Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Azərbaycan və Türkiyə arasında imzalanmış yeni qaz tədarükü sazişi bazar sabitliyi baxımından əhəmiyyətli addımdır

Azərbaycan və Türkiyə arasında imzalanmış yeni qaz tədarükü sazişi bazar sabitliyi baxımından əhəmiyyətli addımdır

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan–Türkiyə arasında yeni qaz sazişi regional enerji sabitliyinə uzunmüddətli töhfə kimi qiymətləndirilə bilər. Azərbaycan və Türkiyə arasında təbii qaz tədarükünə dair imzalanmış yeni saziş iki ölkə arasında enerji sahəsində mövcud strateji tərəfdaşlığın növbəti mərhələsi kimi dəyərləndirilə bilər. Müqaviləyə əsasən, Azərbaycan Türkiyəyə ümumilikdə 33 milyard kubmetr həcmində təbii qaz tədarük edəcək. Razılaşmanın 15 illik dövrü əhatə etməsi və 2029-cu ildən qüvvəyə minərək 2040-cı illərə qədər davam etməsi onun uzunmüddətli və planlı xarakter daşıdığını göstərir”.

Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Əli Səlimov danışıb. İqtisadçı bildirib ki, illik orta hesabla 2–2,25 milyard kubmetr həcmində qaz tədarükünü nəzərdə tutan bu saziş Türkiyə üçün enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. İqtisadçının fikrincə, qlobal enerji bazarlarında qiymət dalğalanmaları və geosiyasi risklərin davam etdiyi bir dövrdə uzunmüddətli və stabil tədarük müqavilələri istehlakçı ölkələrin enerji strategiyasında əsas alətlərdən biri hesab olunur: “Azərbaycan qazının Türkiyə bazarına uzun illər ərzində proqnozlaşdırılan həcmlərlə daxil olması Ankara üçün risklərin azaldılması və planlamanın daha effektiv aparılması baxımından rasional addım kimi görünür”.

Əli Səlimov

Əli Səlimov qeyd edib ki, sözügedən saziş, Azərbaycan üçün qaz ixrac strategiyasının davamlılığını təmin edən mühüm mexanizmlərdən biridir: “Uzunmüddətli satış müqavilələri hasilat layihələrinin iqtisadi səmərəliliyini artırmaqla yanaşı, yeni yataqların işlənməsi və mövcud yataqların genişləndirilməsi üçün maliyyə əsaslarının formalaşmasına şərait yaradır. Xüsusilə, qazın “Abşeron” yatağından hasil olunması və Bakı–Tbilisi–Ərzurum qaz kəməri vasitəsilə nəql edilməsi mövcud infrastrukturun effektiv istifadəsinə imkan verir. Bu amil sazişin icrası zamanı əlavə infrastruktur xərclərinin minimuma endirilməsinə və texniki risklərin azaldılmasına xidmət edir. Eyni zamanda, tərəflər arasında illər ərzində formalaşmış texniki, kommersiya və institusional əməkdaşlıq mexanizmlərinin saxlanıldığını göstərir. Bu da sazişin real və icra oluna bilən bir çərçivədə imzalandığını deməyə əsas verir”.

“Regional kontekstdə baxıldıqda, Azərbaycan–Türkiyə qaz sazişi Cənubi Qafqaz və daha geniş coğrafiyada enerji axınlarının sabitliyinə töhfə verə biləcək amil kimi çıxış edir. Türkiyə həm istehlakçı, həm də tranzit ölkə kimi regional enerji xəritəsində mühüm mövqeyə malikdir. Bu baxımdan, Azərbaycan qazının uzunmüddətli perspektivdə Türkiyə üzərindən bazarlara çıxışı regionun enerji təhlükəsizliyi arxitekturasının mühüm elementlərindən biri olaraq qalır”-deyə iqtisadçı bildirib.

Əli Səlimov qeyd edib ki, digər tərəfdən, saziş tərəflərin enerji sahəsində qısamüddətli situativ qərarlardan daha çox strateji planlamaya üstünlük verdiyini göstərir: “2029–2040-cı illəri əhatə edən razılaşma həm Azərbaycanın, həm də Türkiyənin enerji balansını uzun müddət üçün hesablanmış şəkildə formalaşdırmağa imkan yaradır. Bu isə dəyişkən qlobal enerji mühitində sabitlik yaradan mühüm faktor kimi qiymətləndirilə bilər.

Ümumilikdə, Azərbaycan və Türkiyə arasında imzalanmış yeni qaz tədarükü sazişi yalnız ikitərəfli münasibətlər kontekstində deyil, regional enerji təhlükəsizliyi və bazar sabitliyi baxımından da əhəmiyyətli addım kimi dəyərləndirilə bilər. Müqavilənin həcmi, müddəti və icra mexanizmləri onun uzunmüddətli və praqmatik yanaşma əsasında formalaşdırıldığını göstərir”.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:38
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 Yanvar 2026 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see267

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see245

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see243

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see236

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see210

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see174

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see170

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see170

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see157

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see156

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see156

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see156

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see148

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see147

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see145

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see143

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see136

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri