Yəhudilərin gecəyarısı hücumu İki məscid alova verildi
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsrailin işğalı altında olan Batı Şəriədə yəhudi məskunlaşanların hücumları davam edir.
“Yeni Sabah” xəbər verir ki, Nablus və Tulkərim şəhərlərində yerləşən iki məscid israilli məskunlaşanlar tərəfindən yandırılıb.
Məlumata görə, Nablusdakı Rəhmə məscidi və Tulkərimdəki Kur kənd məscidi hücuma məruz qalıb. Yanğın nəticəsində hər iki ibadət ocağına ciddi ziyan dəyib. Marqarita pizza
Bununla yanaşı, hücum edənlər məscidlərin divarlarına irqçi məzmunlu şüarlar da yazıblar.
Nablus bələdiyyəsinin sədri Əbdül Əzim Vadi bildirib ki, Rəhmə məscidində aparılan tikinti işləri üçün nəzərdə tutulan material və avadanlıqlar da tamamilə yanıb.
Hadisə bununla məhdudlaşmayıb. Məskunlaşanlar Nablusun şərqində yerləşən Beyt Furik qəsəbəsində bir fələstinliyə məxsus evi də yandırıblar. Yanğın ətrafdakı insanların müdaxiləsi ilə söndürülüb. Evin divarlarına da qisas çağırışı əks etdirən irqçi şüarlar yazıldığı bildirilib.
HƏMAS rəsmisi Mahmud Mərdavi hadisəyə münasibət bildirərək bunu İslamın müqəddəs məkanlarına qarşı açıq hücum adlandırıb. Onun sözlərinə görə, eyni gün ərzində iki məscidin yandırılması dini, əxlaqi və insani dəyərlərə zidd hərəkətdir.
Mərdavi baş verənləri “işğal siyasətinin və faşist düşüncəsinin növbəti təzahürü” kimi qiymətləndirib.
O, fələstinliləri məscidlərini və müqəddəs yerlərini qorumağa çağırıb. Həmçinin İslam və ərəb ölkələrini, eləcə də beynəlxalq ictimaiyyəti bu cür hücumlara qarşı qəti mövqe nümayiş etdirməyə və məsul şəxslərin cəzalandırılması üçün addımlar atmağa səsləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 26 İyul 2026 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















