Xüsusi nümayəndə: Azad olunmuş ərazilərdəki dəyişikliklər sadəcə inşaat fəaliyyəti deyil bu, ədalətin, tarixin və mədəniyyətin bərpasıdır
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Xankəndi, 18 aprel, T.Ağaməmmədov, AZƏRTAC
Tarixi Qələbədən dərhal sonra dövlətimiz tərəfindən genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanıldı. Bu gün dövlətimizin bütün mümkün imkanları və resursları bu ərazilərin bərpasına yönəldilib. Azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri dövlət başçısının bir başa nəzarəti altında yüksək templərlə davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetində keçirilən tədbirdə bildirib.
O qeyd edib ki, əhalinin geri dönüşü üçün sosial infrastruktur - məktəblər, tibb müəssisələri, ictimai xidmət binaları və yaşayış sahələri tikilir və istifadəyə verilir. 2024-cü ildən etibarən şagirdlərimiz öz doğma şəhər və kəndlərində müasir standartlara cavab verən məktəblərdə təhsil alırlar.
Xankəndi şəhərində Qarabağ Universitetinin təsis olunmasının və fəaliyyətə başlamasının bu bölgədə elmi, təhsil və intellektual mühitin dirçəlməsində mühüm rol oynayacağını söyləyən E.Yusubov deyib: “Bu gün burada müşahidə etdiyiniz dəyişikliklər sadəcə inşaat fəaliyyəti deyil - bu, ədalətin, tarixin və mədəniyyətin bərpasıdır”.
Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin bu gün Xankəndi və Şuşa şəhərlərinə səfəri başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 18 Aprel 2025 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















