Icma.az
close
up
RU
YAP Zəngilan rayon təşkilatında “20 Yanvar Qəhrəmanları 35 il” adlı anım tədbiri keçirildi

YAP Zəngilan rayon təşkilatında “20 Yanvar Qəhrəmanları 35 il” adlı anım tədbiri keçirildi

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

16 yanvar 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısının müavini Nizami Mönsümov, Şərqi Zəngəzur Regional Mədəniyyət idarəsinin Zəngilan rayonu üzrə baş məsləhətçisi Mehman Nəsirov, Mərkəzi Rayon Xəstəxanasının direktoru Ceyran Abbasova, Zəngilan Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Sənan Məhərrəmov, ərazi partiya təşkilat sədrləri, partiya fəalları və qazilər iştirak etdilər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra 20 Yanvar hadisələrinə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbiri giriş nitqi ilə açan YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə bildirdi ki, Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar faciəsi məqsədli şəkildə törədilmiş, xalqımızı qorxutmağa və susdurmağa yönəlmiş ən böyük və ən dəhşətli cinayətlərdən biridir.

20 Yanvar və Azərbaycan tarixində daha əvvəl baş vermiş digər faciəli hadisələr bütün iyirminci əsr boyunca xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə Qarabağda baş qaldıran separatizm, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.

Daha sonra diqqətə çatdırılmışdır ki, 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymətin verilməsi də xalqımızın dahi oğlu Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyev təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin “20 Yanvar” əməlinə etiraz edərək Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi.

Natiq Quluzadə onu da vurğulamışdır ki, Möhtərəm Prezidentimiz də Azərbaycanın bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.

Digər çıxış edən natiqlər də qeyd etdilər ki, 20 Yanvar - Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizədə yeni bir səhifə açdı. O gecə, Azərbaycan xalqının iradəsi, mətinliyi və birliyi bütün dünyaya nümayiş olundu. Şəhidlərimizin göstərdiyi qəhrəmanlıq və fədakarlıq bizim üçün əziz və müqəddəs bir mirasdır. Şəhidlərimizin igidliyi və onların fədakarlığı heç zaman unudulmayacaq.

Bu gün qürurla deyə bilərik ki, 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. 20 Yanvar - ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir.

Sonda Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin 20 Yanvar hadisələrinə dair fikirlərini əks etdirən video çarx nümayiş olundu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Yanvar 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri