Icma.az
close
up
RU
Yaşlı, təcrübəli müəllimləri təcrübəsiz gənclərlə əvəz etmək nə dərəcədə düzgündür? Nadir İsrafilov

Yaşlı, təcrübəli müəllimləri təcrübəsiz gənclərlə əvəz etmək nə dərəcədə düzgündür? Nadir İsrafilov

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Təcrübəli, yaşlı nəsli təcrübəsiz gənc nəsillə əvəz etmək də düzgün seçim sayıla bilməz".

Bu fikri Redaktor.az-a təhsil eksperti Nadir İsrafilov müəllimlərin 65 yaşından sonra təqaüdə çıxma məsələsindən danışarkən bildirdi.

"Son illər yazılı və elektron mediada əsas müzakirə obyektinə çevrilən məsələlərdən biri də müəllimlərin təqaüd yaşı ilə bağlıdır. Bu məsələ heç də hamı tərəfindən birmənalı qarşılanmır, illərdir müzakirə və mübahisə obyekti olaraq qalır. Ümumiyyətlə, ümumi tendensiya ondan ibarətdir ki,  Azərbaycanda orta ömür müddəti az, pensiya yaşı yüksəkdir. Müxtəlif rəqəmləri, düsturları və orta ömür göstəricilərini bir kənara qoysaq, belə bir nəticəyə gəlmək olur ki, 65-70 yaşdan təqaüdə çıxanlar 40-45 illik gərgin əmək fəaliyyətindən sonra nəhayət cəmi 3-5 il pensiya almalı olacaq, asudə və qayğısız istirahət etmək şərəfinə layiq görüləcəklər. O da hamıya qismət olsa. Buna görə də təqaüdlə bağlı yaş həddinin dəyişdirilməsi deyil, təqaüdə çıxanların sosial durumunun necə yaxşılışdırılması barədə məsələni müzakirə etsək, yaş həddinin artırılması və ya azaldılması barədə düşünməyə də lüzum qalmaz. Bir də ki, hazırkı qanunvericilik, onsuz da 70 yaşa qədər əmək fəaliyyəti ilə məşğul olmağa imkan verir".
Təhsil eksperti qeyd etdi ki, müəllimlərin təqaüd yaşının artırılması, yaxud azaldılmasına ehtiyac varmı sualı bu günün özündə də hələ ki, aktuallığını itirməyib.

"Məlumdur ki, çalışma həddinə çatmış müəllimlərlə müddətli əmək müqavilələrinin bağlanması prosedurları barədə Azərbaycan Respublikası təhsil nazirinin 10 mart 2017-ci il tarixli 141 nömrəli əmri ilə təsdiq edilmiş "Təhsilverənlərin peşəkarlığının təmin edilməsi üzrə Tədbirlər Planı”nın icrası istiqamətində çalışmanın yaş həddinə çatmış müəllimlərlə müddətli əmək müqaviləsinin bağlanması ilə bağlı xüsusi presudurun müəyyənləşdirilməsi məqsədi ilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutularaq dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər.
Mövcud Qanunvericiliyə əsasən yaşı 65-ə çatan müəllimlərlə 1 ildən 5 ilədək əlavə əmək müqaviləsi bağlana bilər və təqaüdçü müəllimin təhsil sahəsində xüsusi xidmətləri, fəxri adı, kollaktivdə xüsusi hörməti və çalışdığı təhsil ocağında uyğun vakansiya olduğu halda isə bu müddət uzadıla bilər. Bununla belə bu kimi halların bəzi regionlarda nəzərə alınmaması o demək deyil ki, bu kimi hallar kimlərinsə yox, hanunvericiliyin günahıdır. Halbuki bu günün özündə də xüsusilə ucqarlarda elə məktəblərimiz var ki, orda müəllim qıtlığı yaşanır. Gənc kadrlar o məktəblərdə işləmək istəmir. Bu üzdən də müəyyən nüanslar nəzərə alınmalı, təqaüd yaşına çatan təcrübəli müəllimləri azad etmək hesabına süni surətdə əlavə vakansiyalar yaratmağa lüzum olmamalıdır. Obyektivlik təmin olunarsa, təqaüd yaşının artırılması və ya azaldılması sahəsində problem də qalmaz".
N.İsrafilovun sözlərinə görə, çalışmanın yaş həddinə çatmış müəllimlərin əmək müqaviləsinin müddəti müəyyənləşdirilmiş tələblər və meyarlar gözlənilməklə obyektiv şəkildə həyata keçirilərsə, müəyyən narahatlıq və narazılıqlar da bir o qədər azalmış olar:

"Əksər dünya ölkələrində təqaüd yaşına çatan insanlar öz istəkləri ilə işdən ayrılırlar. Tam işsiz qala bilməyənlər isə daha yüngül işlərlə məşğul olur.Təbii ki, orada pensiyaların yüksək olması yaşlı insanlara həyatlarını istədikləri kimi yaşamağa imkan verir. Bizdə isə pensiyaya çıxan insanların əksəriyyəti özünü gərəksiz hiss edir, aldığı pensiya ilə dolanmağa çətinlik çəkir, ölkəmizdə müəyyən yaşdan sonra iş tapmaq isə asan deyil. Amma həyatın qanunu belədir: nəsillər bir-birini əvəz etməlidir.
Dünya ölkələrində bu, müxtəlif şəkildə həll olunur. Bizdə hazırda təqaüd yaşı 65 həddində müəyyənləşib. Ümumiyyətlə, mən təqaüd yaşının aşağı salınmasının, nə də qaldırılmasının tərəfdarı deyiləm. Çünki 65 yaş normal hədd sayıla bilər, yüksək əməkhaqqı ilə təqaüdə çıxarılması təmin olunarsa. Müəllimlik fəaliyyəti daha çox təcrübə ilə bağlıdır. Məsələn, əgər Nobel mükafatçılarının siyahısını nəzərdən keçirsək, orada cəmi 1-2 nəfər var ki, 40 yaşına qədər elmi kəşf edib. Zehni əmək, intellektual düşüncə elədir ki, 60-65 yaşdan sonra püxtələşmə gedir, təcrübə əmələ gəlir, praktiki cəhətdən özünü doğruldur. İndi biz 65 yaşına çatan kimi və yaxud 1 ay qalmış xəbərdaqlıq edirik ki, sən təqaüdə getməlisən. Bunları kim əvəz edəcək? Yaşlı, təcrübəli müəllimləri təcrübəsiz gənclərlə əvəz etmək nə dərəcədə düzgündür?

Mövcud qanunvericilikdə nəzərdə tutulur ki, 65 yaşı tamam olandan sonra onun iş fəaliyyəti, təcrübəsini, xidmətini nəzərə alaraq daha 5 il müddətinə, ardıcıl 1 il olmaqla müqavilə imzalana bilər".

Müsahibimiz bildirdi ki, müəllimin fəaliyyətində 70 yaşına qədər inkişaf varsa, narazılıq yoxdursa, razılaşma əsasında 5 il fəaliyyət göstərə bilər.

"Hətta qaydalarda dövlət mükafatları olanların 70 yaşdan sonra da iş müddətinin uzadılması imkanları nəzərdə tutulub. Ancaq təəssüf ki, bu qaydalara uyğun hərəkət edilmir. Müəllim 65 yaşa çatdıqda, onu dərhal işdən azad edirlər. Bu gün bir sıra məktəblərdə kifayət qədər vakant yerlər var.

Dövlət hansısa müəllimə “Əməkdar müəllim” fəxri adı verib, ancaq biz onu 65 yaşı tamam olar-olmaz təqaüdə göndəririk. Halbuki mövcud qanunvericiliyə görə o daha əlavə 5 il işləyə bilərdi. Bu müəllim ömrünün 45 ilini uşaqlara, təhsilə həsr edib, müqavilə müddəti başa çatdığı üçün onu təqaüdə göndərmək müəllim peşəsinə hömətsizlikdir, müəllimin nüfuzunun aşağı salınmasıdır. Strategiyada müəllim nüfuzunun yüksəldilməsi əsas hədəflərdən biri kimi göstərilir. Bəzən belə hallar da olur ki, ibtidai sinif müəlliminin 65 yaşı tamam olan kimi təqaüdə göndərilir. Niyə ona 4-cü sinif buraxılışını həyata keçirməyə imkan verməyək? Bundan başqa, müəllimi təqaüdə göndərəndə kollektivi toplayıb, haqqında xoş sözlər deyib, gül dəstəsi təqdim edər, xidmətinə görə bir Fəxri fərman verərlər. Hesab edirəm ki, müəllimlərin təqaüdə tez çıxması ilə bağlı mövcud qaydalar düzgün həyata keçirilərsə, hər hansı dəyişiklik aparmağa ehtiyac da qalmaz.

Əgər bu qaydaları pozub, sui-istifadə ediriksə, hansısa gənc kadrları yerləşdirmək, yer boşaltmaq məqsədilə yaşlı müəllimləri təqaüdə göndəririksə, bu, düzgün mövqe hesab olun bilməz. Təcrübəli, yaşlı nəslin təcrübəsiz gənclərlə əvəz olunmasının nəticələri bu gün hiss olunmaqdadır. Nə qədər gənclər var ki, bəxti gətirib, keçid balını toplayıb. Yaxud elə hallar olur ki, bəzi müəllimlər təqaüdə göndərilir, heç onun yerində heç kəs yoxdur, dərslər birləşdirilir. Ona görə də müvafiq qaydalar məqbul sayılır. Bu şərtlə ki, obyektivlik təmin olunsun", - deyə Nadir İsrafilov vurğuladı.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 May 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB və “Azər Türk Bank”la bağlı FƏRMAN

04 Oktyabr 2025 11:57see143

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see142

Yeni dövrün manifesti: İlham Əliyevin BMT tribunasından sülh, qələbə və ədalət çağırışı

04 Oktyabr 2025 10:56see142

Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır Rövşən Nəcəf

04 Oktyabr 2025 20:35see134

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a qarşı

04 Oktyabr 2025 09:45see133

AXINA QARŞI BİR ÖMÜR SEYİD ƏZİM OLMAQ

04 Oktyabr 2025 10:31see132

Tiflisdə 3 nəfərlik ailə 22 ci mərtəbədən yıxılaraq ölüb

04 Oktyabr 2025 15:34see131

Ən faydalı turşu

04 Oktyabr 2025 10:00see130

“Hicab artıq məcburi deyil” − Bahoner

04 Oktyabr 2025 19:47see130

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see128

Oktyabrda varlanmaq üçün 3 BÜRCƏ məsləhət: Bunları edin

05 Oktyabr 2025 09:11see127

Yurdumuzun geotermal enerji potensialı

04 Oktyabr 2025 10:08see125

Mohave səhrasında naməlum təyyarə görənləri heyrətləndirdi

05 Oktyabr 2025 02:32see123

ABŞ və İsrail İrana hücum edəcəklərini deməklə... Nəsirzadə

05 Oktyabr 2025 01:39see123

Gürcüstanın ABŞ dakı səfiri Dövlət Departamentinə çağırılıb

04 Oktyabr 2025 21:13see122

Kulevi terminalı genişləndirilir

05 Oktyabr 2025 10:39see121

Tibbdə YENİLİK: Sümük snıqlarını 3 dəqiqəyə sağaldan gel hazırlandı

04 Oktyabr 2025 23:08see121

Teslanın robotu Optimusa kunq fu öyrətdilər VİDEO

05 Oktyabr 2025 05:12see120

Azərbaycanın 5 güləşçisi medal qazanıb YENİLƏNİB 2

04 Oktyabr 2025 18:53see118

İrana hücum hazırlığı başladı: Qafqaza təsirləri...

04 Oktyabr 2025 09:02see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri