Xurma bağlarının hər hektarına görə 3000 manat birdəfəlik əkin subsidiyası ödəniləcək AZƏRTAC
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 13 dekabr, AZƏRTAC
Azərbaycandan xarici bazarlara ixrac olunan kənd təsərrüfatı məhsulları arasında xurma xüsusi çəkiyə malikdir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, ölkəmiz üçün ənənəvi bazarlar sayılan postsovet məkanında xüsusilə Azərbaycanda istehsal olunan şişburun xurmaya maraq böyükdür.
Xurma istehsalını və ixracını artırmaq məqsədilə dövlət tərəfindən xurma bağlarının salınması subsidiyalaşdırılır. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 1 sentyabr 2024-cü il tarixindən 2025-ci il mayın 31-dək Mərkəzi Aran, Şəki-Zaqatala, Qazax-Tovuz və Qarabağ iqtisadi zonalarında salınacaq xurma bağlarının hər hektarına görə fermerlərə 3000 manat birdəfəlik əkin subsidiyası ödəniləcək.
Bu subsidiya növü ən azı 2 hektarda salınmış, hər hektarda damcı suvarma sistemi quraşdırılmış, hektar üzrə ən azı 650 ting əkilmiş xurma bağlarına şamil edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 13 Dekabr 2024 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















