Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Borussiya dan qələbə, Ayntraxt uduzdu

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

“Yaradıcı yeniyetmələrimiz, etibarlı gələcəyimiz” layihəsi öz işini yekunlaşdırdı

“Yaradıcı yeniyetmələrimiz, etibarlı gələcəyimiz” layihəsi öz işini yekunlaşdırdı

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə «Zirvə» mədəniyyət və incəsənət ictimai birliyi 01.05.2025-ci il və 31.08.2025-ci il tarixləri əhatə edən «Yaradıcı yeniyetmələrimiz, etibarlı gələcəyimiz» layihəsini Ağstafa, Tovuz, Ağcabədi, Ağdam rayonlarında və Gəncə şəhərinin Yeni Kəlbəcər qəsəbəsində yekunlaşdırdı.
Newscenter.az xəbər verir ki, on tədbirdən ibarət layihəyə, Ağstafa rayon, Yazıçılar Evində, Tovuz rayon, Qovlar şəhər Gənclər Evində, Ağcabədi rayon, Bayraq Muzeyində, Ağdam rayon, Quzanlı Qəsəbəsinin Olimpiya Kompleksində, Gəncə şəhər, Yeni Kəlbəcər Qəsəbəsinin Mədəniyyət Mərkəzində 185 nəfər yeniyetmə və gənc birbaşa cəlb olunmuşlar.Layihə çərçivəsində sosial şəbəkələr üzərindən yeniyetmə və gənclər, Yaradıcı yeniyetmələrimiz, etibarlı gələcəyimiz mövzusunda yaradılmış qruplar, səhifələr vasitəsilə 9 000 nəfərdən çox yeniyetmə və gənc bu layihədən xəbərdar olmuş, Yaradıcı yeniyetmələrimizin əl işləri, sənət nümunələri, ifaçılıq və s. bacarıqları ilə tanış olmuş, dolayı yolla maariflənmişlər.

Tədbirlərdə Azərbaycanın Dövlət Himni oxunduqdan və Ümummilli Liderimiz Heydər Əliyevin, eyni zamanda cəmi şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra, «Zirvə» mədəniyyət və incəsənət ictimai birliyinin sədri Şahin Qədirov, «Yaradıcı yeniyetmələrimiz, etibarlı gələcəyimiz» layihəsini dəstəklədiyi üçün, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını bildirdi. Təşkilatın sədri və layihənin koordinatoru layihə haqqında məlumat verərək, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın bir yumruq kimi birləşərək, rəşadətli Azərbaycan ordusunun əzmi ilə 30 illik işğala son qoyulması, 2023-cü ildə aparılan antiterror əməliyyatı, ölkəmizdə, xüsusən işğaldan azad olunmuş torpaqlarımızda aparılan tikinti-quruculuq işləri barədə məlumat verdi. O, nadir istedad nümayiş etdirən yaradıcı yeniyetmə və gənclərimizin xüsusi diqqət və qayğıyla əhatə olunması haqqında geniş, maarifləndirici məlumatlar verərək, dünya miqyasında yeniyetmə və gənc yaşlarından xalqımızın, dövlətimizin tanınmasında əvəzsiz xidmətləri olan korifey sənətkarlarımızın, dahi şəxsiyyətlərimizin bəşəri sənət nümunələri, əqli töhfələri barədə geniş məruzə etdi.

Rəsmi şəxslər və ekspertlər çıxış üçün söz alaraq nadir istedad, qabiliyyət nümayiş etdirən yeniyetmələrimizin bilik və bacarıqlarının vətənimizin çiçəklənməsinə səfərbər edilməsinin strateji əhəmiyyət daşıdığını xüsusi olaraq qeyd etdilər. Çıxışları zamanı bildirdilər ki, «Yaradıcı yeniyetmələrimiz, etibarlı gələcəyimiz» layihəsinin qarşıya qoyduğu hədəflər təkcə bu günün deyil, eyni zamanda ən-ənə olaraq, nəsildən-nəsilə ötürülməklə gələcək nəsillərin bilik və bacarıqlarının xalqımızın rifah və mənəvi inkişafının daha da zənginləşməsinə hesablanıb. Əlavə olaraq qeyd etdilər ki, bədii sənətin dili kəskin, ömrü uzun olur, deyilənlər unudulur, yaradılanlar, yazılanlar xalqın mənəvi, mədəni tarixinə əbədi olaraq həkk olunur.Düşmən işğal altında uzun illər saxladığı, qarət etdiyi torpaqlarımızı ona görə özününküləşdirə bilmədi ki, ulularımız, ata-babalarımız Vətən torpağının hər qarışını mədəniyyət məbədinə çevirmişlər. Bu ənənənin yeniyetmə və gənclərimiz tərəfindən davam etdirməsinin nə qədər əhəmiyyətə malik olmasını yaradıcı yeniyetmə və gənclərimiz yaxşı bilməlidir deyə vurğulamışlar.
Tədbirlərdə yeniyetmə və gənclərin yaradıcılıq mövzusunda müzakirələrinin, birgə fəaliyyətlərinin təşkili, seminar və dəyirmi masaların keçirilməsi üçün ictimai birliklər, icmalar, dövlət müəssisələri arasında mütəmadi dialoq qurmaq məqsədilə internet üzərindən əlaqələndirici şəbəkələrin yaradılması, yeniyetmə və gənc istedadlıların sənət nümunələrini əhatə edən kitabların nəşri, tərcüməsi və s. mövzuları əhatə edən maraqlı təklif və çıxışlardan sonra yeniyetmə və gənc istedadlıların əl işlərinə, rəsmilərinə, rəqslərinə, poeziya nümunələrinə, əqli-fəlsəfi, tarixi fikirlərinə, ifalarına və s. baxış keçirildi. Münsiflər heyəti tərəfindən qaliblər seçilərək sertifikatlarla, hədiyyələrlə mükafatlandırıldılar.

Xüsusi istedada malik yeniyetmə və gəncləri narahat edən bütün suallara aydınlıq gətirildi.
Yerlərdə mədəniyyət mərkəzlərinin rəhbərləri gələn qonaqlara minnətdarlıqlarını çatdırmaqla bərabər, bu cür müsabiqələrin xüsusi istedadlı yeniyetmə və gənclər arasında mütəmadi təşkilinin əhəmiyyətinə toxunaraq, belə maarifləndirici tədbirlərin onların yaradıcılığında yüksək mənada öz əksini tapacağına əmin olduqlarını bildirdirmişlər.
Dəftərxana ləvazimatları, papkalar paylanmış tədbirlər, çay, şirniyyat süfrəsilə yekunlaşdı.
Anar Əliyev
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 26 Avqust 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see267

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see247

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see245

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see236

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see210

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see178

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see177

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see171

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see156

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see156

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see149

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see148

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see148

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see146

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see143

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see135

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri