Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Yaz kimi gələn ömür bu dünyanın Vaqifi

Yaz kimi gələn ömür bu dünyanın Vaqifi

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 23 may, Abdulla Suvar, AZƏRTAC

Ömür-gün yoldaşı dünyasını dəyişəndə hələ gənc idi. Yaxınları, doğmaları onu evlənməyə təhrik edirdilər. “Hələ qarşıda illər var, təklik səni əldən salar, özünə bir ömür yoldaşı tapmalısan”, – dedilər. Amma o, “Evlənsəm, balalarımın üzünə baxa bilmərəm”, – deyə cavab verdi.

Yaşadığımız məmləkətdə neçə belə Azərbaycan kişisi tanıyırsınız? Amma mən birini tanıyırdım...

O, Zaqafqaziya Hərbi Dairə Hospitalında ilk azərbaycanlı cərrah, Azərbaycanın Əməkdar həkimi, tibb xidməti polkovniki, tibb elmləri namizədi, Birinci Qarabağ müharibəsi veteranı, Silahlı Qüvvələrdə hərbi tibb sahəsinin qurucularından biri, Mərkəzi Hərbi Hospitalın ilk rəisi - Vaqif İbrahimov idi. Təəssüf ki, ötən ilin yazında - mayın 24-də o, işıqlı dünyaya vida etdi.

Əslində, adamlar da fəsillər kimidir - yaz, yay, payız, qış... Vaqif müəllim yaz adamı idi. Onun bu yaz ömründə qara buludlar da olmuşdu, göy guruldasa, ildırım çaxsa da, o, hər dəfə həmin çətinliklərə mətanətlə sinə gərmişdi. Axı yer də, göy də lərzəyə gəlirsə, insan niyə gəlməsin?

Vaqif müəllim dünyaya yaz kimi gəlmişdi - zərif, kövrək, bərəkətli. Bəzən bir söz, bir baxışla duyğulanardı, üzündə yaz təbəssümü, ruhunda yaz işığı var idi. O, ömrünün sonuna qədər uşaq saflığını qoruyub saxlayan xoşbəxtlərdən idi.

Vaqif müəllimin üstünlüyünü iki yerə ayırmaq olar: Allahın ona verdikləri və özünün qazandıqları. Şəms Təbrizinin dediyi kimi: “Allah sadəcə qəlbi verər, gerisini sən doldurarsan”. Vaqif müəllim qəlbini kin, nifrət, paxıllıqla deyil, mərhəmət, sevgi və xeyirxahlıqla doldurdu.

Mən Azərbaycandakı demək olar ki, bütün tarixi abidələri görmüşəm və axırda belə qənaətə gəlmişəm ki, abidələrimiz qədim kişilərə oxşayır. Onların sayı elə abidələrin sayı qədərdir. Mən də Vaqif müəllimi bir abidə kimi görmüş və onunla hər görüşü ziyarət bilmişəm.

İnsan doğulandan ölənə qədər öz həyat salnaməsini yazır. Xoş o insanlara ki, bu salnamə fədakar əməllərlə, şərəfli izlərlə doludur. Bu mənada Vaqif müəllimi xoşbəxt hesab etmək olar.

Vaqif İbrahimov Ucar rayonunda dünyaya göz açmışdı. N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmişdi. İkinci kursdan sonra cərrah olmağa qərar vermişdi və axıra qədər də qərarından dönmədi. Onun üçün Azərbaycanın hər guşəsi əziz idi. Deyirdi: “Doğulduğun yeri sevmədən böyük Vətəni sevə bilməzsən”. Həmişə ona çalışırdı ki, adı doğulduğu yurdun tanınmışları sırasında çəkilsin. Böyük fədakarlığı ilə adını nəinki doğulduğu yerin, həm də Azərbaycanın tarixinə yazdıra bildi. Bu dünyadan köçəndə də doğma yurdun qoynunda uyudu ki, torpağı bir ovuc da artsın.

1964-cü ildə leytenant rütbəsi ilə hərbi xidmətə çağırılan Vaqif İbrahimov Naxçıvan diviziyasının Xankəndidə yerləşən alayına hərbi həkim göndərilmişdi. 1972-ci ilin noyabrında Zaqafqaziya Hərbi Dairə Hospitalına təyinat almışdı. 170 illik tarixi olan hospitala təyinat alan ilk azərbaycanlı həkim olması özü bir tarixdir. 1984-cü ildən etibarən urologiya şöbəsinin rəisi və dairənin baş uroloqu kimi fəaliyyət göstərmiş, 40 elmi məqalənin, 2 ixtiranın və 18 səmərələşdirici təklifin müəllifi olmuşdu.

Ötən əsrin 90-cı illərində Azərbaycanda baş verən hadisələrdən sonra vətənə qayıtmağı özünə borc bildi. 1991-ci ilin dekabrında Bakıya gəlib müdafiə naziri ilə görüşdü və Qarnizon Hospitalına rəhbərlik etmək təklifini qəbul etdi. 1992-ci il fevralın 1-də rəsmi olaraq Mərkəzi Hərbi Hospitalın ilk rəisi təyin olundu.

Qarabağ müharibəsi zamanı gecə-gündüz çalışan, yaralı əsgərləri həyata qaytarmaq üçün əlindən gələni edən Vaqif müəllim həmin dövrdə həm həkim, həm də qəhrəman kimi fəaliyyət göstərdi.

Onun 70 illiyi münasibətilə çap olunan “İstedadlı hərbi həkim, vətənpərvər insan” kitabında dostu Ağaqulu Niftəliyev yazırdı: “Vaqif hərbi həkim işlədiyi zamanlar təyinatla müxtəlif ölkə və şəhərlərdə - Çexoslovakiya, Polşa, Tbilisi, Bakı, Naxçıvan, Lənkəranda və s. çalışıb. 1968-ci ildə evləndikdən sonra, həyat yoldaşı Məryəm xanım həmişə onunla birlikdə olub. Necə deyərlər, qürbətdə qohum- əqrəbadan uzaqda Vətənin iyini bir-birindən alıblar. Azərbaycan müstəqillik qazandıqda ölkəmizdə Mərkəzi Hərbi Hospitalı yenidən qurmaq məsələsi qarşıya çıxanda təqdim olunan namizədlərin siyahısını gözdən keçirən səlahiyyətli şəxslər fikirləşiblər ki, həmin vəzifəni tibb xidməti polkovniki Vaqif Şirəli oğlu İbrahimov daha yaxşı bacarar. Bu məqsədlə Vaqifi Bakıya dəvət ediblər. Onun Azərbaycan Mərkəzi Hərbi Hospitalına rəis təyin olunmasına daha çox sevinənsə, Məryəm xanım olub. Allaha şükürlər edib ki, nəhayət, artıq "evimizə" döndük. Lakin onun bu sevinci uzun sürmədi. 1993-cü ildə Vaqif 25 ildən artıq həyat sürdüyü, ailədə özünə arxa bildiyi insanı itirdi. Lakin özünü itirmədi”.

Onun dünyaya vaqifliyi yalnız ağ xalatla və çiynindəki ulduzlarla ölçülmürdü.

O, bu dünyaya gördüyü işlərlə Vaqif olsa da, heç vaxt vurğun olmadı.

O, sadəcə bu dünyanın Vaqifi deyildi. Bu dünyanın mərhəməti, sevgisi, şəfqəti idi...

Adamlardan fərqli olaraq yaz ildə bir dəfə gəlir. Onun gəlişi erkən də, gec də ola bilər, amma mütləq gəlir. Dünyamıza qədəm basan yaz günlərinin birində onun soy-kökündən daha bir Vaqif doğulacaq və o da bu dünyanın Vaqifi olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see334

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see328

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see327

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see325

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see322

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see319

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see308

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see259

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see258

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see243

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see234

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see229

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see213

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see209

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see205

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see203

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see203

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see203

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see202

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri