YAP Sədrinin müavini: Heydər Əliyev ideyaları Azərbaycanın tam suverenliyə qovuşmasının əsasını qoyub
Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlətimizin qarşısında duran ali məqsədlərə çatmaq üçün milli qanunvericiliyimizin əsaslarını müəyyən etdi. Məqsədyönlü siyasət nəticəsində milli birliyin, sabitlik və təhlükəsizliyin təmini, xarici dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın qurulması, ikitərəfli münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq prinsipi əsasında inkişaf etdirilməsi və digər mühüm addımlar Azərbaycanın müstəqilliyinin möhkəmlənməsini və beynəlxalq münasibətlər sistemində rolunun artmasını təmin etdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov mayın 7-də keçirilən “Milli Konstitusiyadan tam Suverenlik zirvəsinə: Heydər Əliyev ideyaları ilə yeni qələbələrə doğru” mövzusunda tədbirdə deyib.
O bildirib ki, Ulu Öndər Heydər Əliyevin respublikamıza ikinci rəhbərlik dönəmi - 1993-2003-cü illər Azərbaycanın sabitlik və tərəqqi yoluna qədəm qoymasını, böyük Zəfərin əldə edilməsi üçün möhkəm təməllərin yaradılmasını şərtləndirib.
Tahir Budaqov deyib: “Ümummilli Liderimiz 2003-cü ildə xalqa müraciət edərək dövlətçiliyimizin qorunub inkişaf etdirilməsi naminə Azərbaycanın gələcəyinə dair aydın baxışını ortaya qoyub. Xalqımız Ümummilli Lider Heydər Əliyevin müdriklik və uzaqgörənliyinə sonsuz inamını bir daha nümayiş etdirərək Prezident İlham Əliyevə qətiyyətli dəstək və yüksək etimad göstərməklə siyasi varisliyi təmin etdi və bununla da ölkəmizin inkişafında yeni mərhələnin əsası qoyuldu. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan öz iqtisadi, siyasi, hərbi gücü və xalqımızın əzmkar mövqeyi sayəsində möhtəşəm uğurlar qazandı. Ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpası isə Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin qətiyyətli siyasətinin, diplomatik məharətinin real nəticəsidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 07 May 2025 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















