Icma.az
close
up
RU
XI Bakı Beynəlxalq Kitab Sərgisində “Heydər Əliyevin vətən səfərləri” çoxcildliyinin təqdimatı olub

XI Bakı Beynəlxalq Kitab Sərgisində “Heydər Əliyevin vətən səfərləri” çoxcildliyinin təqdimatı olub

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 2 oktyabr, AZƏRTAC

XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Heydər Əliyevin vətən səfərləri” çoxcildliyinin təqdimatı keçirilib. Kitablar ikicildli ensiklopedik lüğəti və Ümummilli Lider Heydər Əliyevin ölkənin regionlarına səfərlərinə həsr olunmuş çoxcildli nəşri ehtiva edir.

AZƏRTAC xəbər verir ki, ensiklopedik cildlərdə Heydər Əliyevin Prezident olduğu illərdə Azərbaycanın bölgələrinə səfərləri, eləcə də Mərkəzi Komitənin, daha sonra Prezident Administrasiyasının aparatlarından kənarda Bakıda iştirak etdiyi tədbirlərə dair materiallar yer alıb.

Məqalələr ensiklopedik nəşrin meyarlarına uyğun olaraq xronoloji ardıcıllıqla tərtib edilib. Hər bir məqalə arxiv fotoşəkilləri ilə müşayiət olunur ki, bu da oxucuya həmin illərin ab-havasını daha dərindən hiss etməyə imkan verir.

Təqdimat mərasimində çıxış edən çoxcildliyin müəllifi Vəsimə İsmayılqızı kitabların ərsəyə gəlməsi ilə bağlı hekayəni bölüşüb. O, qeyd edib ki, bu kitabların nəşri sağlığında ən təvazökar təşəbbüsləri belə dəyərləndirən Heydər Əliyevin özünün göstərdiyi dəstək sayəsində mümkün olub.

“2001-ci ildə Goranboy haqqında ilk dəfə ensiklopedik toplu hazırladım. O vaxt məni şəxsən tanımayan redaktorların köməyi sayəsində bir nüsxə Dilarə Hüseynzadənin vasitəsilə Heydər Əliyevə çatdırıldı. Tezliklə məni Prezident Administrasiyasına dəvət etdilər”, -deyə müəllif bildirib.

O, həmçinin qeyd edib ki, şəxsi xatirələrdən də ilham alıb: “1978-ci ildə məktəbli olarkən Heydər Əliyevin Goranboya səfərinin şahidi oldum. Sonralar bu fikri Dilarə xanımla bölüşdüm və o, mənim baxışımı tam dəstəklədi. Həmin vaxtdan bəri fəaliyyətimin hər mərhələsində kömək, dəstək hiss etmişəm”.

Kitabın redaktoru İsmayıl Umudlu, “Azərnəşr” nəşriyyatının direktoru Əlövsət Ağalarov, Azərbaycan Yazıçılar Birliyinin Ədəbi Əlaqələr Mərkəzinin direktoru Əsəd Cahangir də kitab haqqında fikirlərini bölüşüblər. Onlar təqdim olunan çoxcildliyin əhəmiyyətini yüksək qiymətləndirib, həmçinin Heydər Əliyevin ölkə rəhbəri olduğu illərdə müstəsna rolunu və fəaliyyətini qeyd ediblər.

Qeyd edək ki, “Heydər Əliyevin vətən səfərləri” adlı ensiklopedik toplunun birinci cildi onun rəhbərliyinin ilk dövrünü əhatə edir və 2023-cü ildə – “Heydər Əliyev İli”ndə işıq üzü görüb.

İkinci cild sonrakı illərə həsr edilib. Onun nəşri Ümummilli Liderin anım gününə — 2025-ci il dekabrın 12-nə planlaşdırılır.

Bu silsilədə Heydər Əliyevin həmin rayonlara səfərlərindən ətraflı bəhs edən “Goranboyda izim qalıb”, “Beyləqandadır izim”, “Şuşada izim qalıb” kitabları da yer alıb.

Hazırda onun ölkənin digər bölgələrinə səfərlərinə həsr olunmuş yeni cildlər üzərində işlər yekunlaşır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Oktyabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see268

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see229

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see205

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see189

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see181

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see178

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see168

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see155

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see147

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see145

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see144

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see141

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see139

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see138

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see136

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see136

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see134

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see134

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri