XİN: Azərbaycanın əməkdaşlığı olmadan TRİPP marşrutu layihəsinin icrası mümkün deyil
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Azərbaycanla Naxçıvan arasında bağlantı yaradılması ilə bağlı 2020-ci ildə razılıq var idi.
APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, Ermənistan uzun müddət bu istiqamətdə heç bir addım atmayıb: “Azərbaycan bu istiqamətdə avtomobil yolunun, dəmir yolunun inşası ilə bağlı dərhal işlərə başlayıb. Gələn ilin sonuna qədər Azərbaycan ərazisindən keçən dəmir yolu Ermənistan sərhədinə qədər çatacaq”.
Nazir qeyd edib ki, TRİPP marşrutu layihəsi ABŞ üçün çox mühümdür: “Bu layihənin icrası üçün Ermənistan tərəfində də artıq işlərə başlanmalıdır. Bizdə olan məlumat ondan ibarətdir ki, ABŞ-ın bu işlə məşğul olan nümayəndələri hazırda Ermənistanla danışıqlar prosesindədir. Bu, ikitərəfli formada həyata keçirilir. Ümid edirik işlər sürətlənəcək. Eyni zamanda, TRİPP marşrutunun həm giriş, həm çıxış nöqtəsi Azərbaycan ərazisidir. Azərbaycanın əməkdaşlığı olmadan bu layihənin icrası mümkün deyil. Biz ona görə də şərtlərimizi və gözləntilərimizi əvvəlcədən təqdim etmişik. Hesab edirik ki, nəzərə alınacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 26 Dekabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















