Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

İsrailə yeni qırıcılar verildi

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

Yeni dövrün çağırışlarının məhz Xankəndidən səsləndirilməsi Azərbaycanın gücündən xəbər verir

Yeni dövrün çağırışlarının məhz Xankəndidən səsləndirilməsi Azərbaycanın gücündən xəbər verir

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Üçüncü Şuşa Qlobal Media Forumu təkcə Azərbaycan mediası üçün deyil, siyasi diplomatiyamız üçün ciddi hadisə kimi tarixə düşdü. Üçüncü dəfə keçirilən ənənəvi forum həm Azərbaycan Prezidentinin yerli və qlobal media nümayəndələri qarşısında hesabatı, həm ölkəmizin imkanlarının nümayişi həm də rəsmi Bakının dünyada cərəyan edən proseslərə yanaşması və ölkəmizin gələcək planlarının tədqimatı idi. Qalib ölkə kimi Azərbaycan Prezidenti cənab İlham Əliyevin dünyada gedən siyasi proseslərlə bağlı fikri beynəlxalq medianın diqqət mərkəzində oldu”. Bunu Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.

Onun sözlərinə görə, forumda 52 ölkədən 140-a yaxın xarici nümayəndə iştirak edib: “Onların arasında 30-dan artıq informasiya agentliyinin, 7 beynəlxalq təşkilatın, 80-ə yaxın media qurumunun, həmçinin bu sahə üzrə fəaliyyət göstərən digər qurumların təmsilçiləri yer alıb. Cənab Prezidentin çıxışı zamanı Azərbaycanın COP29-a ev sahibliyi etməsi, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması, Bakı ilə İrəvan arasında normallaşma prosesi, Zəngəzur dəhlizinin aqibəti, Azərbaycan-ABŞ, Azərbaycan-Rusiya, Azərbaycan-Aİ münasibətləri, həmçinin ölkəmizin iqtisadi potensialı ilə bağlı fikirləri böyük maraq doğurdu. Ölkə başçısı regionun yeni geosiyasi reallıqlarını mükəmməl şəkildə təsvir etdi və eyni zamanda problemlərin həlli üçün yol xəritəsini göstərdi. Regionda sülh və təhlükəsizliyin təmin olunmasının Ermənistandan, daha dəqiq desək, rəsmi Bakının şərtlərinin yerinə yetirilməsindən asılı olduğunu diqqətə çatdıran cənab Prezident bununla tərəflərin sülhə yaxınlığı ilə bağlı nikbin mesajlar verdi. Bütün dünya bu bu faktı qəbul edir ki, Ermənistan mövcud reallığı düzgün dəyərləndirməli və qərar verməlidir. Zəngəzur dəhlizilə bağlı suala cavabında Azərbaycan Prezidenti bir daha əmin etdi ki, bu, sülh və əməkdaşlıq dəhlizidir. Dağıdıcı qüvvələrin bu layihə üzərindən regionda gərginlik yaratmaq səyləri baş tutmayacaq. Rəsmi İrəvan anlamalıdır ki, Zəngəzur dəhlizi regionun təhlükəsizliyində mühüm rol oynayacaq. Azərbaycanın işğaldan azad olunan ərazilərdə həyata keçirdiyi bərpa-quruculuq işləri forum vasitəsilə dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Prezident İlham Əliyevin təcrübəli siyasətçi kimi hazırda müharibə vəziyyətində olan Ukrayna xalqına verdiyi məsləhət aparıcı media orqanlarında geniş işıqlandırıldı. Ukraynanın “Gordon” media qurumunun təsisçisi jurnalist Dmitro Qordonun prezidentə ünvanladığı “siz Ukraynaya və ukraynalılara hansı tövsiyələri verə bilərsiniz” sualına cavab verən Prezident İlham Əliyev bildirdi ki, bir neçə il əvvəl tədbirlərin birində Ukrayna nümayəndəsinin oxşar sualına cavab vermək imkanım olub. "İndi verdiyim cavab ozamankı cavabımdan fərqli olmayacaq və düşünürəm ki, bu, Ukrayna xalqının istəkləri ilə də səsləşir – heç vaxt işğalla barışmamaq. Bu, əsas tövsiyədir. Bizim etdiyimiz də bu idi”. Hesab edirəm ki, bu cür açıq mövqe ortaya qoymaq hər bir ölkənin liderindən böyük təcrübə, savad və cəsarət tələb edir. Əslində bu, Azərbaycan Prezidentinin hansısa ölkəyə qarşı mövqeyi kimi deyil, işğal faktoruna olan münasibətidir”.
T.Mirkişili onu da bildirdi ki, Xankəndidə Azərbaycanın iqtisadi potensialı və gələcək hədəfləri ilə bağlı forum iştirakçılarına ətraflı məlumat verildi: “Azərbaycanın iqtisadi göstəricilərini Forum iştirakçılarının diqqətinə çatdıran ölkə rəhbəri qeyd etdi ki, xarici borcun ÜDM-dəki payının cəmi 6.9 faiz olması, yoxsulluğun aşağı səviyyəsi və Qarabağda həyata keçirilən iri infrastruktur layihələri ölkənin strateji və davamlı inkişaf modelinin göstəriciləridir. Bu sabitlik Azərbaycanın beynəlxalq maliyyə institutları və təşkilatlarla əlaqələrini gücləndirir, ona diplomatik manevr imkanları verir. Həmçinin Cənub Qaz Dəhlizi və Zəngəzur dəhlizi kimi təşəbbüslər Azərbaycanın regional enerji və logistik təchizat mərkəzi mövqeyini gücləndirir. Bu layihələr həm Avropa enerji təhlükəsizliyinə töhfə verir, həm də Cənubi Qafqazda iqtisadi inteqrasiyanı stimullaşdırır. Ölkə rəhbəri Forum iştirakçıları ilə görüşündə, həmçinin bildirib ki, Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir. 2030-cu ilə qədər artıq imzalanmış investisiya müqavilələri əsasında biz ən azı 6 giqavatlıq yaşıl enerjini, o cümlədən Günəş, külək və su elektrik enerjisini istehsal edəcəyik. Su elektrik enerjisi Qarabağ və Şərqi Zəngəzurda əsas yer tutur. 280 meqavat gücündə 30 kiçik su elektrik stansiyası artıq istismara verilib. Azərbaycan kömürdən istifadə etmir, elektrik enerjisi istehsal və istifadə edir. Günəş enerjisinin istehsalına başlanılıb. Bununla bağlı nəhəng enerji potensialı mövcuddur. Ölkə rəhbərinin də qeyd etdiyi kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanda ilin hadisəsi oldu”
Millət vəkili sonda onu da qeyd etdi ki, müasir informasiya mühitində dezinformasiya qlobal stabillik, ölkələrarası münasibətlərə, sülhə əsas təhdidlərdən biridir: “Real müharibələrdən fərqli olaraq informasiya savaşında heç zaman atəşkəs olmur. Düşünürəm ki, yeni dövrün çağırışlarının məhz Xankəndidən səsləndirilməsi Azərbaycanın gücündən xəbər verir. III Şuşa Qlobal Media Forumu proaktiv strategiyaların araşdırılması, qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və gücləndirilməsi baxımdan uğurlu oldu. Forum iştirakçıları Xankəndi, Şuşa və digər bölgələrimzidə aparılan yenidənqurma işlərini, Qarabağın və Şərqi Zəngəzurun dəyişən simasını şəxsən görmək imkanı əldə etdilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 İyul 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see216

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see193

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see178

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see173

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see166

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see155

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see148

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see140

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see137

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri