Icma.az
close
up
RU
“Yapı Kredi Bank Azərbaycan”dan 150 mln. manata yaxın depozit geri çəkilib Aktivləri azalıb

“Yapı Kredi Bank Azərbaycan”dan 150 mln. manata yaxın depozit geri çəkilib Aktivləri azalıb

Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ilin I rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.

Tribunainfo.az banka istinadən xəbər verir ki, 2025-ci ilin I rübündə “Yapı Kredi Bank Azərbaycan”ın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.7% azalaraq 2 milyon 280 min manat təşkil edib. 2024-cü ilin müvafiq dövründə bank 2 milyon 472 min manat xalis mənfəət əldə etmişdi.

Faiz gəlirləri və faiz xərcləri artıb

Hesabat dövründə bankın faiz gəlirləri 8.1% artaraq 11 milyon 537 min manat, faiz xərcləri isə 2.1 dəfə artaraq 2 milyon 12 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 6 milyon 461.9 min manata ( illik müqayisədə 18.3% çox), qeyri-faiz xərcləri isə 11 milyon 590.6 min manata ( illik müqayisədə 4.1% çox) bərabər olub. Beləliklə bank bu dövrdə 4.4 milyon manat əməliyyat mənfəəti əldə edib ki, bu da illik müqayisədə 10% azdır.

I rübdə bankın aktivləri kəskin azalıb

Cari ilin aprel ayının 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 23.3% və ya 170.3 milyon manat azalaraq 560.1 milyon manata enib. Cari ilin ilk 3 ayında “Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 1% və ya 3 milyon manat artaraq 320 milyon 602 min manata bərabər olub.

Bu dövrdə “Yapı Kredi Bank Azərbaycan”ın cəmi öhdəlikləri 447.4 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 27.9% və ya 173 milyon manat azdır.

Üç ayda “Yapı Kredi Bank Azərbaycan”dan 150 milyon manata yaxın depozit geri çəkilib

Fiziki şəxslərin depozitləri ilin əvvəlinə nisbətən 16.4% və ya 17.6 milyon manat azalaraq 89.2 milyon manat, hüquqi şəxslərin (şirkətlərin) depozitləri isə 30.4% və ya 130.1 milyon manat azalaraq 297 milyon 870 min manata enib. Beləliklə bankın ümumi depozit portfeli cari ilin ilk üç ayında 27.6% və ya 147.8 milyon manat manat azalaraq 387.1 milyon manat təşkil edib.

Hesabat dövründə bankın, kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 46.7 milyon manata bərabər olub.

Bankın kapitalı artıb

2024-cü il aprel ayının 1-nə “Yapı Kredi Bank Azərbaycan”ın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 2.5% və ya 2.7 milyon manat artaraq 112 milyon 672 min manat təşkil edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 16 Aprel 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri