Icma.az
close
up
RU
“Yarımçıq sülh” kimə lazımdır?

“Yarımçıq sülh” kimə lazımdır?

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistanı məsuliyyətdən yayındırmağa çalışanlar, qondarma iddiaların davam etməsini arzulayanlar

Cənubi Qafqazda onilliklərdir ki davam edən qarşıdurmalar, anlaşılmazlıqlar və dövlətlərarası münasibətlərdəki gərginlik 2020-ci il Vətən müharibəsindən sonra yeni bir istiqamət qazanıb. Artıq proses belə demək mümkündürsə, yeni mərhələyə transformasiya dövrünü yaşayır - Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin edib, növbəti dövrdə iki dövlət arasında münasibətlərin normallaşması üçün müzakirələr təşkil olunur. Amma bu müzakirələrin ən mühüm tərəfi ondan ibarətdir ki, əldə olunacaq razılaşma, başqa sözlə, sülh davamlı, hərtərəfli, bütün suallara aydınlıq gətirəcək şəkildə tənzimlənməlidir. Bir sözlə, Cənubi Qafqazda yaranacaq sülh mühiti əbədi və dayanıqlı olmalıdır. İki əsrə yaxındır ki, erməni təcavüzündən, qondarma iddialardan, torpaq işğalından əziyyət çəkən Azərbaycanın özünü qarşıdakı illərdə bu kimi problemlərdən kompensasiya etməsi üçün İrəvanla hərtərəfli sülhə imza atılmalıdır.

Paşinyan tələsir və yayınır...

Hazırda Ermənistanın apardığı “sülh təbliğatı” isə heç də səmimi təsir bağışlamır. Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsinin İctimai Televiziyasına müsahibəsində “ilin sonunadək Azərbaycanla nə isə bir sənəd imzalayaq” şəklində açıqlama verməsi nə siyasi, nə də hüquqi aspektdən doğru fikir sayıla bilməz. Birinci növbədə, 1991-ci ildən, yəni SSRİ-nin ləğvindən sonra Azərbaycanla Ermənistan arasında imzalanacaq sənəd iki ölkənin imzalayacağı ilk sənəd kimi tarixə düşəcək - burada bütün suallar öz cavabını tapmalıdır. Ərazilərin demarkasiyası və delimitasiyası dəqiq araşdırılmalı və orada əksini tapmalı, qarşıdakı illərdə hər hansı bir iddianın olmayacağına əminlik formalaşdırılmalı və öhdəlik olaraq götürülməli, qondarma iddialardan əl çəkilməli və bu öhdəlik Ermənistanın Azərbaycana qarşı iddialarının əks olunduğu rəsmi sənədlərdən çıxarılmalı, beynəlxalq platformalar üzrə Qarabağ məsələsinin tam bitdiyi elan edilməli və ATƏT-in Minsk ?rupunun rəsmən ləğv olunması bəyan edilməli, bölgədə hər hansı bir təhdidin qalmadığına əminlik yaradılmalı və təhlükəsizlik arxitekturasına yaranacaq təhdidlər aradan qaldırılmalıdır. Bir sözlə, sülh hərtərəfli və məzmunlu, dolğun olmalı, bütün ən xırda predmetlərə qədər açıq sual buraxmamalıdır. Beləliklə, Paşinyanın “tələsik sülh” açıqlaması onların “yarımçıq sülh” axtarışında olmasına dəlalət edir - yəni, Paşinyan hələ də ölkəsinin Konstitusiyasında dəyişikliyə nail olmadan, ATƏT-in Minsk qrupundan rəsmən “xilas olmadan” hansı sənəddən danışır? Bu sənəd nə qədər etibarlı ola bilər?

Bayden administrasiyası İrəvanı hara “qovur”?

Ortada həm də şübhəli məqamlar var - belə ki, Paşinyanın yarımçıq sülh arzuları böyük ehtimalla onun fərdi “istəyi” deyil - aylardır ki, Cənubi Qafqazda bu və ya digər şəkildə sülh şəraitinin yaranmasına mane olan Bayden administrasiyasının növbəti planıdır. Təsadüfi deyil ki, “hakimiyyətinin son günlərində” Bayden administrasiyası “sülh göyərçini”nə çevrilib. Artıq bir aydır ABŞ-ın hazırki hakimiyyəti Ermənistanı bu və ya digər yollarla sülhə tələsdirir, hətta Azərbaycana da təsir göstərməyə çalışır. Bir müddət öncə Amerika Birləşmiş Ştatlarının prezidenti Cozef Baydenin Prezident İlham Əliyevə ünvanladığı məktubu da bu fikri təsdiqləyir. Bayden məktubunda bildirirdi ki, “sülh sazişinin razılaşdırılmamış bəndlərinə dair işin yekunlaşdırılması hər iki tərəfdən kreativlik və güzəşt tələb edəcək. Lakin əminəm ki, bu imkandan yararlanmağa davam edəcəksiniz. Mən Sizi cari ildə sazişi yekunlaşdırmağa dəvət edirəm”.

Ermənistan törətdiyi cinayətlərin cavabını verməlidir...

Baydenin bu “dəvətinin” arxasında nələr dayanır? Axı, Bayden administrasiyası Azərbaycanın proseslə bağlı mövqeyini bilir - ölkəmizin bütün məsələlərin ən xırda detallarına qədər araşdırılması istəyindən xəbərdardır. 30 il ərzində Ermənistanın ölkəmizə qarşı apardığı təcavüzkar siyasət, ərazilərimizin dağıdılması, erməni barbarlığı, şəhər və kəndlərimizin yer üzündən silinməsi, mədəni, dini abidərimizə qarşı soyqırımı siyasətinin tətbiqi, ərazilərimizin minalanması və bu kimi onlarla cinayətkar əməllər ortaya çıxmalı, hüquqi qiymətini almalıdır. Təsadüfi deyil ki, bu həqiqətlər tam şəkildə ortaya çıxması yönündə də Azərbaycan bir neçə istiqamətdən iş aparır - nəticə etibarı ilə, bütün dünya erməni vandalizminin əsl üzünü görür. Beynəlxalq aləm ölkəmizin təqdim etdiyi faktları, sübutları və arqumentləri dəyərləndirir. Səmimi sülhün əldə olunması yerinə “yarımçıq sülh” axtaranların məqsədi çox güman ki, Ermənistanı bu məsuliyyətlərdən yayındırmaqdır. Təbii ki, bu mümkün deyil - Ermənistan 30 il ərzində törətdiyi cinayətkar əməllərə görə həm mənəvi, həm də maddi borcunu ödəməlidir...

Demokratların hədəflədiyi siyasi dividend...

Ortada bir nüans da var. Paşinyan hakimiyyətinin məmurlarının sülh mesajları, baş nazirin isə məhz “ilin sonunadək” hansısa bir sənəd imzalamaq “arzusu” həm də Bayden administrasiyasının kölgəsində təmsil etdikləri siyasi partiyaya yarınmaq həvəsindən irəli gəlir. Sirr deyil ki, Baydenin də mənsub olduğu siyasi partiya erməni lobbiçiliyinin ən aparıcı xəttlərindən sayılır. ABŞ parlamentində Demokratları təmsil edən deputatların əksəriyyəti erməni lobbisi ilə sıx “işgüzar” münasibətlərdədir. Bu mənada Paşinyanın alayarımçıq və tələsik sülh arzusu həm də demokratlarla işbirliyinin daha da sıxlaşdırılmasına əsaslana bilər. Demokratlara da bu sərf edir - indidən gələn seçiklər üçün “dividend” qazanmağa çalışan, erməni lobbisinin nümayəndələrinin maddi dəstəyini əldə etməyə həvəslənən demokratlar Azərbaycan ilə Ermənistan arasında hər hansı bir razılaşmanın əldə olunmasına nail olmaqla “siyasi xal” əldə etmək istəyir. Hər bir halda bu “üstünlük” qarışdakı parlament və prezident seçkiləri zamanı demokratların əlini gücləndirəcək faktora çevirilə bilər.

Paşinyan anlayır ki...

Eyni zamanda, Paşinyan anlayır ki, ABŞ-ın yeni administrasiyası üçün Ermənistan prioritet deyil - çünki Tramp və komandası bütün beynəlxalq məsələləri rasional şəkildə düşünür. Bayden administrasiyasından fərqli olaraq Tramp və komandası prosesə “lokal maraq” çərçivəsindən, dar pəncərədən baxmır. Yeni komanda daha çox qlobal düşüncə tərzinə malikdir - onlar üçün ən əsas amil qarşılıqlı əməkdaşlıq, təhlükəsizlik və tərəfdaşlıqdır. Bayden administrasiyasının hakimiyyətdən gedişi rəsmiləşəndən sonra Paşinyan “söykənməyə” kimsəni tapa bilməyəcək. Bu səbəbdən də baş nazir Bayden adminstrasiyasının “arzularını” daha da “qanadlandırmaq” üçün sülh mesajları verir, özünü sülhpərvər mövqedən göstərməyə çalışır...

P.İSMAYILOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Noyabr 2024 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri