Icma.az
close
up
RU
Yayda bu qidalar uşaqlar üçün risk yarada bilər Pediatrdan XƏBƏRDARLIQ

Yayda bu qidalar uşaqlar üçün risk yarada bilər Pediatrdan XƏBƏRDARLIQ

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Havaların istiləşməsi ilə birlikdə qida məhsullarının xarab olma riski də artır. Xüsusilə immun sistemi həssas olduğundan yay aylarında uşaqlar arasında qida zəhərlənməsi halları daha çox müşahidə olunur. Açıq havada satılan qidalar, düzgün saxlanılmayan süd məhsuları, tez xarab olan yeməklər və gigiyena qaydalarına əməl olunmaması valideynləri ciddi təhlükələrlə üz-üzə qoyur.
Bəs uşaqları yayda qida zəhərlənməsindən qorumaq üçün nələrə diqqət edilməlidir?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan pediatr Şəlalə Poluxova bildirir ki, isti hava şəraitində bakteriyalar sürətlə artdığı üçün uşaqlarda zəhərlənmə daha çox baş verir:
“Yay aylarında uşaqlar və böyüklər arasında qida zəhərlənmələri daha çox müşahidə olunur. Bunun da səbəbi havanın istiləşməsi,  temperaturun qalxması ilə bağlıdır. İsti mühitdə bakteriyalar daha sürətlə artmağa başlayır. Buna görə də qida zəhərlənmələrinə gətirib çıxarır. Burada valideynlərin diqqət etməli olduğu bir neçə məqam var. Yay üçün mayonezli salatlar, şirniyyatlar, ət və ət məhsulları ( xüsusən yaxşı bişməmiş), balıq və digər dəniz məhsulları, açıq havada satılan, günəş şüalarına məruz qalan, uzunmüddətli otaq temperaturunda qalan qidalar təhlükəli sayılır.
Valideynlər marketdən aldıqları balıq, süd, ət məhsullarının təzə olması, balığın qoxusunun kəskin olmaması, güvənli yerlərdən alınmasına da fikir verməlidirlər. Burada əsas məqam ət və süd məhsullarında soyuq zəncir qırılmalarıdır. Buz tutan məhsul otaq temperaturunda saxlanılır, təkrar dondurulursa bu artıq təhlükəlidir. Soyuq zəncir qırılarsa bu, məhsulun pozulmasına, nəticədə qida zəhərlənməsinə gətirib çıxara bilər. Tətilə gedərkən isə qidaları mümkün qədər soyuducu çantalarda saxlamaq daha yaxşı olar. Nəzərə alsaq ki, uşaqların immunsistemi böyüklərlə müqayisədə daha zəifdir, uşaqlarda qida zəhərlənməsi daha kəskin və ciddi simptomlarla gedir”.
Bəs bu simptomlar hansılardır və hansı vəziyyətdə valideynlər həkimə müraciət etməlidirlər?
 

Pediatr valideynlərə müraciət edərək bildirir ki, uşaqlarda, xüsusən körpələrdə qusma çox olarsa həkimə müraciət olunmalıdır:


“Uşaqlarda qida zəhərlənməsinin ilk əlamətləri ürəkbulanma qusma, qarında şiddətli ağrılar ishal kimi əlamətlərlə görülür. Bəzən qusma və ishal o həddə çatır ki, uşaqda “susuzlaşma” dediyimiz dehidratasiyaya gətirib çıxarır. Xüsusən uşaq körpədirsə, bir neçə dəfədən artıq qusmadan sonra dehidratasiya inkişaf etdiyi üçün uşaq susuz qala bilir. Bu öz növbəsində nəinki susuz qalma, elektrolit itkisinə (bədənin düzgün işləməsi üçün vacib olan mineral və duzların səviyyəsinin normadan aşağı düşməsi) gətirib çıxara bilər. Bu vəziyyət də olduqca təhlükəlidir. Valideynlər buna diqqət yetirməli, uşaqlar çox qusan zaman evdə saxlamaq əvəzinə həkimə müraciət etməlidirlər”.
Həkim onu da qeyd edib ki, xüsusilə yay fəslində qidaları otaq temperaturunda bir saat, soyuducuda isə iki gündən artıq saxlamaq məsləhət deyil:
“Ola bilər ki, valideyn yeməyin dadında və qoxusunda dəyişiklik hiss etməyib hər şeyin qaydasında olduğunu düşünür. Bu o demək deyil ki, qida zərərsizdir. Nəzərdə saxlayaq ki, yeməyin dadını, qoxusunu dəyişməyən bakteriyalar var ki, ciddi zəhərlənməyə gətirib çıxara bilir”, - deyə pediatr valideynlərə təhlükəsizlik və gigiyeniya qaydalarına əməl etməyi məsləhət görüb.
Xədicə Paşayeva, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 May 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri