Icma.az
close
up
RU
Xocalı: Soyqırımı dəhşətlərindən böyük qayıdışa və dirçəlişə doğru

Xocalı: Soyqırımı dəhşətlərindən böyük qayıdışa və dirçəlişə doğru

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı soyqırımı törətdi, 613 nəfəri qəddarlıqla qətlə yetirdi. Erməni müharibə cinayətkarları Xocalını işğal edərək xarabalığa çevirdilər, 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi, XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olundu.

Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılmasında cəsarətsizik nümayiş etdirən 1992 –1993-cü illərdəki iqtidarların heç biri faciəyə hüquqi-siyasi qiymət verə bilmədi. Yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra onun təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Xocalı soyqırımı (genosidi) günü haqqında” qərar qəbul edildi, faciəyə hüquqi qiymət verildi. Ümummilli Liderin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevralın 26-sı sükut dəqiqəsi elan olundu. Həmin vaxtdan bəri hər il soyqırımın ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir.

Dövlətimiz Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətində də ardıcıl diplomatik-siyasi addımlar ataraq bir çox ölkələrin parlament aktlarında tarixi qərarların qəbul edilməsinə nail oldu. 18 ölkənin qanunverici orqanı, həmçinin ABŞ-nin 24 ştatı tərəfindən parlament qətnamələrinin, eləcə də, 20 noyabr 2012-ci ildə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında tarixi qətnamənin və 2013-cü ilin fevral ayında İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında Yekun Kommünikenin qəbul olunması Xocalı soyqırımının tanınması istiqamətində aparılan əzmkar mübarizənin nəticəsidir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start götürən “Xocalıya ədalət” kampaniyası çərçivəsində təşkil olunan təşviqat tədbirləri, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər aksiyalar Ermənistanın cinayətkar əməllərinin ifşasında mühüm platforma kimi yadda qalmışdır. Xarici ölkələrdə 10 abidənin ucaldılması isə Xocalı soyqırımı qurbanlarının xatirəsinə dərin ehtiramın nümunəsi hesab edilə bilər.

2020-ci il Vətən müharibəsində Zəfər qazanan Azərbaycan Respublikasının Silahlı Qüvvələri Xocalı faciəsi qurbanlarının da qisasını aldı, 2022-ci ildə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ümumxalq yürüşünün keçirilməsi tariximizə növbəti əlamətdar hadisə kimi həkk olundu.

2023-cü il sentyabrın 19–20-də keçirilən antiterror əməliyyatı nəticəsində Xocalının erməni separatçılarından tamamilə təmizlənməsi və Ali Baş Komandan İlham Əliyev tərəfindən oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağının ucaldılması Xocalının həyatında yeni qürurverici tarixi başlatdı.

Xocalı azad edildikdən sonra dərhal bərpa və quruculuq işləri geniş vüsət aldı, Prezident İlham Əliyevin 2023-cü il iyulun 20-də Çanaqçı və Sığnaq kəndlərinə səfər etməsi, 2023-cü il oktyabrın 15-də Əsgəran qəsəbəsində Azərbaycan Bayrağını ucaltması və Əsgəran qalasına baxış keçirməsi, 2023-cü il dekabrın 20–22-də Şuşakənd, Dağdağan, Naxçıvanlı, Pircamal, Xanabad və Pirlər kəndlərində olması, 2024-cü il fevralın 26-da Xocalıda Soyqırımı Memorialının təməlini qoyması Xocalının bərpasında dönüş yaratdı.

Qeyd edək ki, Xocalı-Əsgəran avtomobil yolunun üzərində Heydər Əliyev Fondu tərəfindən yaradılan Xocalı Soyqırımı Memorial Kompleksində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş faciə, həmçinin Xocalının tarixi, coğrafi əhəmiyyəti, dinc əhaliyə qarşı törədilmiş faciədən əvvəl Xocalıdakı həyat barədə faktlar yer alacaq.

Dövlət başçısının 2024-cü il mayın 28-də Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olması, şəhərə köçən sakinlərlə görüşməsi, habelə iyulun 5-də Xocalı hava limanına baxış keçirməsi, 2025-ci il fevralın 18–19-da isə Ballıca kəndinə köçən bir qrup sakinlə görüşü quruculuq işlərini və geridönüşü daha da sürətləndirdi.

Prezidentin iştirakı ilə bir neçə ay sonra “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin, “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksinin və Xocalı kərpic zavodunun açılışı, Təzəbinə və Xanyurdu kəndlərində aparılan işlərlə tanışlıq Xocalıda əsil həyat ritmini bərpa etdi.

Dövlət başçısı 2025-ci il sentyabrın 14–15-də Xocalının Şuşakənd, Seyidbəyli, Daşbulaq, Badara kəndlərinə səfər edərək sakinlərlə görüşdü, dekabrın 23-də isə Ballıca kəndində “Accurate Az” MMC-nin ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsinin açılışını etdi.

Xocalı şəhəri və kəndlərinin məskunlaşması prosesi də son iki ildə sürətlə davam etdirilməkdədir. 2026-cı il 19 yanvar tarixinə qədər Xocalı şəhərinə və Ballıca, Xanyurdu, Təzəbinə, Şuşakənd, Badara, Seyidbəyli, Daşbulaq kəndlərinə ümumilikdə 881 ailə, 3602 nəfər köçürülüb.

Beləliklə, Xocalı bu gün təkcə kədər və qan yaddaşımız deyil, həm də milli qürurumuzun, dövlət gücümüzün və tarixi ədalətin təntənəsinin rəmzinə çevrilib. 34 il öncə qəsb edilmiş bu qədim yurd yeri indi öz doğma sakinlərinin nəfəsi ilə yenidən canlanır, Azərbaycanın sarsılmaz iradəsinin göstəricisi kimi gələcəyə addımlayır.

Ramid Namazov,

Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Fevral 2026 22:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri