Icma.az
close
up
RU
Xorvatiyaya yollanacaq heyət müəyyənləşib

Xorvatiyaya yollanacaq heyət müəyyənləşib

Avropa çempionatının əsas mərhələsində yanvarın 31-də səfərdə Xorvatiya ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisi bakıdakı hazırlıq mərhələsini başa vurub. Sport24.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, baş məşqçi Vitali Borisov səfərə aparacağı yekun heyəti müəyyənləşdirib:

Emin Kürdov, Xəzər Ağalızadə, Ülvi Əliyev (hamısı "Araz-Naxçıvan"), Rövşən Hüseynli ("Astana", Qazaxıstan), Fərid Abbasov, Tofiq Mikayılov, Kənan Manafov, Oktay Rüstəmli, Nihad İsmayılov, Nurlan Mehdizadə (hamısı "Baku Fire"), Emil Həsənzadə, Fərid Atakişiyev, Mirzə Əmirov ("Neftçi"), İlham Aalıyev ("Şuşa").

Qeyd edək ki, millimiz bu gün Bakı-İstanbul-Zaqreb reysi ilə Xorvatiyaya yola düşəcək.

seeBaxış sayı:67
embedMənbə:https://sport24.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri