazino sənayesinin inkişafı yeni iş yerlərin yaranmasına töhfə verəcək. Kazino bahalı biznes olduğundan bu sahədə məşğul olanlar da yüksək əməkhaqqı alacaqlar. Bu da həmin insanların əmək və sosial vəziyyətinə müsbət təsir göstərəcək. Kazino sənayesinin inkiafı digər sahələrin inkişafına da müsbət təsirsiz ötüşməyəcək. Belə ki, otelçilik, restoran şəbəkəsinin inkişafına yeni bir impuls qatılacaq.  Ümumi götürüləndə kazino müştəriləri imkanlı təbəqədir. Bu baxımdan  kazino sənayesinə  yüksək imkanlı şəxlərin əyləndiyi bahalı sektor olduğunu deyə bilərik".


Azər Badamov qeyd edib ki, ölkəmizdə yaradılacaq kazino sektoru ölkə əhalisinin əyləncəsi üçün yox, regionun və böyük bir coğrafiyanın imkanlı turistlərini cəlb ediləcəyi yer kimi nəzərdə tutulub:

"Bu sahə fəaliyyətə başlayandan sonra yaxın və uzaq ölkələrdən kazino oynamaq üçün ölkəmizə gələn imkanlı şəxslərin sayı artacağını hesab edirəm. Təbii ki, bu da xarici valyutanın ölkəmizə gəlməsi üçün yeni imkanların açılması deməkdir. Təssüf ki, cəmiyyətdə kazino adı eşidilən kimi düşünmədən və onun verəcəyi xeyirləri bilmədən qeyri adekvat reaksiya verənlər də var. Amma birmənalı şəkildə qeyd edə bilərəm ki, Xəzər dənizinin süni torpaq sahəsində yaradılacaq kazino sənayesi ölkəmizə əlavə gəlirlər gətirəcək və bunun mənfi tərəfləri olmayacaq. Kazino da turizmin bir sektorudur. Bu sektor turizmin ən bahalı sahəsi hesab olunur. İnkişaf etmiş ölkələr dünya turizminin bu sektorundan daha çox pay almağa çalışır. Azərbaycanın yerləşdiyi coğrafiya, ölkəmizin inkişaf səviyyəsi, təhlükəsizlik, ictimai-siyasi sabitlik və kazino fəaliyyəti üçün yaradılmış hüquqi baza dünya kazino turizm bazarından müəyyən qədər pay almağımıza imkan verir. Bu imkanımızı müsbət dəyərləndirərək Azərbaycanı dünyada inkişaf etmiş ölkə və təhlükəsizlik adası olduğunu bu sahənin inkişafı ilə nümayiş etdirməliyik".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://sherg.az
archiveBu xəbər 31 İyul 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see124

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri