Bir birinə oxşar iki torpaq sahəsinin qiyməti arasında 2 dəfə fərq olur AÇIQLAMA
Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
“Ötən il Bakının bütün rayonlarında torpaq sahələrinin qiymətində artım qeydə alınıb. Bir il üçün 37 % kifayət qədər böyük bir rəqəmdir və bunu əsaslandıracaq, sübut edəcək müqayisəli rəqəmlər ortaya qoyulmalıdır”.
Bunu Demokrat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib.
O deyib ki, Bakı şəhərində torpaq sahələrinə münasibət və yanaşma kifayət qədər ciddi şəkildə son illərdə dəyişib:
“Şəhərin mərkəzi rayonlarında torpaq sahələrinin sayı artıq məhdudlaşıbdır. Satışa çıxan torpaq sahələri, demək olar ki, yox dərəcəsindədir. Eyni zamanda torpaq sahələrinin qiymətləri də ölçüsündən, yerləşməsindən asılı olaraq dəyişir. Ola bilər ki, 2 kilometrlik bir radiusda bir-birinə oxşar iki torpaq sahəsinin qiyməti arasında iki dəfəyə yaxın fərq olsun. Bu məsələlərə də diqqət etmək lazımdır. Hər ikisinin təyinatı da eynidir, kommersiya təyinatlıdır”.
O bildirib ki, amma birisi kommersiya obyekti üçün kifayət qədər əlverişlidir:
“Sahəsi böyükdür, müəyyən olunmuş sıxlıq əmsallarına uyğun olaraq gəlirliliyi təmin edəcək səviyyədə obyekt tikmək mümkündür. Amma digərinin ölçüləri elə səviyyədədir ki, həmin əraziyə investisiya qoymağa heç ehtiyac da yoxdur. Çünki ərazi kiçikdir. Orada tikiləcək kommersiya obyektinin ölçüləri də faktiki olaraq kifayət qədər kiçik olacaq və çəkilmiş xərcləri daxil olmaqla ümumi satışdan qarşılamaq imkanında deyil. Bir il ərzində 37 % qiymət dəyişməsi real görünmür. Bu mənada bu rəqəmlərin haradan və hansı əsaslandırmanın nəticəsində meydana gəldiyini, zənnimcə, ortaya çıxarmaq lazımdır”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Bunu Demokrat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib.
O deyib ki, Bakı şəhərində torpaq sahələrinə münasibət və yanaşma kifayət qədər ciddi şəkildə son illərdə dəyişib:
“Şəhərin mərkəzi rayonlarında torpaq sahələrinin sayı artıq məhdudlaşıbdır. Satışa çıxan torpaq sahələri, demək olar ki, yox dərəcəsindədir. Eyni zamanda torpaq sahələrinin qiymətləri də ölçüsündən, yerləşməsindən asılı olaraq dəyişir. Ola bilər ki, 2 kilometrlik bir radiusda bir-birinə oxşar iki torpaq sahəsinin qiyməti arasında iki dəfəyə yaxın fərq olsun. Bu məsələlərə də diqqət etmək lazımdır. Hər ikisinin təyinatı da eynidir, kommersiya təyinatlıdır”.
O bildirib ki, amma birisi kommersiya obyekti üçün kifayət qədər əlverişlidir:
“Sahəsi böyükdür, müəyyən olunmuş sıxlıq əmsallarına uyğun olaraq gəlirliliyi təmin edəcək səviyyədə obyekt tikmək mümkündür. Amma digərinin ölçüləri elə səviyyədədir ki, həmin əraziyə investisiya qoymağa heç ehtiyac da yoxdur. Çünki ərazi kiçikdir. Orada tikiləcək kommersiya obyektinin ölçüləri də faktiki olaraq kifayət qədər kiçik olacaq və çəkilmiş xərcləri daxil olmaqla ümumi satışdan qarşılamaq imkanında deyil. Bir il ərzində 37 % qiymət dəyişməsi real görünmür. Bu mənada bu rəqəmlərin haradan və hansı əsaslandırmanın nəticəsində meydana gəldiyini, zənnimcə, ortaya çıxarmaq lazımdır”.
Leyla Turan
Demokrat.az
Bu mövzuda digər xəbərlər:Bakıda bu ərazilərdə torpaq sahəsinin qiyməti 50 faiz artacaq AÇIQLAMA
05 İyun 2025 21:39
Bir torpaq sahəsinə iki çıxarış necə verilib? AÇIQLAMA
27 May 2025 14:42
Qadınlarla kişilər arasında əməkhaqqındakı fərq azaldılacaq AÇIQLAMA
11 Dekabr 2024 19:38
Şagirdlərin bir birinə xəsarət yetirməsi ilə bağlı QURUMDAN AÇIQLAMA
24 Noyabr 2025 14:56
Yağışlı Bakıda 2 maşın bir birinə çırpılıb
14 Fevral 2025 13:02
Baxış sayı:78
Bu xəbər 15 Yanvar 2026 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















