Icma.az
close
up
RU
“Yango Azerbaijan” və Azərbaycan Cüdo Federasiyasından yeni layihə “Yol ver, qalib gəl”

“Yango Azerbaijan” və Azərbaycan Cüdo Federasiyasından yeni layihə “Yol ver, qalib gəl”

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qlobal texnoloji şirkət “Yango Group”a daxil olan “Yango Azerbaijan”şirkəti və Azərbaycan Cüdo Federasiyası “Yol ver, qalib gəl” təşəbbüsünü təqdim edib. Layihə yolda davranış etikası ilə bağlıdır və cüdonun əsas prinsiplərini gündəlik avtomobil idarəçiliyinə tətbiq edir.

Layihənin əsas siması cüdo üzrə Olimpiya və dünya çempionu Hidayət Heydərov olub. Əməkdaşlıq çərçivəsində “Yango Azerbaijan” balans, qarşı tərəfə hörmət və özünə nəzarət kimi keyfiyyətlərin sükan arxasında təhlükəsiz və soyuqqanlı davranışa necə kömək etdiyini əyani şəkildə göstərən rəqəmsal layihə hazırlayıb. Layihə ilə xüsusi olaraq açılmış saytdan tanış olmaq olar: https://yango.com/az_az/lp/judo/

Birgə təşəbbüsün ideyası sadədir: cüdoda əsas qayda sakit qalmaq, məkanı hiss etmək və vəziyyətə impulsiv yox, düşünülmüş şəkildə reaksiya verməkdir. Yolda da eyni prinsiplər keçərlidir — aqressiyaya cavab verməmək, diqqətli, toparlanmış və başqa hərəkət iştirakçılarına qarşı hörmətli olmaq.

“Cüdonun dəyərləri tatami ilə məhdudlaşmır. Birgə layihəmiz intizam və özünə nəzarətə həsr olunub — bu keyfiyyətlər yollarda təhlükəsizliyi birbaşa artırır. Hər şey özünə, qaydalara və digər hərəkət iştirakçılarına hörmətdən başlayır. Peşəkar idmançılarla birgə təşəbbüsümüz sayəsində məqsədimiz yol münaqişələrinin səviyyəsini azaltmaq, sürücülərə təmkinli və inamlı davranmağa, sərnişinlərə isə daha rahat hiss etməyə kömək etməkdir. Biz cüdo prinsiplərini aydın və tətbiqolunan yol davranışlarına çeviririk. Bu, bizim üçün sadəcə kampaniya deyil, Bakının və bütövlükdə ölkənin şəhər mobilliyi və həyat keyfiyyəti mədəniyyətinə töhfədir”, - deyə “Yango Azerbaijan”ın rəhbəri Müşviq Həsənov bildirib.

“Yol ver, qalib gəl” rəqəmsal layihəsi çərçivəsində istifadəçilər cüdonun hörmət, nəzakət, cəsarət və özünə nəzarət kimi dəyərlərinin yolda harmonik münasibətlərin qurulmasına necə kömək etdiyini, məsələn, sürücülər qəza işıqları ilə təşəkkür və üzr bildirməyi, siqnalları nəzakətli şəkildə ötürməyi, xüsusi nəqliyyat vasitələrinə yol verməyi, eləcə də münaqişəli vəziyyətlərdə soyuqqanlı qalmağı və zərurət olduqda “Yango Təhlükəsizlik Mərkəzinə” müraciət etməyi öyrənirlər. Bakıda fəaliyyət göstərən ən yaxşı sürücü-tərəfdaşlar təşəbbüsün əsas prinsiplərinə sadiqliyi nümayiş etdirmək üçün avtomobilə yapışdırılan xüsusi stikerlər əldə edəcəklər.

Qeyd edək ki, bir müddət əvvəl “Yango Azerbaijan” və Azərbaycan Cüdo Federasiyası strateji tərəfdaşlıq sazişi imzalayıblar. Əməkdaşlığın əsas istiqamətləri idmana marağın artırılması, eləcə də şəhər mobilliyinin və rahat mühitin inkişafıdır.

Layihəyə necə qoşulmaq olar:

Yango Azerbaijan-ın rəqəmsal kanallarında “Yol ver, qalib gəl” layihəsinin materialları ilə tanış olun.

Yolda nəzakətli və təhlükəsiz davranış nümunələrinizi paylaşın və sükan arxasında hörmət mədəniyyətini dəstəkləyin.

Layihə haqqında:

“Yol ver, qalib gəl!” — “Yango Azerbaijan” və Azərbaycan Cüdo Federasiyasının birgə sosial təşəbbüsüdür. Layihənin məqsədi yolda qarşılıqlı hörmət mədəniyyətini gücləndirmək, münaqişə hallarını azaltmaq və ümumi təhlükəsizliyi artırmaqdır. Bu məqsədə cüdonun prinsipləri — hörmət, cəsarət və özünə nəzarət — vasitəsilə nail olunur. Layihənin əsas siması Olimpiya və dünya çempionu Hidayət Heydərovdur.

Yango Azerbaijan haqqında:

“Yango Azerbaijan” 2022-ci ildən bəri taksi sifarişi və çatdırılma xidmətləri göstərir. 2024-cü ildə şirkət ölkədə ictimai nəqliyyatda marşrut planlaşdırma, “Market” ərzaq çatdırılması və “Yemək” restoran yeməklərinin çatdırılması xidmətlərini də istifadəyə verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://apa.az
archiveBu xəbər 09 Oktyabr 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri