Icma.az
close
up
RU
Xoruldamanın gizli təhlükələri nələrdir?

Xoruldamanın gizli təhlükələri nələrdir?

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Xoruldamaq tez-tez ürəyin iskemik xəstəliyinə səbəb olur".

Ölkə.az "İzvestiya"ya istinadla xəbər verir ki, bunu rusiyalı həkim İrina Volqina deyib.

Onun sözlərinə görə, xroniki xoruldama adətən piylənməsi, qalxanabənzər vəzi xəstəlikləri, burun və ağız-udlaq problemləri olan insanlarda rast gəlinir: "Bu cür şəxslərdə tez-tez ürək problemləri aşkarlanır və xoruldama çox vaxt ürəyin işemik xəstəliyinə səbəb olur. Bu da onunla bağlıdır ki, xoruldama zamanı tənəffüs yollarında obstruksiya (tıxanma) və hətta tənəffüsün dayanması baş verə bilər. Bu hallar orqanizmdə oksigen çatışmazlığına, bəzi hallarda isə ölümə səbəb ola bilər

Xoruldamadan əksər hallarda xəstənin özü deyil, yaxın qohumları şikayət edir. Çünki onlar bu səsə görə yata bilmir və yaxınlarının sağlamlığı üçün narahat olurlar. Amma bəzi hallarda insan özü də xoruldama səbəbindən yuxudan ayılır".

Həkim əlavə edib ki, oksigen çatışmazlığı zamanı orqanizm bu vəziyyəti güclü stres kimi qəbul edir və nəticədə hormonlar və iltihabəleyhinə sitokinlər ifraz olunur. Bu isə maddələr mübadiləsi pozğunluqlarına və insulinə qarşı müqavimətin (insulinrezistentlik) yaranmasına gətirib çıxarır. Nəticədə ikinci tip şəkərli diabet inkişaf edə bilər:

“Bundan əlavə, bu cür pasiyentlərdə hipoksiya (oksigen çatışmazlığı) ilə bağlı digər ciddi hallar da inkişaf edə bilər. İlk növbədə, bu, beyində damar zədələnmələridir – insult, beynin xroniki işemiyası və bu da demensiyaya (ağıl zəifliyi) səbəb ola bilər”.

Ekspertin sözlərinə görə, xoruldamanın səbəbləri arasında burun çəpərinin əyriliyi, adenoidlər, burun-udlaq və boğazda yerləşən xoşxassəli və bədxassəli şişlər də yer alır. Həmçinin burun, ağız udlağı və qırtlaqda baş verən kəskin və xroniki iltihabi proseslər də xoruldama ilə müşayiət olunur. Bu halda əlavə müayinələr aparılmadan xoruldamanın nə dərəcədə təhlükəli olduğunu müəyyən etmək demək olar ki, mümkün deyil.

Həkim vurğulayıb ki, xoruldamanın müalicəsində həyat tərzinin dəyişdirilməsi – normada fiziki aktivlik, çəkinin azaldılması və yataq yerinin düzgün seçilməsi, ortopedik döşək və yastıq seçimi mühüm rol oynayır. 

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 May 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see744

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see677

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see257

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see247

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see224

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see224

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see220

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see217

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see211

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see192

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see192

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see185

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see178

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see177

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see175

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see175

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see170

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see169

Kanada ABŞ a dizel yanacağı ixracını artırmağı planlaşdırır

12 Oktyabr 2026 04:50see162

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri