Icma.az
close
up
RU
Yəhudilər həyat yoldaşımı və övladlarımı əlimdən alıb tanınmış amerikalı repçi Kanye Uest

Yəhudilər həyat yoldaşımı və övladlarımı əlimdən alıb tanınmış amerikalı repçi Kanye Uest

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Repçi yəhudiləri Üçüncü Reyxin rəhbərinin nüfuzunu korlamaqda ittiham edib və Xolokostu çoxsaylı abortlara bənzədib..."

ABŞ prezidentliyinə namizədliyini irəli sürməyə hazırlaşan məşhur amerikalı repçi Kanye Uestin adı yenidən antisemit qalmaqalında hallanıb.

Moderator.az xəbər verir ki, bu barədə "cursorinfo.co.il" nəşri yazıb.

Məlumatda deyilir ki, ifaçı barədə "irqçi mühazirələrə" və keçmiş həyat yoldaşı Kim Kardaşyanla bağlı sui-qəsd nəzəriyyəsinə görə iddia qaldırılıb.

Şikayət 2022-ci ildən Kanye Uestə işləyən Merfi Afisionado tərəfindən verilib. O, repçinin müxtəlif inşaat layihələrinə cavabdeh olub və bir il sonra onu tərk edib.

İddia ərizəsində Afisionado qeyd edib ki, Uest ilk beş ay işlədikdən sonra ona əmək haqqı verməyib, lakin müntəzəm olaraq "antisemit mühazirələri" dinləməyə vadar edib.

O cümlədən, repçi bəyan edib ki, "yəhudilər onun həyat yoldaşı və övladlarını əlindən alıb", "onun bank hesabını dondurub" və indi də onun özünü təhdid edir. O, həmçinin iddia edib ki, Kardaşyanın "yəhudi sahibləri var".

"Variety" nəşri qeyd edir ki, bu il Uest keçmiş əməkdaşlarının bir sıra iddiaları ilə üzləşib. Repçi ləyaqəti alçaldan və təhqiramiz hərəkətlərdə ittiham edilir.

İddiaçıların sözlərinə görə, onlar müntəzəm olaraq yaşına, irqinə, seksual meylliyinə və etnik mənsubiyyətinə görə təqiblərə məruz qalıb. O cümlədən Uest öz əməkdaşlarını qul adlandırıb.

İyun ayında repçinin köməkçisi Loren Pişotta seksual təcavüzə və qanunuz

işdən çıxarılmasına görə onu məhkəməyə verib. Oktyabr ayında o, öz iddiasına zorakılıq barədə məlumatı əlavə edib və bəyan edib ki,  Uest ona narkotiklər vurub.

Uestin sabiq "kəşfiyyat direktotu" oktyabr ayında bəyan edib ki, repçi ona Kardaşyanı və Uestin indiki həyat yoldaşı Byanka Çensorini izləməyi tapşırıb.

Uestə qarşı sabiq əməkdaş Bencamin Deşon tərəfindən qanunsuz işdən çıxarılmasına görə daha bir iddia qaldırılıb. Bu şikayətdə repçinin həm də "Yəhudilər məni ələ keçirmək istəyir" fikri yer alıb.

Adını rəsmən Ye adına dəyişən Kanye Uest dəfələrlə antisemit baxışları və sosial şəbəkələrdə buna uyğun postları ilə bağlı qalmaqalların mərkəzində olub.

Bundan başqa, o, açıq şəkildə bəyan edib ki, nasistlərin rəhbəri Adolf Hitlərə pərəstiş edir. 2022-ci ilin dekabrında o, yəhudiləri Üçüncü Reyxin rəhbərinin "nüfuzunu korlamaqda" ittiham edib və Xolokostu çoxsaylı abortlara bənzədib.

Afisionadonun maraqlarını vəkil Karni Şeqerian müdafiə edəcək. O da Uestə qarşı əməkdaşı Trevor Fillips adından iddia qaldırıb, iddiada deyilir ki, qaradərililərə qarşı irqçiliyə görə işdən çıxarılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Noyabr 2024 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see253

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see207

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see186

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see150

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see138

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see138

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see137

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see126

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri