Yaxın Şərqdə vəziyyət kritikləşir? ABŞ dən diqqətçəkən XƏBƏRDARLIQ
Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-nin İsraildə və Yaxın Şərqin bəzi digər ölkələrindəki səfirlikləri bölgədə İranla gərginliyin gözlənilmədən kəskinləşə biləcəyi ehtimalı ilə əlaqədar ABŞ vətəndaşlarını mümkün təxliyəyə hazır olmağa çağırıb.
"Bakupost" xəbər verir ki, bu barədə "The Times of Israel" diplomatik nümayəndəliklərin yaydığı məlumatlara istinadən məlumat yayıb.
Bəyanatda bildirilib ki, İran son vaxtlar regionun müxtəlif ərazilərinə əvvəlcədən xəbərdarlıq etmədən zərbələr endirməsi və hücumların coğrafiyasını əvvəllər hədəf alınmayan bölgələrə, o cümlədən Misirə qədər genişləndirməsi ilə qeyri-proqnozlaşdırılan davranış nümayiş etdirib.
Səfirliklər Yaxın Şərqdən tranzit keçməyi və ya bölgəyə səfər etməyi planlaşdıran ABŞ vətəndaşlarına planlarını yenidən nəzərdən keçirməyi tövsiyə ediblər.
Eyni zamanda vurğulanıb ki, diplomatik nümayəndəliklər fəaliyyətini adi rejimdə davam etdirir, konsulluq və viza xidmətləri əvvəlki qaydada göstərilir.
Xatırladaq ki, daha əvvəl "The Wall Street Journal" nəşri ABŞ Prezidenti Donald Trampın yaxın günlərdə İrana qarşı yeni zərbələrin endirilməsi barədə göstəriş verdiyini yazmışdı.
Bundan başqa, "CBS News" mənbələrə istinadən ABŞ və İsrailin İranın enerji obyektlərinə zərbələr endirməyi planlaşdırdığını bildirmişdi. Məlumata görə, bu hücumlar indiyədək həyata keçirilən ən genişmiqyaslı əməliyyatlardan biri ola bilər.
İranın "Tasnim" agentliyi isə rəsmi Tehranın mümkün hücumlara cavab tədbirləri hazırladığını xəbər vermişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 01 Avqust 2026 20:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















