Icma.az
close
up
RU
Xorvatiya səfiri: Azərbaycanla enerji sahəsində əməkdaşlığı genişləndirmək imkanı mövcuddur MÜSAHİBƏ

Xorvatiya səfiri: Azərbaycanla enerji sahəsində əməkdaşlığı genişləndirmək imkanı mövcuddur MÜSAHİBƏ

Icma.az, Apa.az saytına istinadən bildirir.

Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiçin APA-ya müsahibəsi

- Xorvatiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin inkişafını necə xarakterizə edərdiniz? İki ölkə arasında münasibətlərdə əsas prioritetlər hansılardır?

- Azərbaycan və Xorvatiya arasındakı ikitərəfli əlaqələr inkişaf etməkdədir. İki ölkə paytaxtında - Zaqrebdə Azərbaycan səfirliyinin və 2019-cu ildən isə Bakıda Xorvatiya səfirliyinin açılmasından sonra bu inkişaf daha sürətlənib. Bu əlaqələrin əsasını Azərbaycan Prezidenti İlham Əliyevlə Xorvatiya Prezidenti Zoran Milanoviç arasında mövcud olan yaxşı münasibətlər təşkil edir. Digər tərəfdən, 2013-cü ildə Azərbaycan və Xorvatiya respublikaları arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsi qeyd edə bilərəm. Biz bütün sahələrdə yaxşı əlaqələr qurmağa davam edirik və bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Xorvatiyanın Azərbaycanla xüsusən enerji sahəsində əlaqələri yaxşıdır.

- Son illər Xorvatiya və Azərbaycan arasında ticari-iqtisadi sahədə hansı irəliləyişlər əldə olunub?

- Ticari-iqtisadi əlaqələrdə mühüm irəliləyişlər var. Ticarət mübadiləsinin davamlı artımını müşahidə edirik. Bu artım enerji sahəsindəki yaxşı əməkdaşlığımızın nəticəsidir. Məsələn, 2019-cu ildə Bakıya gəldiyim zaman ticarət mübadiləsi 300 milyon ABŞ dolları idi. Hazırda bu rəqəm demək olar 1 milyard ABŞ dolları civarındadır. Bu, iki nisbətən kiçik ölkə üçün olduqca böyük bir ticarət mübadiləsidir. Həmçinin, qeyd etməliyəm ki, bunun əksəriyyətini Azərbaycanın Xorvatiyaya ixrac etdiyi neft təşkil edir. İxracatın artması nəticəsində ticarət mübadiləmiz də müsbət şəkildə inkişaf edir. 2024-cü ilin ilk 10 ayında ölkələrimiz arasındakı ticarət mübadiləsi təxminən 800 milyon idi, bu il isə 1 milyarda yaxın olacağı gözlənilir.

- Azərbaycanla Xorvatiya arasında hərbi-təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında nə deyə bilərsiniz? Bu sahədə hər iki ölkə tərəfindən hansı addımlar atılır?

- İndiyə qədər Azərbaycanla Xorvatiya arasında hərbi təhlükəsizlik sahəsində əhəmiyyətli əməkdaşlıq olmayıb. Azərbaycanın müdafiə naziri bir neçə il əvvəl Xorvatiyaya səfər edib. Amma hələ ki bu sahə üzrə hər hansı əhəmiyyətli bir əməkdaşlıq baş verməyib. Biz eyni təhlükəsizlik təşkilatlarının üzvü deyilik, biz qonşu ölkələr də deyilik, buna görə də hərbi təhlükəsizlik sahəsində əhəmiyyətli əməkdaşlıq olmayıb. Son bir neçə ildir Ukraynada müharibə gedir. Bizim şirkətlərimiz əsasən Ukraynanın müdafiəsini təmin etmək məqsədilə həm kommersiya, həm humanitar və digər sahələrdə dəstək göstərir.

- Azərbaycan qazının Xorvatiyaya çatdırılması Azərbaycanın Avropada etibarlı enerji tərəfdaşı və qaz təchizatçısı kimi rolunu gücləndirir. Xorvatiya hökumətinin bu layihəyə yanaşmasını necə qiymətləndirirsiniz və gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsi üçün hansı potensial imkanları görürsünüz?

- Təbii qaz sahəsində əməkdaşlıq yeni bir sahədir. Xorvatiya Azərbaycan qazını idxal etməyə başlayan Avropa İttifaqının 10-cu, ehtimal ki, sonuncu ölkəsidir. Bu müqavilə iki özəl şirkət tərəfindən bağlanan iki müqavilədən ibarətdir. Bu, Xorvatiyada özəl bir biznesdir. Lakin hökumət bu təşəbbüsləri dəstəkləyir. Hazırda böyük bir qaz miqdarından söhbət getmir. Məncə, ildə 140 milyon kubmetr qazdan söhbət gedir. Lakin bu əməkdaşlığı genişləndirmək imkanı mövcuddur. Qeyd etmək vacibdir ki, Xorvatiya LNG terminalına sahibdir və bu LNG terminalı 2026-cı ildən etibarən illik 6.1 milyard kubmetr tutuma malik olacaq. Beləliklə, bu miqdar Xorvatiyanın ehtiyacından çox-çox daha artıq olacaq. Bu isə o deməkdir ki, Xorvatiya Cənubi-Şərqi Avropa və Mərkəzi Avropada enerji mərkəzinə çevrilir. Bu, Azərbaycanla təbii qaz sahəsində gələcək əməkdaşlıq baxımından da vacibdir.

- İon-Adriatik Boru Kəməri (IAP) layihəsi Xorvatiya üçün nə dərəcədə strateji əhəmiyyət kəsb edir? Sizcə, bunun ölkənin enerji təhlükəsizliyinə və iqtisadiyyatına hansı təsiri olacaq?

- Təəssüf ki, İon-Adriatik Boru Kəməri artıq maraqlı tərəflər arasında müzakirə olunmur. Zamanla bu layihənin köhnəlməsi və daha əvvəlki bir baxış bucağının dəyişməsi də səbəblər arasındadır. Bu müddət ərzində Cənubi-Şərqi Avropa üçün yeni bir imkan ortaya çıxdı və bu imkan artıq həyata keçirilir və işləyir. Bu, Azərbaycanın qazını Cənubi-Şərqi Avropaya interkonnektorlar vasitəsilə ixrac etmək imkanını təklif edir. Yəni, Rumıniya, Bolqarıstan, Serbiya, Macarıstan və digər ölkələrdə mövcud olan milli boru kəmərlərindən istifadə etməklə və bu ölkələr arasında interkonnektorlar yaradaraq qazı ixrac etmək. Bu şəkildə Azərbaycan qazını idxal etmək üçün Avropa ölkələri şəbəkəsi genişləndirilib. Amma qeyd etmək lazımdır ki, Xorvatiya hələ də Ion-Adriatik Boru Kəmərindən imtina etməyib. Gələcəkdə nə olacağını heç vaxt bilmək olmaz.


- Azərbaycan və Xorvatiya arasında əlaqələr möhkəmləndikcə, Xorvatiyanın Türk dünyası ilə daha da dərin əməkdaşlığa marağı artırmı?

- Xorvatiya ilə Türk dünyası arasındakı əməkdaşlıq çox qədimdir. Osmanlı İmperiyasından başlayaraq bu əlaqələr hər zaman mövcud olub. Biz Türkiyə və Azərbaycan ilə çox yaxşı münasibətlərə malikik və son bir neçə ildə biz həmçinin Mərkəzi Asiya ilə, Türk dövlətləri ilə əməkdaşlığımızı inkişaf etdiririk. Yaxın vaxtlarda xarici işlər nazirimiz bu ölkələrdən bəzilərini ziyarət edib, yaxın zamanda isə Qazaxıstana gedəcək. Həmçinin, Baş nazirin də yaxın gələcəkdə bu ölkələrdən birini ziyarət edəcəyini düşünürəm. Beləliklə, Xorvatiya ilə Türk dünyası arasında əməkdaşlıq mövcuddur və inkişaf edir.

- Azərbaycanlı və xorvatiyalı tələbələr arasında hansı mübadilə proqramları həyata keçirilir və təhsil müəssisələri arasında hansı tərəfdaşlıq əlaqələri, eləcə də elmi əməkdaşlıq mövcuddur? Bundan əlavə, gələcəkdə bu əməkdaşlığın inkişafı üçün hansı planlar var?

- Biz bu əməkdaşlığı həm dövlət qurumları və agentliklərin memorandumlar imzalaması baxımından, həm də institutlararası şəkildə inkişaf etdirmişik. Bu, əsasən Xorvatiya ilə Azərbaycan arasında hökumətlərarası əməkdaşlığın bir hissəsidir. İkinci istiqamət isə dövlət və özəl universitetlərinin çox yaxşı əməkdaşlıq etməsidir. Mənim missiyam dövründə, məsələn, ADA Universiteti ilə Xorvatiyanın Zaqreb İqtisadiyyat Məktəbi, Splitdəki bir fakültə, Varazindəki fakültə və həmçinin Dillər Universiteti arasında bir neçə razılaşma imzalanıb. Onlar əməkdaşlıq memorandumu imzalayıb və həm Zaqrebdə, həm də Bakıya qarşılıqlı səfərlər həyata keçirilib.

Foto - İlkin Nəbiyev ©️ APA GROUP

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://apa.az
archiveBu xəbər 21 Fevral 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1217

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see186

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see143

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see119

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see119

GÖYÇAY SAKİNLƏRİ ÖRÜŞ SAHƏSİNDƏ SÜNİ GÖL YARADILMASINA ETİRAZ EDİR “İstifadə etməyə su tapmırıq” / Foto

16 İyul 2025 15:32see115

Yarış superkarı ilk dəfə şəhər yollarında görünəcək

16 İyul 2025 05:43see113

Göbələk xərçəngin dərmanı imiş

16 İyul 2025 06:06see112

Bu il 100 yeni dövlət standartı qəbul edilib

16 İyul 2025 16:13see112

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see112

İrəvan imtina edir, yoxsa..?

16 İyul 2025 15:43see111

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see111

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see111

“Real” müdafiəçisinin rekordu

16 İyul 2025 07:18see111

Türkiyə BƏƏ Yüksək Səviyyəli Strateji Şuranın iclası keçiriləcək

16 İyul 2025 07:30see111

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see111

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see111

Ukraynaya veriləcək silahlar məlum oldu “NYT” detalları açıqladı

16 İyul 2025 10:54see110

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri