Icma.az
close
up
RU
Yaşasaydı mayın 23 də 64 yaşı tamam olacaqdı...

Yaşasaydı mayın 23 də 64 yaşı tamam olacaqdı...

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Adətən qadınlar kişilərə nisbətən uzunömürlü olurlar. O isə, cəmi əlli doqqiz il yaşadı. Onu belə tez qocaldan, aramızdan tez aparan isə dərd oldu. Ömür-gün yoldaşının ölümü ilə heç cür barışa bilmirdi. Bu dərd onun sağlamlığına sarsıdıcı zərbə vurdu...
Deyirdi ki: “Hikmətin sağlığında mən musiqi redaktorluğunu edirdim, qalan işlər onun boynundaydı. İstəmirəm hər müğənni çıxıb desin ki, Nailə yaxşı qızdır, Hikmətə Allah rəhmət eləsin. Non-stop formatında konsert istəyirəm. Ola bilər kimsə bu ideyamı öz adına çıxacaq. Ancaq bu gün 2018-ci ilin iyul ayının 2-sidir və bunu birinci mən dedim. İstəyirəm simfocaz orkestrin müşayiəti ilə hər bir oxuyan mahnını oxusun, arada başqa melodiyayla başqa muğam ladına keçid edilsin. Başqa bir müğənni gəlib həmin müşayiətlə öz mahnısını oxusun. Səhnədəki böyük ekranda ifaçının, söz və musiqi müəllifinin adı getsin. Çox istərdim ki, bu konsertdə Azərbaycan hüdudlarından kənardakı ifaçılarımızın da səsi eşidilsin...”
Haqqında söhbət açdığım Nailə Mirməmmədli 1961-ci ilin may ayının 23-də Bakı şəhərində dünyaya gəlmişdi.1968-1979-cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano ixtisası üzrə təhsil almışdı. 1981-1985-ci illərdə Pedaqoji Universitetdə musiqişünas, dirijor, xormeyster, vokal, aranjiman, orkestrovka ixtisasları üzrə oxuyaraq, təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdu. Təhsilini davam etdirmək məqsədilə 1994-1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında musiqişünaslıq və Tofiq Quliyevin sinfində ilk və son tələbələrindən biri kimi bəstəkarlıq ixtisası üzrə təhsilə yiyələnmiş, oranı da fərqlənmə diplomu ilə başa vurmuşdu.
1994-2004-cü illərdə isə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim, "Bənövşə" xorunda xormeyster və ansambl rəhbəri vəzifələrində çalışıb. 2003-cü ildən həyatın sonuna kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin musiqi fakültəsində dosent, baş müəllim vəzifəsində işləyib. Eyni zamanda, 2020-ci ildə Bakı Dövlət Universitetinin elmi şurasının qərarı ilə yeni yaradılan Mədəniyyət-yaradıcılıq Mərkəzinin direktoru təyin olunub...
“Mahnı janrı kütləvidir və xalqa daha yaxındır. Bizi ciddi əsərlərə görə yox, mahnılarımıza görə tanıyıblar. Həm də ciddi əsərlərin səhnəyə qoyulması vəsait tələb edir. Bəzən jurnalistlər sual verir, elə mahnınız olubmu ki, o başlayıb, siz bitirmisiniz, yaxud əksinə? Tofiq Quliyev demiş, mahnı janrı dinləyicinin 3-4 dəqiqəsini alır. Axı bu necə ola bilər ki, mahnının iki dəqiqəsini mən yazım, iki dəqiqəsini Hikmət? Bu, mümkün deyil. Bəzən olur ki, dinləyicilər zəng vurub Hikmətin mahnısının radioda səsləndirildiyini deyirlər. Tofiq Quliyevin cəmi iki tələbəsi olub- Hikmət və mən. Eyni ustadın tələbələri olsaq da, bizim Hikmətlə üslublarımız müxtəlifdir. Tofiq Quliyevin həmin müsahibəsinə "Youtube"da baxa bilərsiniz. Heç vaxt bizi üzümüzə tərifləməyib. Deyirdi ki, mənə musiqilər gəlir, amma bilmək olmur kim yazıb. Ancaq Hikmətlə Nailə bir evdə yaşasalar da, üslublarından ayırd edə bilirəm və o üslubu onlarda mən yaratmışam. Milli musiqini Hikmət məndən daha dərin bilirdi. Mən klassikaya daha çox meylliyəm...”- söyləyirdi...
O, həmişə növbəti yeniliklərin axtarışında idi. Duymaq, hiss etmək qabiliyyəti güclü olduğundan tez-tez kreativ ideyalarla çıxış edirdi. Sanki o, nə baş verəcəyini hamıdan əvvəl bilirdi. Ənənəvi iş mühitinə uyğunlaşmaq həmişə asan olmur. O isə fərdiliyinin və özünü ifadəsinin təşviq edildiyi innovativ iş mühitini yaratmağı bacarırdı və etdiyi işdən həqiqətən həzz alırdı. Nəyəsə köklənirdisə, bütün günü o barədə danışa bilərdi...
Deyirdi ki:- “Heç vaxt mahnılarımı hit olsun deyə yazmamışam. On doqquz il bu sahədə təhsil almış biri kimi heç vaxt reklamımı da düşünməmişəm. Brilyant Dadaşovayla otuz altı mahnı işləmişik. Onlardan iyirmisinin səs yazısı var, qalanlarını hələ də saxlamışam. Ürəyim gəlmir ki, həmin mahnıları kiməsə verim. Hikmət məni və kiçik qızımı aparıb onlara qoyurdu. Bir də axşam gəlib götürürdü. Bütün günü mahnıları işləyirdik. Həmin iş birliyindən "Arzu", "Mən sənətkaram", "Xəzər", "Gecələr", "Sənə bir sözüm var", "İstiqlal marşı" kimi əsərlər doğulub. Ondan sonra Röyayla silsilə mahnılar işləmişik. Faiq Ağayev və Nazpəri Dostəliyevayla isə Hikmətlə birlikdə işləyirdik. Nərgiz və Çingiz adlı iki nəfər mənə müraciət etdi. Dedilər ki, sizin mahnıları "Youtube" kanalına qoymaq istəyirik. Elə şeylərə səhlənkaram və yaradıcı insanların əksəriyyəti bu cür olur. Mən gətirib kasetləri, mini diskləri, köhnə videokasetləri onlara təhvil verdim. Altı yüz mahnı əvvəlcə, xeylisini də sonra götürdülər. Ümumilikdə 1500-dən çox mahnımız var. Hikmət rəhmətə gedənə qədər çox aktiv idik...”
Bəli, onu dərd sarsıtdı- 2001-ci ildə atasının itgisi, bir il sonra 16 yaşlı oğlunun dənizdə boğulması, 2007-ci ildə isə həyat yoldaşı və anası vəfatı ona böyük zərbə vurdu. O, bu ayrılığa cəmi 13 il dözə bildi. Və 2021-ci ilin yanvar ayında ürək tutmasından vəfat etdi. Məzarı “Qurd qapısı" qəbiristanlığındadır. Yaşasaydı, mayın 23-də 64 yaşı tamam olacaqdı. Ruhu şad olsun...
Dərin hüznlə, Elman Eldaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:227
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 22 May 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri