Yəmən Prezident Şurasının sədri Bakıya dəvət olundu
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Yəmən Prezident Şurasının sədri Rəşad Məhəmməd əl-Alimi Azərbaycan Prezidenti İlham Əliyevdən BMT-nin Ümumdünya Şəhər Forumunun Bakıda keçirilən 13-cü sessiyasının (WUF13) açılışında iştirak etmək üçün dəvət alıb.
Axar.az Report-a istinadən xəbər verir ki, dəvəti Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev bu ölkənin xarici işlər və mühacirlər naziri Şaya əz-Zindani ilə görüşündə çatdırıb.
Tərəflər Yaxın Şərqdəki vəziyyəti də müzakirə ediblər. Zindani husilərin regional təhlükəsizliyə və beynəlxalq gəmiçiliyə təhdid yaratmağa davam edən hücumları səbəbindən ölkədə sülhün əldə edilməsindəki çətinliklərdən danışıb.
Səfiri Azərbaycanın ikitərəfli münasibətlərin möhkəmləndirilməsində və Yəməndə sabitliyə nail olmaq üçün səylərin dəstəklənməsində maraqlı olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 05 Avqust 2025 00:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















