Icma.az
close
up
RU
Menu

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

“Qəzzaya dönüş: bölgənin gələcəyini kim müəyyən edəcək?“ İsrail mətbuatı

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

Madaqaskar Prezidenti etirazlara görə paytaxtı tərk edib

B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliklərə diqqət edin

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

Mingəçevirdə zirzəmidə tapılan körpə ilə əlaqədar araşdırma aparılır

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

Yaradıcı azadlıq və məsuliyyət: sərhəd haradadır?

Yaradıcı azadlıq və məsuliyyət: sərhəd haradadır?

Icma.az, 525.az saytına istinadən bildirir.

Şahanə MÜŞFİQ

Azadlıq insanın ruhunun ən böyük imtiyazı, eyni zamanda ən çətin sınağıdır. Yaradıcılıq isə o azadlığın nəfəs aldığı, formaya düşdüyü sahədir. Sənətkar üçün azadlıq təkcə hüquq deyil, həm də varlıq səbəbidir. Çünki yaradıcı insanın işi məhz sərhədləri aşmaq, qadağaları sorğulamaq, cəmiyyətin "belə olmalıdır" deyə diktə etməyə çalışdığı qaydaların altına sual işarəsi qoymaqdır. Amma burada incə bir nüans var: sənətkar sərhədi keçdikdə, o, artıq yalnız özünü deyil, başqalarını da təmsil edir. Və bu nöqtədə azadlıq məsuliyyətlə üz-üzə gəlir.

Yaradıcılıq azadlıqdan qidalanır. Mütləq itaət mühitində nə fikir doğular, nə ideya yetişər. Tarix göstərir ki, böyük sənət nümunələri hər zaman azad düşüncənin məhsulu olub. Renessans dövrü sənəti, Avropa maarifçiliyinin fəlsəfəsi, XX əsrin modernist ədəbiyyatı - hamısı azadlıq duyğusunun sənətdəki təcəssümüdür.

Azadlıq sənətkar üçün sadəcə mövzu seçimi deyil, həm də düşüncə formasıdır. O, gerçəyi başqalarının gözlədiyi kimi yox, öz gördüyü, duyduğu kimi ifadə etmək istəyir. Məhz bu istək yaradıcının daxili dürüstlüyünün əsasını təşkil edir. Əgər yaradıcı insan öz gördüklərini, duyduqlarını, ya da görmək istədiklərini bir kənara qoyub, cəmiyyətin diktəsinə boyun əyirsə, o, artıq sənətkar deyil, sadə bir sifarişçidir.

Əlbəttə, məsələ bununla da bitmir. Yaradıcı azadlıq, bir növ, güc kimidir, kimin əlində olmağından asılı olaraq, xeyir də gətirə bilər, zərər də.

Hər azadlıq bir nəticə doğurur. O nəticənin kimlərə necə təsir etdiyini isə çox vaxt yaradıcının özü düşünmür, nəzərə almır. Halbuki yaradıcılıq təkcə fərdi akt deyil, sosial hadisədir. Yazıçı yazır, oxucu oxuyur, rəssam çəkir, tamaşaçı seyr edir, bütün bunların sonunda isə cəmiyyət müzakirə edir. Beləcə, bir fikrin dalğası onlarla, yüzlərlə insanın düşüncəsinə toxunur.

Məsuliyyət isə məhz burada başlayır: sən dediyinə nə qədər cavabdehsən?

Əgər sənət adı ilə bir dəyəri aşağılamaq, bir xalqı təhqir etmək, bir dini məsxərəyə qoymağın "azadlıq" olduğu düşünülürsə, bu, kökündən yanlışdır. Çünki bütün bunlar azadlıq yox, nihilizmdir. Azad sənət dəyərləri sorğulaya bilər, amma onları təhqir etmək azadlığın deyil, məsuliyyətsizliyin nəticəsidir.

XX əsrin sonlarından bəri dünyada "sərhədsiz sənət" ideyası gücləndi. Müasir performanslar, küçə sənəti, sosial eksperimentlər iddia edildiyi kimi "yaradıcılığın inkişafına mane olan, onu boğan sərhəd" anlayışını dağıtmaq məqsədi daşıyırdı. Bəli, bu sayədə dünya mədəniyyət, incəsənət tarixinə bir-birindən maraqlı, əvəzsiz əsərlər daxil oldu, xeyli sənətkarlar yetişdi. Nəzəri baxımdan da sənətşünaslıq yeni metodlara, cərəyanlara, istiqamətlərə "qucaq açdı". Ancaq hər şey kimi, bu prosesin də bir mənfi tərəfi oldu. Belə ki, zaman keçdikcə azadlıqla anarxiya arasındakı xətt nazilir, hətta yox olmaq təhlükəsi ilə qarşı-qarşıyadır.

Bəzən sənətçilər "mən kiməsə borclu deyiləm", "yalnız özüm üçün yazıram (çəkirəm, bəstələyirəm)" deyirlər. Bu fikir azadlıq baxımından cazibədar səslənə bilər, gəl gör ki, reallıq heç də belə deyil. Əgər sənətçi yaratdığı hər hansı sənət məhsulunu bu və ya digər şəkildə cəmiyyətə təqdim edirsə, hətta heç yerdə yox, özünün sosial şəbəkə hesablarında belə paylaşırsa, artıq bu, "özüm üçün yazıram" ola bilməz. Əgər o məhsulu oxuyan, izləyən müəyyən kütlə varsa, deməli, sənətçi də kiməsə borcludur - onu dinləyənə, oxuyana, izləyənə. Çünki onun sözü artıq şəxsi ifadəlilikdən çıxaraq ictimai təsirə çevrilir. Məsələn, bir rejissor ailə münasibətlərini təhqir üzərindən göstərirsə, bir yazıçı sevgi anlayışını bayağılaşdırırsa, bir rəssam dəyər simvollarını məsxərəyə qoyursa, bu, artıq estetik təcrübə deyil, sosial məsuliyyətsizlikdir.

Cəmiyyətin incə, həssas nöqtələri var: din, ailə, milli kimlik, mənəviyyat. Sənət bu mövzulara toxuna bilər, amma hörmətlə, sərhədlərini qoruyaraq. Bəlkə də kimlərsə, bu yazını oxuyanda, yazıdakı fikirlərə qarşı olaraq "senzura" anlayışını irəli sürəcək, "axı sənətə senzura olmaz" - deyəcək. Bəli, bu fikirlə biz də razıyıq. Elə ona görə də "hörmət" anlayışını işlətdik. Çünki hörmət senzura deyil, etik çərçivədir.

Bəziləri düşünür ki, məsuliyyət tələbi senzuranın başqa adıdır. Xeyr.

Senzura kənardan gələn qadağadır, məsuliyyət isə daxilimizdəki əyləcdir. Senzura sənətə "bunu demə" deyir, məsuliyyət isə "bunu necə demək lazımdır?" sualını verir.

Əsl sənətkar senzurasız yaşamaq istəyir, amma məsuliyyətsiz deyil. Çünki sənətkar öz azadlığını qorumağın yeganə yolunun onun mənəvi ölçüsünü dərk etmək olduğunu yaxşı bilir.

Salman Rüşdinin "The Satanic Verses" ("Şeytan ayələri") romanı dünyada "yaradıcı azadlığın sınağı" kimi qəbul olundu. Bir tərəf dedi ki, bu kitab azad fikrin ifadəsidir, digər tərəf isə onu müqəddəs dəyərlərə hörmətsizlik kimi qəbul etdi. Nəticədə yaranan gərginlik göstərdi ki, sözün sərhədi insanın inancında başlayır.

lll

Azərbaycan cəmiyyətində isə yaradıcı azadlıq bəzən yanlış başa düşülür. Ya onu tam qadağa ilə susdurmaq istəyirlər, ya da onu həddən artıq sərbəst buraxmaqla dəyərsizlik səviyyəsinə endirirlər. Halbuki həqiqət ikisinin arasındakı ölçüdədir.

Azərbaycan ədəbiyyatı və incəsənəti tarixən həm azad, həm də məsuliyyətli, hətta "çərçivəli" olub. Mirzə Fətəli Axundzadə dini fanatizmi tənqid edirdi, amma bunu xalqının tərəqqisi üçün edirdi. Üzeyir Hacıbəyov "O olmasın, bu olsun"da sosial stereotipləri lağa qoyurdu, amma qadın azadlığını və ailə dəyərlərini qoruyurdu. Cəfər Cabbarlı öz əsərlərində cahilliyi, gerifikirliliyi, nadanlığı tənqid edirdi, amma bunu sırf cəmiyyətin gələcək rifahı üçün edirdi. Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, o cümlədən, "Molla Nəsrəddin"çilər cəmiyyətin müəyyən etalonlarını məsxərəyə qoyurdular, onlara gülə-gülə insanları düşündürməyə çalışırdılar. Bu insanların hamısı ruhən, fikrən azad idilər, amma məsuliyyətli azad.

Bu gün isə bəzən "sərhədsizlik" azadlıq kimi təqdim olunur, kiminsə inancına gülmək, ailə anlayışını dağıtmaq, milli dəyərləri ironiyaya çevirmək yaradıcı azadlıq kimi xalqa sırınmağa çalışır. Halbuki bu, azadlığın yox, boşluğun göstəricisidir.

Sosial media dövründə yaradıcılıq demokratikləşib: hər kəs fikir bildirir, yazır, çəkir, paylaşır. Ancaq bu, eyni zamanda məsuliyyətin də paylaşılması deməkdir. Artıq "mən sadəcə dedim" bəhanəsi keçərli deyil. Çünki hər paylaşım bir fikir doğurur, hər fikir bir davranışı yönləndirir. Bir post, bir şeir, bir video bəzən yüzlərlə insanın düşüncəsini dəyişmək gücünə sahib olur. Deməli, söz indi heç vaxt olmadığı qədər güclüdür və güc artdıqca məsuliyyət də artır, ya da artmalıdır.

Azadlığın məqsədi dağıtmaq yox, göstərməkdir. Bəli, yaradıcı insan cəmiyyətin səhvlərini, ziddiyyətlərini, faciələrini göstərməlidir. Yuxarıda adlarını sadaladığımız dahilərimiz məhz bunu edirdilər. Amma hansı məqsədlə? Düzəltmək, daha yaxşıya doğru dəyişmək məqsədi ilə. Deməli, tənqid o vaxt obyektiv və faydalıdır ki, arxasında düzəltmək, düşündürmək, oyatmaq niyyəti olsun. Əgər sənətin məqsədi sadəcə sarsıtmaqdırsa, o zaman sənət sosial funksiyasını itirir.

Fransız yazıçısı Alber Kamyunun məşhur fikri var: "Sənətkarın borcu insan vicdanını diri saxlamaqdır". Bu baxımdan yaradıcı azadlıq vicdanla qidalanmalıdır. Vicdanı olmayan azadlıq istənilən formada təhlükəlidir.

Bəzən "azadlıq" və "dəyər" bir-birinə qarşı qoyulur, sanki biri varsa, digəri olmamalıdır. Amma əslində, onlar bir-birini tamamlayan məfhumlardır. Dəyərlər azadlığa istiqamət verir, azadlıq isə dəyərləri yaşadır.

Məsələn, sənətkar qadın azadlığından yazırsa, bu, dəyərlərin əleyhinə deyil, əksinə, insan ləyaqətinin müdafiəsidir. Yaxud sənətkar cəmiyyətdəki riyakarlığı ifşa edirsə, bu, dəyərlərin qorunması deməkdir. Əsas məsələ niyyətin səmimiliyi və ifadənin etik formasıdır.

lll

Bu sual yazının əsas məğzi, belə desək, ürəyidir: sərhəd haradadır?

Bu sərhəd qanunla, senzura ilə, qadağa ilə çəkilmir. Bu sərhəd yaradıcının daxilində olmalıdır. Hər sənətçinin öz içində görünməz bir "mizan tərəzisi" var - bir tərəfdə azadlıq, o biri tərəfdə vicdan. Hansı ağır gəlirsə, o zaman nəticə də ona uyğun olur.

Əgər sənətçi azadlığı vicdandan üstün tutursa, o zaman mütləq son nöqtədə cəmiyyətə zərər verəcək. Əgər vicdanı azadlıqdan üstün tutursa, onda da sənət yarımçıq qalacaq. Əsl peşəkar bu iki gücü tarazlıqda saxlayan insandır.

Yaradıcı azadlıq insanın Tanrıdan aldığı ən ilahi paydır. Amma o payı düzgün istifadə etmək hər kəsin bacardığı iş deyil. Söz, səs, rəng - bunların hər biri insan ruhuna təsir edir. Deməli, sənətkarın işi yalnız yaratmaq deyil, yönləndirmək, düşündürmək, saflaşdırmaqdır.

Azadlıq sənətə nəfəs verir, məsuliyyət isə o nəfəsi təmiz saxlayır. Biri olmasa, digəri mütləq çirklənəcək.

Bəli, yaradıcı azadlıq lazımdır. Amma o azadlığın sözünə, fikrinə, cəmiyyətinə və gələcəyə qarşı bir məsuliyyət daşıdığını da bilməli, qəbul etməliyik.

Sərhəd haradadır sualının cavabı da elə budur: Sərhəd sənətin içində deyil, sənətkarın vicdanındadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Oktyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see302

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see188

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

12 Oktyabr 2025 00:17see166

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see160

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see148

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see143

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see139

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

12 Oktyabr 2025 02:10see135

“Qəzzaya dönüş: bölgənin gələcəyini kim müəyyən edəcək?“ İsrail mətbuatı

11 Oktyabr 2025 20:50see135

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see134

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

12 Oktyabr 2025 02:49see133

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

11 Oktyabr 2025 23:40see126

Madaqaskar Prezidenti etirazlara görə paytaxtı tərk edib

11 Oktyabr 2025 23:03see124

B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliklərə diqqət edin

11 Oktyabr 2025 23:00see123

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see123

Mingəçevirdə zirzəmidə tapılan körpə ilə əlaqədar araşdırma aparılır

12 Oktyabr 2025 11:47see122

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see121

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see121

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see120

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri