Xorvatlar Emrelinin çıxışını qiymətləndirdi: Dinamonun sabiq forvardı fantastik formadadı
Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xorvatiya mətbuatı ötən yay “Dinamo”dan(Zaqreb) “Nürnberq”ə keçən Mahir Emrelinin çıxışından yazıb.
Sportal.az xəbər verir ki, “Sportske novosti” nəşri millimizin forvardının Almaniya klubundakı uğurlu performansı barədə bunları qeyd edib:
"Ardıcıl dördüncü matçda Almaniyada qol vuran “Dinamo”nun keçmiş hücumçusu Mahir Emreli fantastik formadadır. O, ikinci Bundesliqanın 11-ci turunun "Hamburq"la matçında da (1:1) qol vurmağı bacardı. Bu qolla o, ardıcıl dördüncü oyunda qol vuraraq əla çıxışını davam etdirdi. O, bundan öncə ölkə kubokunda "Hoffenhaym"la görüşdə, həmçinin "Regensburq" və "Qroyter"lə liqa oyunlarında da qol vurmuşdu".
Qeyd edək ki, Mahir Emreli yayda "Nürnberq"lə 1 illik müqavilə imzalamışdı.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 05 Noyabr 2024 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















