Icma.az
close
up
RU
Yaponiya miqrasiya siyasətini sərtləşdirir?

Yaponiya miqrasiya siyasətini sərtləşdirir?

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaponiya hökuməti miqrasiya siyasətində ciddi dəyişikliklər etməyə hazırlaşır. Gözlənilir ki, bu dəyişikliklər ölkəyə uzunmüddətli dövrdə gələn əcnəbilərin sayının məhdudlaşdırılmasına və nəzarətin gücləndirilməsinə səbəb olacaq. “Asahi” qəzetinin məlumatına görə, bu məqsədlə Ədliyyə Nazirliyi nəzdində xüsusi ekspert qrupu yaradılacaq və həmin qrup immiqrasiyanın ölkənin sosial həyatına, əmək bazarına, sosial təminat sisteminə və ictimai təhlükəsizliyə təsirlərini qiymətləndirəcək.

Bu təşəbbüs Yaponiyanın dərinləşən demoqrafik böhranı fonunda irəli sürülür. Ölkə uzun illərdir sürətlə qocalan əhali və aşağı doğum səviyyəsi ilə üzləşir. Əhalinin üçdə biri artıq 65 yaşdan yuxarı insanlardan ibarətdir, yeni doğulanların sayı isə tarixi minimum səviyyəyə enib. 2024-cü ildə ölkədə cəmi 686 min uşaq dünyaya gəlib ki, bu da rekord dərəcədə aşağı göstəricidir. Əgər bu ilin ikinci yarısında doğum sayı indiki templə azalmağa davam etsə, yapon uşaqlarının illik doğum göstəricisi yenidən rekord səviyyədə aşağı ola bilər.

Tədqiqat, həmçinin göstərir ki, bu ilin birinci yarısında Yaponiyada bağlanan nikahların sayı 238 min 561 nəfər olub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 9952 nəfər azdır. Səhiyyə Nazirliyi Yaponiyada gənc əhalinin sayının azaldığını, insanların adətən daha gec yaşda evləndiyini və uşaq dünyaya gətirdiyini, bu səbəbdən də ölkədə doğum sayının azalmağa davam etdiyini bildirib. Nazirlik Yaponiyada doğum nisbətinin azalması problemini həll etmək üçün digər dövlət qurumları ilə əməkdaşlığı davam etdirəcəyini bildirib. Əlbəttə, bu tendensiya əmək resurslarının azalmasına, sosial təminat sisteminə artan təzyiqə və iqtisadiyyatın dayanıqlığı üçün yeni risklərə gətirib çıxarır.

Miqrantların əmək bazarında rolu ilə bağlı mübahisələr də getdikcə güclənir. Rəsmi Tokio son illərdə xüsusilə tikinti, kənd təsərrüfatı və xidmət sektorunda işçi çatışmazlığını kompensasiya etmək üçün əcnəbilərin cəlbinə imkan verib. Lakin xarici vətəndaşların artan sayı bir sıra narahatlıqlara səbəb olub. Yapon cəmiyyətində sosial müavinətlərə əlavə yükün düşəcəyi, əməkhaqlarının aşağı səviyyədə qalacağı və ictimai təhlükəsizliyin zəifləyəcəyi barədə narahatlıqlar geniş yayılıb.

Ekspertlərin fikrincə, ölkə yalnız immiqrasiyanı sərtləşdirməklə deyil, həm də daxili potensialdan daha səmərəli istifadə etməklə mövcud demoqrafik problemlərə cavab verə bilər. Əmək bazarında qadınların və yaşlı insanların iştirak səviyyəsinin artırılması, texnologiya və robototexnikanın daha geniş tətbiqi işçi qüvvəsi çatışmazlığını müəyyən qədər aradan qaldıra bilər. Bununla yanaşı, doğum səviyyəsinin artırılması üçün dövlətin ailə siyasətini gücləndirməsi, uşaq baxımı xidmətlərinə və təhsilə daha çox dəstək göstərməsi zəruri sayılır.

Yaponiyanın gələcəyi üçün həm miqrasiyanın tənzimlənməsi, həm də daxili islahatların paralel şəkildə həyata keçirilməsi qaçılmaz görünür. Əks halda əhalinin azalması və qocalması fonunda ölkə həm iqtisadi, həm də sosial baxımdan ciddi çətinliklərlə üzləşə bilər.

S.ELAY
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:228
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Avqust 2025 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Demnadan Milanda yeni Gucci kolleksiyası (FOTO)

29 Sentyabr 2026 08:15see139

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

Jezuş Ronaldunun oyun vaxtı ilə bağlı razılaşmasını pozdu

29 Sentyabr 2026 07:34see137

“Qızıl top” uğrunda mübarizədə gözlənilməz dəyişiklik

29 Sentyabr 2026 08:23see136

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see136

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see136

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see135

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see134

“Ola bilər ki, kimlərsə məndən narazılıq edir” (MÜSAHİBƏ)

29 Sentyabr 2026 08:10see134

Qızıl alanlara ŞAD XƏBƏR VİDEO

29 Sentyabr 2026 09:29see133

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see133

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see133

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see133

Rusiyadan xəbərdarlıq: Mühasirəyə alsanız...

29 Sentyabr 2026 08:09see132

Gələcək investisiya siyasətinin əsas istiqamətlərindən biri

29 Sentyabr 2026 12:13see132

Bakı forumunda Prezident İlham Əliyevin investorlara mesajı ŞƏRH

29 Sentyabr 2026 12:13see132

Sənaye Sİ ə güvənməyə hazırdır

29 Sentyabr 2026 12:19see131

Alimlər 1000 dəfə özünü bərpa edən material hazırladı 500 il xidmət edə bilər

29 Sentyabr 2026 07:45see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri