Yarım milyonluq avtomobil ilə riskli manevrlər edən sürücü SAXLANILDI ÖZƏL
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpüdə əks yola çıxaraq yüksək sürətlə hərəkət edən avtomobilin sürücüsü ilə bağlı tədbir görülüb. Belə ki, sürətlə hərəkət edən 10-ZY-100 dövlət qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin sürücüsü Z.İbrahimov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin DİN Mətbuat Xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, sözügedən avtomobil duracağa yerləşdirilib: "Faktla bağlı araşdırma aparılır".
Xatırladaq ki, 10-ZY-100 dövlət qeydiyyat nişanlı, təxminən 500 min manatlıq "Range Rover" markalı avtomobilin sürücüsü manevrlər edərək digər hərəkət iştirakçılarına təhlükə yaradıb.
Məhərrəm Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 29 Mart 2025 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















