Icma.az
close
up
RU
Xilas olan Putin, qurban verilən Zelenski və dünyanı təhdid edən Tramp (MÜSAHİBƏ)

Xilas olan Putin, qurban verilən Zelenski və dünyanı təhdid edən Tramp (MÜSAHİBƏ)

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Dünya siyasətində kəskin dönüş baş verdi. Hamının gözlədiyi, lakin çoxlarının ehtimal belə etmədiyi hadisə gerçəkləşdi. Nəhayət, ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinə zəng etdi. İlkin məlumatlara görə, danışıqlarda Ukraynada müharibənin dayandırılması məsələsi müzakirə edilib. Mətbuata verdiyi açıqlamada Tramp Kremlin sahibi ilə telefon danışığını konstruktiv adlandırıb. 

Maraqlıdır, görəsən, adıçəkilən "telefon diplomatiyası"ndan konkret ciddi nəticə gözləməyə dəyərmi? 

Siyasi şərhçi Rauf Mirqədirov Qaynarinfo-nun bu və digər məsələlərlə bağlı suallarını cavablandırıb.


"Bu zəng Putinə özünün haqlı olduğunu ifadə etməyə imkan verir, nəticələrin müharibənin dayandırılması və sülhə gətirib çıxaracağı isə şübhəli məsələdir..."

- Rauf bəy, Trampın qəfil "telefon diplomatlyası"nın alt qatında hansı amillər durur? İndi bütün dünyanı bir sual düşündürür: 3 illik qanlı Ukrayna savaşı başa çatırmı və Ukrayna xalqı bu qədər qurbanı bu nəticəyə görəmi verdi?

- Vəziyyət kifayət qədər mürəkkəbdir. Odur ki, konkret nəticələr barədə danışmaq hələ tezdir. Tramp və Putin arasında gerçəkləşən telefon söhbəti iki lider arasında llk ciddi təmasdır. Tramp üçün vacib olan böyük ümidlər yaratmaqdır. Prezident seçilməsi ərəfəsində demişdi ki, hakimiyyətə gələndən 24 saat sonra Ukrayna müharibəsini dayndıracaq. Artıq səlahiyyətə başlamasından bir aya yaxın vaxt keçir. Ancaq hərbi əməliyyatlar hələ dayanmayıb. Buna baxmayaraq, Trampın Putinə zəngini Rusiya liderinin ilk qələbəsi kimi dəyərləndirmək olar. 

Qərbin ən böyük dövlətinin başçısı Putinə zəng vurub. Halbuki, Ağ Evin əvvəlki sahibi Bayden Putinlə danışmaqdan imtina edirdi. Putin tam təcrid vəziyyətindəydi. Onun əlini sıxmaq belə günah sayılırdı. Bu baxımdan, Trampın zəngi Putin üçün ciddi və müsbət nəticədir. Tramp və onun hökumətinin verdiyi bəyanatlar ondan ibarətdir ki, Ukrayna mövcud sərhədlərinə qayıdır və NATO-ya üzv olmaq fikrindən daşınır. Bu da Putinin münaqişə ilə bağlı diplomatik müstəvidə ifadə etdiyi normativlərlə hər halda üst-üstə düşür. 

Sözsüz ki, bu zəng Putinə özünün haqlı olduğunu ifadə etməyə imkan verir. Nəticələrin müharibənin dayandırılması və sülhə gətirib çıxaracağı isə şübhəli məsələdir. Ancaq onu deyə bilərəm ki, yaxın bir-iki ayda hərbi əməliyyatları dayandırmaq mümkün olmayacaq.

- Telefon danışığı ərəfəsində Rusiya birtərəfli qaydada həbs etdiyi ABŞ vətəndaşını azad etdi. Yəni bu məsələdə qarşı tərəfin də anoloji addım atmasını gözləmədi. Kremlin bu jesti hansı anlama gəlir? 

- Bunun birtərəfli qaydada olduğunu düşünmürəm. Putinin ABŞ vətəndaşını sərbəst buraxması ona gətirib çıxartdı ki, Tramp ona zəng vurdu. Bu, artıq dəyişmənin heç də qeyri-bərabər şərtlər əsasında aparılmadığının göstəricisidir. Yəni bu dəyişmə birtərəfli sayıla bilməz. Birtərəfli olsaydı, Trampın Putinə zəng etməsilə ABŞ vətəndaşının azad edilməsi üst-üstə düşməsinin şahidi ola bilməzdik. 


"Respublikaçıların da heç də hamısı Tramın Putinlə sövdələməsindən razı deyil..."

- Tramp telefon zəngi əsasında Putinə təşəkkür edib. Bu hal sanksiya altında olan Putin üçün nəfəslik sayıla bilərmi?  Ümumiyyətlə, necə düşünürsünüz, Rusiyanın beynəlxalq təcridinə son qoyuldumu? 

- Sanksiyalar məsələsini bir telefon danışığı və ya yaxında baş verəcək danışıqlarla əlaqələndirmək düzgün olmazdı. Rusiyaya yönəlik sanksiyaların yalnız bir hissəsi ABŞ tərəfindən tətbiq olunub. Digər tərəfdən, ABŞ-ın bu addımı atması üçün Konqresin razılığı lazımdır. Bu isə hətta indiki halda o qədər də asan olmayacaq. Nümayəndələr Palatasında respublikaçılar cəmi 4 səs çoxluğuna malikdir. Həmin respublikaçıların da heç də hamısı Tramın Putinlə sövdələməsindən razı deyil. Senatdakı qüvvələr nisbəti də Trampın istədiyi kimi deyil. 

Rusiya üçün önəmli olan neft sektoru ilə bağlı sanksiyalardır. Bu sanksiyaların götürülməsində isə Tramp maraqlı deyil. Əksinə, o, Avropa bazarını özü ələ keçirməyə çalışır. Tələb edir ki, Avropa İttifaqı ABŞ-dan daha çox enerji daşıyıcısı idxal etsin. Yəni çoxlu faktorlar var ki, onlar Rusiya və onun liderinə sanksiyaların ləğvi məsələsinə müqavimət göstərir. 

- Bəs, Trampla Putin arasındakı telefon danışığı ABŞ-la Avropa İttifaqı arasındakı münasibətlərə necə təsir göstərəcək? Bu addım onlar arasında parçalanmaya səbəb ola bilərmi? 

- Trampın xarici, xüsusilə də iqtisadi siyasəti bütün dünyaya ciddi problemlər yaradır. Az qala hamını gömrük rüsumlarını artırmaqla təhdid edir. Bu mənada, onun siyasəti Aİ ilə münasibətlərdə də ciddi problemlər yarada bilər. Çünki Trampın siyasətində bir-birinə zidd tezislər üstünlük təşkil edir. Bir tərəfdən deyir ki, Amerikanı daha da qüdrətli etmək lazımdır. Yəni yalnız gəlir götürməklə öz haqqını düşünməməlidir. Eyni zamanda, qüdrətli dövlətin dünya qarşısında öhdəlikləri də olmalıdır. Bu konsepsiya da Amerikanın yeganə super güclü dövlət statusuna uyğun gəlirdi. Trampın ikinci tezisi isə birincisi ilə daban-dabana ziddir. O, Aİ-dən tələb edir ki, öz təhlükəsizliklərini özləri təmin etsinlər. Tramp bütün məsuliyyəti Aİ-nin üzərinə atmaq istəyir. Bu isə ABŞ-ın təcrid olunmasına gətirib çıxara bilər. Trampın bu siyasəti ümumiyyətlə qlobal iqtisadi reqressiyaya gətirə bilər. 


"Hazırkı şərait Zelenskini pis vəziyyətdə qoyur, hərbi balans onun xeyrinə deyil"

- Trampın Ukrayna məsələsi ətrafında atdığı addımlar Ukrayna prezidenti Volodimir Zelenskinin imicinə zərbə vuracaqmı? 

- Hazırkı şərait sözsüz ki, Zelenskini pis vəziyyətdə qoyur. Hər bir danışıq üçün start vəziyyəti olur. Hərbi balans Zelenskinin xeyrinə deyil. Kursk vilayətinin bir hissəsi Ukrayna qoşunlarının nəzarəti altındadır. Amma Ukrayna ərazisinin daha çox hissəsi Rusiya tərəfindən işğal edilib. Digər tərəfdən, Tramp hökumətinin Ukraynanın NATO üzvü ola bilməyəcəyi və əvvəlki sərhədləri bərpa edə bilməyəcəyi barədə bəyanatları da Zelenskini pis vəziyyətdə qoyur. Çünki həmin şərtlər daxilində danışıqlara getmək o deməkdir ki, Kiyev torpqlarının bir hissəsini itirmək ehtimalı ilə razılaşmağa hazırdır. 

Müharibəni başlamaq asan, onu bitirmək isə çətindir. Bu mühribə həm də qlobal xarakterli prosesdir. Hətta atəşkəsin elan edilməsi Putinin maraqlarına tam cavab vermir. Digər şətrlər həyata keçməyəcəksə, bu, Putinin maraqlarına uyğun deyil. Trampın əldə etdiyi nəticə ən yaxşı halda atəşkəs olacaq. Sülh isə olmayacaq. Bunun üçün tamamilə başqa şərtlər lazımdır. Amma tərəflər həmin şərtlərə indilikdə hazır deyillər. 

(Ardı var)


Rüfət Sultan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 Fevral 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri