Icma.az
close
up
RU
XII Qlobal Bakı Forumunun sonuncu panel iclası gənc liderlərin çıxışları ilə yekunlaşıb

XII Qlobal Bakı Forumunun sonuncu panel iclası gənc liderlərin çıxışları ilə yekunlaşıb

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu martın 15-də işini panel iclaslarla davam etdirib. Forumun sonuncu günündə dörd mövzuda panel iclasları keçirilib.

525.az xəbər verir ki, forumun “Gənclər danışsın, biz dinləyək” mövzusunda sonuncu panel iclasının ikinci hissəsi “Sigma Squared”in baş katibi Assen Plevnelievin moderatorluğu ilə keçirilib. Panelin ikinci hissəsində gənc liderlər dünyada mövcud iqtisadi vəziyyəti və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Latviya Respublikası Ədliyyə Nazirliyinin Dövlət hüquq departamentinin direktor müavini Marts Eduards İvaskis fəaliyyət göstərdiyi sahə ilə bağlı təcrübəsini bölüşüb, həmçinin indiyədək dezinformasiya və yanlış məlumat yayma kampaniyaları, sağ populist partiyalar və Avropa İttifaqı siyasəti ilə əlaqəli mövzularda çıxış etdiyini bildirib.

“Chatham House”da US və Amerika Proqramı üzrə “Schwarzman Academy Fellow” olaraq fəaliyyət göstərən Kanişx Kanodia hazırda tədqiqatlarının Birləşmiş Ştatların təhlükəsizlik və müdafiə siyasəti üzərində cəmləndiyini diqqətə çatdırıb. O, ABŞ-Çin münasibətləri və Hind-Sakit okean hövzəsində rəqabətlə bağlı məsələləri araşdırmaqla maraqlandığını deyib.

Aspen İnstitutu Beynəlxalq Partnyorları təşkilatının direktor müavini Savannah Lane bildirib ki, beynəlxalq münasibətlər sahəsində Vaşinqton, D.C.-də aparıcı proqramlar və siyasət direktoru olaraq fəaliyyət göstərir. O, xüsusən mədəniyyət diplomatiyası və qadın liderliyi sahələrinə yönəlir və beynəlxalq təhlükəsizlik mövzusunda ixtisaslaşır.

Savannah “NATO 2030 Global Fellowship” proqramını başladıb və bu təşəbbüsə NATO-nun İctimai Diplomatiya Bölməsi dəstək verib. Bu rolda, Savannah TRT World, ANews və digər media orqanlarında beynəlxalq şərhçi kimi çıxış edib.

Əhmədiyyə Müsəlman İcması Əmirinin müşaviri Eiqan Əhməd Şams bildirib ki, Reyxman Universitetində hüquq üzrə bakalavr (LLB) və hökumət, beynəlxalq münasibətlər və strateji araşdırmalar üzrə bakalavr (BA) təhsili alır. O, Müqəddəs Torpaqda Əhmədiyyə Müsəlman İcmasının rəhbərinin müşaviri kimi bir çox konfransların təşkilində əsas rol oynayır. Bu səylər xüsusilə son müharibədən sonra, ərəb və yəhudi icmaları arasında etimad və qarşılıqlı anlaşmanı gücləndirmək məqsədi daşıyır.

“İdeologiyanı bombalarla susdurmaq mümkün deyil. Terrorçuluqla mübarizədə müharibə yolunun sonu yoxdur”, - deyə Eiqan Əhməd Shams bildirib.

Panel iclasının digər iştirakçısı - Çipata şəhərinin meri George Mvanza Zambiya tarixində 2021-ci ilin avqustunda ölkənin ən gənc seçilmiş meri kimi yer alıb. Onun şəxsi şüarı belədir: “İnklüziv, inkişaf etmiş və daha yaxşı Çipata şəhəri üçün”.

“Biz 50 min ev təsərrüfatını su ilə təchiz etdik. İqlim böhranın insanların həyatına mənfi təsir göstərdiyi dövrdə biz Afrikada bələdiyyələrin əhalinin rifahının yaxşılaşdırılması istiqamətində fəaliyyətə yönləndirməsini təşviq edirik”, - deyə George Mvanza əlavə edib.

Digər çıxış edənlər öz ölkələrinin təcrübələrini bölüşməklə yanaşı, gənclərin səsinin eşidilməsi, idarəçilikdə və vacib qərarların qəbulunda onlarında mövqeyinin nəzərə alınmasının vacibliyini vurğulayıblar.

Gənclər arasında yekun fikir mübadiləsindən sonra XII Qlobal Bakı Forumu öz işini yekunlaşdırıb. (AZƏRTAC)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Mart 2025 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri