Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Azərbaycan bu addımı ilə bütün dünyaya bir mənəviyyat dərsi verdi Tural Gəncəliyev Xaçaturyangildən DANIŞDI

Azərbaycan bu addımı ilə bütün dünyaya bir mənəviyyat dərsi verdi Tural Gəncəliyev Xaçaturyangildən DANIŞDI

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Erməniəsilli vətəndaşlardan Azərbaycanda müharibə cinayətləri törətməkdə təqsirləndirilərək cinayətləri sübuta yetirilmiş, məhkum edilmiş və cəzalarını almış şəxslər mövcud idi. Dünən həmin şəxslərdən dörd nəfərin Ermənistana geri qaytarılması və Həkəri çayı üzərindəki körpüdə təhvil verilməsi baş tutdu. Bu hadisə dövlətimizin həm Ermənistana, həm də ümumilikdə dünyaya ünvanladığı son dərəcə ciddi humanist jest kimi qəbul edilməli və düzgün anlaşılmalıdır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin insan hüquqları komitəsinin üzvü Tural Gəncəliyev bildirdi. Onun fikrincə, Azərbaycan bu addımla postmünaqişə dövründə Ermənistanla münasibətlərin normallaşdırılması və sülh prosesinə töhfə vermək istiqamətində prinsipial mövqeyini bir daha nümayiş etdirdi:

"Zatən Ermənistanla sülh müqaviləsinin təşəbbüskarı və müəllifi olan Azərbaycan sülh gündəminə sadiqliyini bu addımı ilə bir daha təsdiqləmiş oldu. Bu şəxslərin erməniəsilli olmaları və müharibə cinayətləri törətmələri artıq məhkəmə qərarları ilə təsdiqlənmişdi. Onlar məhkum edilmiş və cəzalarını çəkmişdilər. Bununla yanaşı, hazırda da Azərbaycanın cəzaçəkmə müəssisələrində saxlanılan və ya məhkəmə prosesi davam edən digər erməniəsilli şəxslər mövcuddur".

Millət vəkilinin sözlərinə görə, faktlar onu göstərir ki, Azərbaycan bu addımı atmaqla həm də erməniəsilli şəxslərin məhkəmələri ilə bağlı guya narahatlıq keçirən və bu mövzuda ölkəmizə qarşı qarayaxma kampaniyası aparan bəzi beynəlxalq dairələrə, xüsusilə Avropa institutlarında fəaliyyət göstərən erməni istəkli və azərbaycanofob çevrələrə tutarlı cavab vermiş oldu:

"Mən özüm Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, həmçinin Milli Məclisdə Avropa Parlamenti ilə işçi qrupunun üzvü kimi dəfələrlə şahid olmuşam ki, bir sıra Avropa siyasətçiləri və erməni istəkli dairələr müharibə cinayətləri törətmiş şəxsləri sanki heç bir cinayət baş verməmiş kimi müdafiə edir, eyni zamanda Azərbaycana qarşı təzyiq və qarayaxma kampaniyaları aparmağa çalışırdılar. Azərbaycan dövləti isə həmin təzyiqlərə və kampaniyalara məhz bu dörd erməniəsilli məhkumun Ermənistana təhvil verilməsi ilə çox dəqiq və layiqli cavab verdi. Bu addım bir daha göstərdi ki, dövlətimiz müdrik, geniş geostrateji baxışa malikdir. Eyni zamanda bu, o demək deyil ki, bütün erməniəsilli məhkumlar azad edilib".

Müsahibimiz əlavə etdi ki, Azərbaycan müvafiq kateqoriyalı cinayətlər üzrə yalnız dövlət maraqlarına uyğun hesab edilən şəxslər barədə qərar verərək, həm qarayaxma kampaniyası aparan dairələrə cavab verdi, həm də Ermənistanla sülh gündəminə sadiqliyini humanist jestlə nümayiş etdirdi.

"Bu, bir daha sübut etdi ki, Azərbaycan dövləti diktə və təzyiqlərlə hərəkət edən, qərarlarını qarayaxma kampaniyalarına əsasən verən bir dövlət deyil. Biz müharibəni müstəqil şəkildə qazandıq, Ermənistanın işğalına son qoyduq və bu gün həm regional əməkdaşlıq, həm Ermənistanın bu proseslərə cəlb edilməsi, həm də Zəngəzur istiqamətində açılması nəzərdə tutulan kommunikasiya və nəqliyyat marşrutları fonunda bu addım olduqca müsbət qiymətləndirilməlidir. Eyni zamanda bu hadisə Azərbaycan məhkəmə sisteminin ədalətini və dövlətimizin strateji humanist siyasətini də bir daha təsdiqləmiş oldu. Ümid edirik ki, bu addım Ermənistandakı revanşist qüvvələr və onları dəstəkləyən dairələr üçün bir dərs və örnək olacaq. Çünki başqa dövlətlər Azərbaycanın yerində olsaydı, böyük ehtimalla belə bir addım atmazdılar. Onlar adətən yalnız qisas və revanşizm hissləri ilə hərəkət edən, öz siyasi mövcudluqlarını tarixi saxtalaşdırmalar üzərində quran dairələrdir. Azərbaycan isə bu addımı ilə bütün dünyaya bir mənəviyyat dərsi verdi, humanist siyasətin nə olduğunu nümayiş etdirdi. Qoy öyrənsinlər və Azərbaycan dövlətinə təşəkkür etsinlər", - deyə Tural Gəncəliyev yekunlaşdırdı.

Xatırladaq ki, ötən gün Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən Vaqif Xaçaturyan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekyan Ermənistana təhvil verilib.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Yanvar 2026 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see267

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see245

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see243

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see236

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see210

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see174

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see170

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see170

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see157

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see156

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see156

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see156

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see148

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see147

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see145

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see143

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see136

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri